Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 71

2021-05-06 12:52:10
260 views09:52
திற / கருத்து
2021-05-05 20:36:40 Ərəb dünyasının iki öndə gələn ölkəsində maraqlı bir siyasi situasiya mövcuddur.

Həm BƏƏ, həm də Səudiyyə Ərəbistanında ölkənin rəsmi başçıları vəliəhd şahzadələr tərəfindən ofsayda salınıb. BƏƏ-də Məhəmməd bin Zayed (MBZ) rəsmi ölkə lideri olan qardaşı Xəlifə bin Zayedi, Səudiyyədə isə Məhəmməd bin Salman (MBS) atası kral Salmanı neytrallaşdırıb. Hər iki şəxs öz ölkəsinə de-fakto rəhbərlik edir.

İndi isə keçək əsas məsələyə. Deməli, ABŞ prezidenti Co Bayden fevralın sonlarında Səudiyyə kralı Salmana zəng etmişdi. Həmin vaxt Qaşıqçı cinayəti ilə bağlı ABŞ kəşfiyyatı da hesabat yayıb, Məhəmməd bin Salmana cinayətdə günahlandırmışdı. Mətbuat isə Baydenin niyə vəliəhd şahzadəyə yox, krala zəng etdiyi məsələsini qabardırdı. