Get Mystery Box with random crypto!

Liderlərin Soçidə keçirilən üçtərəfli görüşü sona çatıb. Gör | Şərqə Baxış

Liderlərin Soçidə keçirilən üçtərəfli görüşü sona çatıb.

Görüşdən sonra yayımlanan bəyanatda ümumi sözlər yer alıb. Bu da onu göstərir ki, görüşdən əvvəl tərəflər arasında ciddi müzakirələr aparılmayıb və prinsipial məsələlərdə ilkin razılıqlar əldə olunmayıb.

Əslində bu məqama əsaslanaraq bugünkü Soçi görüşünü 15 dekabrda Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan liderlərinin görüşünü “qabaqlamaq” cəhdi kimi dəyərləndirilə bilərik. Digər bir ifadə ilə məndə sırf “görüş olsun” xətrinə görüş keçirildiyi təəssüratı var. Eyni zamanda Moskva bugünkü görüşdə Brüssel görüşünün gündəliyinin “Rusiyasız” müəyyən edilməsi görüntüsünün önünə keçməyə çalışdı.

Təbii ki, Rusiya-Qərb münasibətlərinin son dərəcə kritik olduğu bir periodda Moskva tamamilə “öz nəzarətində olduğunu dünyaya göstərməyə çalışdığı” Azərbaycan-Ermənistan münaqişəsində Avropa İttifaqının bir addım önə çıxmasına imkan vermək istəməz. Bu, Rusiya üçün zəiflik kimi görsənə bilər.

Şəkil barədə… Putinin öz məkanında bu tipli siyasi-psixoloji fəndlərlə qonaqları üzərində təzyiqlər yaratmaqda “ixtisaslaşdığı” hamımıza bəllidir… İkinci dəfədir ki, bu formadakı masadan istifadə edilir. Belə bir masa ilə Rusiya vasitəçi yox, “nəzarətçi” tərəf olduğunu göstərməyə çalışır.

Fikrimcə, Moskvanın bu tipli mesajına ən yaxşı cavab Azərbaycan və Ermənistanın Brüsseldə bugünkü görüşü “arxaplana atacaq” bəzi razılaşmalar əldə etməsi ola bilər. Çətin kimi görünür, ancaq mümkünsüz deyil.

@serqebaxis