Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 2

2022-08-24 21:37:34
786 views18:37
திற / கருத்து
2022-08-19 15:13:46 Neo-realist məktəbin ən tanınmış simalarından olan Con Merşaymer “Foreign Affairs” jurnalına yazdığı dünənki məqaləsində, hazırda Ukrayna münaqişəsində tərəflər arasında müzakirə çərçivəsinin olmamasının katastrofik nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edir.

Merşaymer deyir ki, diplomatik həll yolunun üfüqdə görsənməməsinin səbəbi tərəflərin müharibədən öncəki hədəflərinin dəyişməsiylə əlaqədardır. Ukraynanın Qərbə yönəlməsinin qarşısını almaq üçün müharibəyə başlayan Rusiya indilərdə Ukraynanın cənub və şərq əyalətlərini ilhaq edərək, özünə birləşdirmək strategiyasını yürüdür. İlkin mərhələdə Ukraynanın Rusiya hücumuna tab gətirərək, daha əlverişli şərtlərdə danışıqlar masasına oturmasına çalışan ABŞ və müttəfiqləri isə Ukrayna ordusunun rus qoşunlarını Kiyev ətrafında dəf etməsindən sonra Rusiyanın Ukrayna tam məğlubiyyətə uğradılması strategiyasını izləyir. Ukrayna hökuməti də bənzər strategiyadadır və Rusiyanı məğlub edərək, Krım da daxil olmaqla, itirilmiş ərazilərini bərpa etmək arzusundadır.

Tərəflərin maksimalist hədəflərə oynaması müzakirələr yoluyla həllin yaxın müddətdə olmayacağını göstərir. İndiki situasiyada məsələnin yeganə həll yolu tərəflərin birinin tam məğlubiyyətə uğradılmasıdır ki, hər iki cəbhə bunun baş verməməsi əlindən gələni edəcək. Tərəflər həm tam qələbəyə çatmaq, həm də tam məğlubiyyətdən yayınmaq üçün eskalasiya etməkdən çəkinməyəcəklər. Bu da müharibənin genişlənməsinə gətirib çıxara bilər.

Merşaymer hazırkı gedişatda bir neçə ssenarinin ABŞ-ı müharibəyə birbaşa qoşulmağa məcbur edə biləcəyini iddia edir. Buradakı əsas mümkün ssenari, Ukrayna ordusunun müvaqimətinin qırılması və Rusiyanın böyük qələbəsi ehtimalı ortaya çıxmasıdır ki, bu da Birləşmiş Ştatları müharibəyə birbaşa müdaxilə etməyə sürükləyəcək. Çünki bu nöqtədən sonra ABŞ Ukraynada tam məğlubiyyətini və Rusiyanın tam qələbəsini gözə ala bilməz.

Müəllif, ABŞ-ın birbaşa müdaxiləsi və ya Ukraynada ağır məğlubiyyət ehtimalı ortaya çıxarsa, Rusiya rəhbərliyinin nüvə silahına əl ata biləcəyini qeyd edir. Çünki eynilə Rusiya da əlindəki bütün imkanlar istifadə etmədən Ukraynada tam məğlubiyyətə razı ola bilməz. Bunun da hansı proseslərə gətirib çıxaracağını təxmin etmək mümkün deyil.

@serqebaxis
572 views12:13
திற / கருத்து
2022-08-19 15:13:36
554 views12:13
திற / கருத்து
2022-08-16 23:59:46 Bu gün Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfrasında çıxış edən Putin deyib ki, Rusiya bütün xalqların haqlarının və sivilizasiya müxtəlifliyinin təmin olunduğu daha demokratik dünyanın qorunması üçün addımlar atacaq.

Təbii ki, Putinin nəzərdə tutduğu demokratiya bildiyimiz demokratiya deyil. Putin ABŞ-ın beynəlxalq sistemdəki hegemoniyasını, yəni, təkqütblülüyü dikta rejimi kimi təsvir edərək çoxqütblü modelə keçidi demokratiya kimi təqdim etməyə çalışır. Yəni, beynəlxalq sistem müstəvisində demokratiyaya eyham vurur. Lakin bunun da demokratiya ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Çoxqütblü dünya demokratiya yox, “oliqarxiya” yəni, az sayda olan güclü ölkələrin idarəetməsini vəd edə bilər: çoxluğun haqqının yox, bir ovuc güclünün haqqının təmin olunduğu bir sistem.

Aydındır ki, Rusiya regionlar üzrə nüfuz bölgələrinin bölünməsini istəyir. Moskva Sovet İttifaqının çöküşündən sonra nəzarətindən çıxan regionlarda dominantlığını yenidən bərpa arzusundadır. Yəni, dava yorğan davasıdır, başqalarının da haqqının təmin olunması davası yox.

Beynəlxalq nizamdan narazı olan Putinin demək olar ki, çıxışlarında BMT və Təhlükəsizlik Şurasına tam sadiq olduqlarını vurğulaması da diqqət çəkir. Təbii ki, Təhlükəsizlik Şurasının veto hüquqlu 5 daimi üzvündən biri olan Rusiyanın bu mexanizmdən narazı olmaq üçün hansısa səbəbi çətin ki, olsun. Putin sanki “biz BMT-dəki bölgüdən razıyıq, bizim payımızı verin susaq, yoxsa problem çıxararıq” təfəkküründədir.

