2021-05-25 22:21:31
Düşünürəm ki, Türkiyənin hakim partiyası AKP-də baş verən böhranın səbəbi 20 ildir iqtidarda olan partiya təşkilatının həddən artıq genişləyib, artıq, idarəoluna bilməməsidir. İctimai uzlaşma vədi ilə siyasi hərəkat olaraq başlayan AKP-də Ərdoğanın getdikcə gücü tək əldə toplaması partiyanın qurucu və ideoloqlarının bir çoxunun uzaqlaşdırılmasına səbəb oldu. Onların yerinə gələnlərin bir çoxu isə verilən qərarlara sadəcə alqış tutanlar oldu. Fikrimcə, partiyanı zəiflədən əsas məqam bu idi. Bundan əlavə, bütün iqtidarlarda olduğu kimi vəzifə və iqtisadi mənfəət hirsi ilə AKP-yə də hərə bir tərəfdən axın etdi.
Ümumiyyətlə, partiya idarəetməsi Türkiyədə mühafizəkar cəbhənin xroniki problemidir. Mühafizəkar cəbhə adətən “xarizmatik lider” tipi ilə hakimiyyətə gəldiyi üçün həmin liderin karyerası bitdikdən sonra partiyası da tənəzzül edir. Məsələn, sağcı liderlər Adnan Menderes, Süleyman Dəmirəl, Turqut Özal, Ərbakanı hamımız tanıyırıq, ancaq, partiyalarının adını çox azımız bilirik. Demokrat Partiya, Ədalət Partiyası, ANAP və s. Çox güman ki, Ərdoğan sonrasında AKP də eyni aqibəti yaşayacaq.
Türkiyədə əsasən iki böyük partiya liderlərdən asılı olmayaraq, öz davamlılığını qoruya bilir. CHP və MHP. Maraqlıdır ki, hər ikisi ölkənin hərbi elitası tərəfindən qurulub. CHP Atatürk və MHP isə Türkeş liderliyində. Hər iki partiya xüsusi simvolla assosasiya olunur. Altıox və Üçhilal. (məsələn, MHP seçicisi səsvermədə üçhilalı görən kimi işarələyir. AKP seçicisi isə lampadan daha çox Ərdoğanla özünü assosasiya edir.)
Partiyaların Koordinasiya mərkəzi olaraq var olması səbəbilə həm CHP, həm də MHP-də güclü establişmentlər, elitalar formalaşır. Liderdən asılı olan mühafizəkar cəbhədə isə belə bir imkan yoxdur, bu səbəbdən onlar siyasi partiyalar yerinə, dini camaatlar və təriqətlərdə strukturlaşırlar.
348 views19:21