Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 61

2021-05-29 13:46:07 #Müsabiqə

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 illiyi münasibətilə keçiriləcək müsabiqədə Ziya Gökalpın “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” kitabı qalib izləyiciyə mükafat kimi təqdim ediləcək.

“Türkləşmə, islamlaşma və müasirləşmə” ötən əsrin əvvəllərində Osmanlı intellektualları arasında ən dominant düşüncə axını hesab olunurdu. Ziya Gökalp üçlü yanaşmasında görkəmli mütəfəkkir Əli Bəy Hüseynzadədən birbaşa təsirlənmişdi. Əli bəy Hüseynzadə üçlü düsturun sistemli formasının müəllifi hesab olunur.

Bu üçlü yanaşmanın ən gözəl təsviri isə Azərbaycan Bayrağında öz əksini tapdı: Göy rəng türklüyü, yaşıl rəng İslamı, qırmızı rəng müasirliyi.

Kitabda türkçülük axının əsas düşünürü olan Ziya Gökalpın 1913-14-cü illərdə yayımlanan 11 məqaləsi var. Məqalələrdə ideoloji məqamlarda yanaşı, yazarın yaşadığı dövrün siyasi təfəkkürü, Osmanlı Dövlətinin qürub çağı ilə bağlı sosial təhlilləri də əks olunub.

Müsabiqə şərti belədir: bazar günü axşam 21.00-da sual paylaşacağam. Ən yaxşı cavabın sahibi qalib elan olunacaq.

Qeyd: Sual sadəcə səhifənin telegram kanalından paylaşılacaq.
188 viewsedited  10:46
திற / கருத்து
2021-05-29 13:45:51
183 views10:45
திற / கருத்து
2021-05-28 22:18:06 Pakistan XİN Şah Mahmud Qureşinin maraqlı bir müsahibəsi ilə rastlaşdım. Müsahibədə bir məqam diqqətimi çəkdi. Qureşi deyir ki, “bizim investisiyaya, texnologiya transferinə ehtiyacımız var. Ancaq, ABŞ bunu etmək istəmir. Onun yerinə Çin təkliflər edir. Biz də qəbul edirik. Biz hansısa ölkənin təsirinə girmək istəmirik, ancaq, Çin də bizim ehtiyaclarımızı qarşılayır. ABŞ daha əvvəl təklif etsəydi, imtina etməzdik.” ( Nikkei Asia)

Pakistan XİN bir mənada demək istəyirik ki, ABŞ onları Çinə yönəlməyə sövq edir, başqa variant qoymur.

Həqiqətən də, ABŞ xarici siyasətində son illərdə ciddi boşluqlar var. Məncə, ABŞ xarici siyasəti hələ də, dünya müharibəsi sonrası qurulan ikiqütblü və Sovetlərin süqutundan sonra yaranan təkqütblü modeli təsirlərindən qurtula bilmir. İkiqütblü dünyada “ya bizdənsən, ya da kommunistsən”, təkqütblü dünyada isə “bizə bənzəməlisən” təzyiqləri ilə ətraf ölkələrə ABŞ-ın tələbləri qəbul etdirilirdi.

Yeni geosiyasi reallıqlar isə çoxqütblü modelə keçdiyimizi göstərir. Artıq, təzyiqlər qarşısında ölkələr alternativ variantlar tapa bilirlər. Ancaq, ABŞ xarici siyasətinin bu reallığa adaptasiya ola bilmədiyini düşünürəm.

Məsələn, Rusiya, Çin Sovetlərdən fərqli olaraq, hər hansı ölkə ilə əməkdaşlıq etmək üçün ideoloji yanaşmır. Pakistanın kommunist olmadan Çindən böyük dəstək almaq imkanı var. Eləcə də, ideoloji bariyer olmadığı üçün Türkiyə, İran, Səudiyyə, BƏƏ kimi ölkələrin də Çin və Rusiya ilə əlaqələri geniş müstəvilərdə inkişaf edə bilir.

Avropa dövlətlərinin də özlərinin qütbünü qurmağa çalışdığını demək olar. Qlobal Britaniya doktrinası, Almaniya-Fransa arasında Avropa Ordusu müzakirəsi çoxqütblü dünyaya keçid mərhələsinin göstəriciləridir.
192 views19:18
திற / கருத்து
2021-05-28 22:17:54
187 views19:17
திற / கருத்து
2021-05-28 20:44:19 İordaniyalı jurnalist Fuad Hüseyn məlum kitabında Səudiyyə vəhhabiçiliyinin niyə Ərəb yarımadasından kənarda da bu qədər populyar olması ilə bağlı çox yaxşı nöqtələrə toxunur.

Hüseyn deyir ki, İbn Əbdülvəhhab öndərliyindəki silahlı dini hərəkat İslamın ən müqəddəs iki şəhəri olan Məkkə və Mədinəni ələ keçirdiyi, buranı idarə etdiyi üçün müsəlmanlar arasında çox böyük prestij qazandı. Digər tərəfdən, hər il milyonlarla müsəlman həcc ziyarətinə gedir, burada onlara İbn Teymiyyə və İbn Əbdülvəhhabın kitabları paylanılır, təbliğatlar aparılır və s. Bəzi hacılar öz ölkələrinə geri qayıdanda həmin ideologiyanı ətrafındakılara ötürür. Beləliklə, vəhhabiçilik kütləviləşir.

Mən xüsusilə, Məkkə və Mədinəni idarəetmək məsələsinə diqqət çəkmək istəyirəm. Həqiqətən bəzi şəhərlər var ki, dini-ideoloji mərkəzdir, tarixən o şəhərlər idarəçilərinə böyük prestij qazandırırlar. Məsələn, Qüds, Vatikan, İstanbul kimi şəhərlər. (orta əsrlərdə Vatikandakı Papalığı himayə uğrunda Avropa nəhəngləri mübarizə apararaq, katolik dünyasında xüsusi prestij qazanırdılar).

Qüdsü daha ayrı çərçivədə dəyərləndirmək istəyirəm. Qüds bir mənada “Yaxın Şərqdə güc kimdədir” simvoludur. Qüdsün idarəolunması regional güc göstəricisi kimidir. Bizansdan Ərəb xilafətlərinə, Səlçuqlara, Xaçlılara, Əyyubilərə, Məmlüklərə. Son üç örnək bu fikri daha aydın göstərəcək: uzun müddət Osmanlıların nəzarətində olan Qüds regionda yeni status dəyişikliyindən sonra Britaniyanın nəzarətinə keçir. İkinci Dünya Müharibəsindən sonra yeni reallıqlarda isə yavaş-yavaş İsrailin (ABŞ dəstəkli) nəzarətinə keçdi.
569 viewsedited  17:44
திற / கருத்து
2021-05-28 20:44:12
251 views17:44
திற / கருத்து
2021-05-27 19:15:31
Paşinyan sərhəd məsələsinin həll edilməsi üçün Minsk Qrupuna üzv ölkələrdən müşahidəçi tələb edib.

Paşinyanın dediklərinin siyasi motivləri bir qırağa, ancaq bunların adı gələndə nədənsə qəribə hislər keçirirəm. Sifətlərinə baxın, bunlar nəyisə həll edənə oxşuyurlarmı?

30 il vasitəçilik etdikləri sülh prosesinin necə yekunlaşdığını hamımız gördük. Belə bir möhtəşəm “uğuru” olan Qrup indi də gəlib sərhəd xəttini həll etsin.
153 views16:15
திற / கருத்து
2021-05-27 13:16:31 İran Ali lideri Qəyyumlar Şurasının təsdiqlədiyi namizədlər siyahısının leqal prosedurlara uyğun olduğunu bildirərək, Şuraya dəstəyini açıqlayıb. Beləliklə də, siyahıya düşə bilməyən namizədlərin, xüsusilə güclü reformistlərin seçkidə iştirak etməyəcəyi dəqiqləşib.

Xameneinin siyahıda güclü namizədləri istəməməsinin səbəbi öz favorit namizədi İbrahim Rəisinin yenidən məğlub olmasından ehtiyatlanmasıdır. 2017-ci ildə reformistlərdən Ruhaniyə uduzan Rəisi bu dəfəki seçkilərdə də yenə uduzsa, xalq nəzdində yetərli nüfuzunun olmadığı məlum ola bilər. Təbii ki, Xamenei sonrası Ali liderliyə əsas namizəd kimi göstərilən Rəisi üçün belə bir görüntünün ortaya çıxması çox risklidir. Fikrimcə, Cahangiri, Laricani kimi güclü reformistlərin namizədlər siyahısından çıxarılmasının əsas səbəbi Rəisinin yüksəlişini “maneəsiz” təmin etməkdir.
264 views10:16
திற / கருத்து
2021-05-27 13:16:20
252 views10:16
திற / கருத்து
2021-05-27 11:03:14
Müdafiə Nazirliyi gecə saatlarında ərazilərimizi minalayan erməni diversantların ələ keçirildiyi yerin koordinatlarını paylaşıb.
292 views08:03
திற / கருத்து