Yeri gəmişkən, ABŞ, Rusiya, Çin, Britaniya və Fransanın xüsusi statusla yer aldığı BMT Təhlükəsizlik Şurasını da “oliqarxiya sistemi” hesab etmək olar. Təhlükəsizlik Şurasını Corc Ourellin məşhur sözləri ilə daha dolğun təsvir etmək olar:

“bütün heyvanlar bərabərdir, amma bəzi heyvanlar digərlərinə görə daha bərabərdir.”

@serqebaxis
780 viewsedited  20:59
திற / கருத்து
2022-08-16 23:59:38
700 views20:59
திற / கருத்து
2022-08-15 13:00:29 ABŞ Nümayəndələr Palatasınının spikeri Nansi Pelosinin Tayvana səfərindən 12 gün sonra daha 5 konqresmenin Tayvan adasına yeni bir səfər təşkil etməsinə cavab olaraq Çin yenidən Cənubi Çin dənizində təlimlərə başlayıb.

Məlum olduğu kimi, Pekin Pelosinin səfərinə də irimiqyaslı hərbi təlimlərlə cavab vermişdi. Hərbi ekspertlər Çinin son təlimlərdə Tayvan adasını havadan və sudan bütünlüklə mühasirəyə salınması taktikasına fokuslandığını qeyd edir.

Hərbi təlimlər ənənəvi olaraq “çəkindirmə” mesajı xarakteri daşısa da, həm də müharibəyə aparan sonuncu mərhələlərdən biridir. Rusiyanın da Ukraynaya müdaxilədən öncəki periodda uzunmüddət irimiqyaslı hərbi təlimlər keçirdiyini xatırlayırıq.

Lakin Rusiyanın problemləri riskə gedərək aqressiv yollarla həll etmək ənənəsinin əksinə, Çinin təmkinli yanaşmalara üstünlük verdiyi bəllidir.

Münaqişələrdə ən önəmli məsələ vaxtın kimə işləməsidir. Fikrimcə, hazırkı gedişat, yəni statuskvo, həm Çinə, həm də Tayvana sərf edir. Statuskvonun sərf etmədiyi tərəf isə ABŞ-dır. Çünki hazırkı situasiyada Tayvan məsələsi yüksələn güc olan Çinin inkişafına və yaxın gələcəkdə supergücə çevrilməsinin önündə əngəl təşkil etmir. ABŞ isə Çinin yumşaq nöqtəsi olan Tayvan məsələsinin bu yüksəlişin önündə çox ciddi maneəyə çevrilməsini istəyir.

Bu səbəbdən xüsusilə, noyabrda keçirilməsi nəzərdə tutulan Çin Kommunist Partiyasına seçkilər ərəfəsində Vaşinqtonun Tayvan məsələsindəki təhriklərini intensivləşdirərək Pekini açıq oyuna məcbur etməyə çalışır. Bununla belə, düşünürəm ki, əgər Çinin Tayvana müdaxilə kimi bir plana varsa, Pekin bu planı ABŞ-ın təhriklərinə görə yox, özünü müdaxiləyə tam şəkildə hazır hiss etdiyi bir vaxtda reallaşdırmaq istəyəcək.

@serqebaxis
952 viewsedited  10:00
திற / கருத்து
2022-08-15 13:00:22
826 views10:00
திற / கருத்து
2022-08-13 22:47:19 14 il əvvəl Rusiyanın Gürcüstana müdaxiləsinin Avropa geosiyasətində tektonik dəyişikliklərə gətirib çıxaracağını yəqin ki, çox az insan təxmin edirdi.

Şübhəsiz ki, Rusiyanın Gürcüstanı işğalı öz orbitindən çıxaraq Qərb blokuna keçmək istəyən digər ölkələrə xəbərdarlıq, Gürcüstan başda olmaqla, başqalarının keçidlərinin qarşısını almaq məqsədi daşıyan “qabaqlayıcı addım” idi. Yəni, bir mənada Rusiya post-sovet məkanında özünə qarşı domino effektinin (baş verən bir hadisənin bənzər digər hadisələrə təkan verməsi) yaranacağından çəkinirdi və Gürcüstanda bunun qarşısını almağa çalışdı.

Ancaq, qəribəsi odur ki, Gürcüstanın işğalı post-sovet məkanında əks bir domino effektinə səbəb oldu. Artıq Rusiya post-sovet məkanında hərbi güc işlədərək prosesləri öz xeyrinə dəyişə bilməyin mümkün olduğunu gördü. Və 14 il sonra rus tanklarının Kiyev qapılarında peyda olmasının səbəblərini heç şübhəsiz ki, Gürcüstan hadisələri ilə birbaşa əlaqələndirmək olar.

