Get Mystery Box with random crypto!

Efiopiya münaqişəsində son bir həftədə dramatik proseslər baş | Şərqə Baxış

Efiopiya münaqişəsində son bir həftədə dramatik proseslər baş verir.

Tiqray güclərinin aylardır davam edən uğurlu hücumlarından sonra paytaxt Əddis-Əbəbəyə doğru sıxışdırılan Efiopiya ordusu baş nazir Əhməd Əbiyin şəxsən ön cəbhəyə qoşulduğunu elan etməsindən sonra uğurlu əks-hücumlar keçirərək, bir neçə strateji şəhəri yenidən ələ keçirməyi bacarıb.

Efiopiya orudusunu BƏƏ, İran, Rusiya və Türkiyənin hərbi təchizatlarla təmin etməsi barədə fikirlər səsləndirilir. Yerli mənbələr, Efiopiya hava qüvvələrinin Mohajer-6 (İran), Wing Loong (Çin) və Bayraktar TB-2 (Türkiyə) pilotsuz uçuş aparatlarından istifadə etdiyini iddia edir.

Qanlı toqquşmalar davam edərkən bu gün Əddis-Əbəbədə çox önəmli bir qonaq var idi: Çin xarici işlər naziri Vanq Yi. Çinli baş diplomat öz çıxışında ölkəsinin məşhur “münaqişələrə qarışmama” prinsipinə Efiopiyada da sadiq olduqlarını bildirsə də, görünənlər tam fərqlidir.

Məsələn, müqayisə üçün deyim ki, Çin XİN ölkəsi üçün önəmli partnyorlardan olan, diplomatik müstəvidə ciddi dəstəklədiyi Suriya hökumətini müharibə boyunca, yəni 10 il ərzində ziyarət etməmişdi. Ancaq, çinli diplomat qanlı toqquşmaların ən dramatik dövründə Efiopiyada səfərdədir.

Nəzərə almaq lazımdır ki, Əddis-Əbəbə hökuməti 15 milyard $-la Pekinin ən çox kredit verdiyi 2 Afrika ölkəsindən biridir. Eyni zamanda, Efiopiya Pekinin Hind Okeanı vasitəsilə Afrika ilə bağlantı yaratdığı nəqliyyat xəttinin önəmli parçalarından biridir. Belə bir halda, Çinin “Afrika Buynuzu”nun ən böyük ölkəsində baş verənlərdən son dərəcə narahat olduğunu, Pekinin “münaqişələrə qarışmama” prinsipinin Efiopiya örnəyində çox da önə çıxmadığını iddia etmək mümkündür.

@serqebaxis