Həmin dövrdə başı 3 ay sonra keçiriləcək prezident seçkilərinə qarışan ABŞ elitası və Putinlə “bal ayı” yaşayan Merkel və Sarkozi Avropası Rusiyaya güzəştə getməkdən başqa ortaya ciddi bir yanaşma qoya bilmədi. Siyasət meydanında, xüsusilə Putin kimi “güc” paradiqmasını yaxşı anlayan siyasətçi qarşısında güzəştə getmək isə zəiflik əlamətidir. Haqsız da sayılmaz, rəqiblər əlləri yetərincə güclü olduğu regionda niyə güzəştə getsin ki? Güzəşt varsa, səbəbi zəiflikdir.

Təbii ki, buradakı məqsədim Qərb səhv etdi ya etmədi kimi tənqidi fikirlər paylaşmaq deyil. Hər dövlət taktiki təfəkkürlə özünə daha az zərər vuracaq yolu seçərək davam etdi. Ancaq zaman bir daha göstərdi ki, günübirlik siyasi yanaşma, “realpolitik” qısa periodda əlverişli görsənsə də, uzun perspektivdə ilk mərhələdə qaçmaq istədiyin zərərlərdən daha ağır bədəllərə gətirib çıxara bilir. Necə ki, Gürcüstan prosesi qartopu kimi böyüyərək çox geniş kontekstdəki geosiyasi toqquşmaya çevrildi və 5 günlük kiçik Gürcüstan müharibəsi 14 il sonra 6 ayını dolduran böyük Ukrayna müharibəsinə təkamül etdi. Qərb, xüsusilə Avropa isə bəlkə də vaxtında müəyyən itkilərlə cilovlaya biləcəyi Rusiyanı, indi çox böyük bədəllər ödəməklə belə cilovlaya bilmir.

@serqebaxis
981 viewsedited  19:47
திற / கருத்து
2022-08-13 22:47:13
709 views19:47
திற / கருத்து
2022-08-13 15:09:52 Əsəd hökuməti Suriyanın 80 min barrel günlük neft hasilatının 80 %-nin, təxminən 66 min barrelin ABŞ tərəfindən qaçaqmalçılıq yoluyla satıldığını bildirilir. Nəzərə alsaq ki, müharibədən əvvəlki dövrdə Suriyanın günlük neft hasilatı 400 min barrelə çatırdı, bu rəqəm çox da böyük həcm sayılmır. Burada ABŞ üçün önəmli olan Əsəd rejiminin həmin neft resurslarından məhrum qalmasıdır.

Məlum olduğu kimi, Vaşinqton PKK-nın Suriya qolu YPG bünövrəsində formalaşdırdığı Suriya Demokratik Qüvvələri (SDF) vasitəsilə Suriya topraqlarının 25 %-ə (40 min kv.km.) nəzarət edir. Bu rəqəm, ölkə ərazisinin 65 %-ə nəzarət edən Rusiya-İran dəstəkli Əsəd qüvvələrinin nisbətən xeyli kiçik olsa da, Suriyanın su ehtiyatlarının 90%-i, əkinə yararlı torpaqların yarısı, enerji resurslarının 80%-i məhz, ABŞ-ın nəzarətindəki ərazilərdə yerləşir. Yəni, kəmiyyət kiçik olsa da, amerikanların nəzarətindəki torpaqların önəmi çox böyükdür.

Münaqişənin ilk illərində Vaşinqtonun Suriya strategiyasını kifayət qədər uğursuz saymaq olar. 2015-ci ildə Rusiyanın Suriyaya müdaxiləsi və burada möhkəmlənməsindən sonra ABŞ kürdlər vasitəsilə həm oyunda qalmaq, həm də Rusiya-İran tandeminin Suriyadakı mütləq qələbəsinə imkan verməmək strategiyasını izləməyə başladı. Təbii ki, bu strategiya ABŞ-Türkiyə münasibətlərinin kəskinləşdirərək Ankaranın Moskva ilə çox ciddi yaxınlaşması prosesinə təkan verdi. Deyə bilərik ki, bu da ABŞ-ın Suriyadakı oyunda qalmağının bədəli idi.

Ümumi mənzərədə ABŞ Suriyada məğlub tərəf görünsə də, amerikanlar su, topraq və enerji kimi strateji resursları öz nəzarətinə götürərək Suriya münaqişəsinin həlli ilə bağlı masada öz yerini təmin edib. Rəqəmlərə baxdıqda isə bu yerin masanın baş tərəfində olduğunu görürük. Çünki Əsəd ailəsi Rusiya və İranın dəstəyi ilə hakimiyyətdə qalmağı təmin etsə də, rejimin gələcəyi üçün sözügedən resurslara məhkumdur. Vaşinqtonun SDF vasitəsilə Əsəd və dəstəkçilərini “öz” şərtlərinə razı salmadan bu strategiyasını dəyişməyəcəyi aşkardır. Hazırda beynəlxalq sistemdəki mövcud reallıqlara baxdıqda, Suriya münaqişəsinin yekun həll prosesinin hələ də çox uzaqda olduğu görünür.

@serqebaxis
780 viewsedited  12:09
திற / கருத்து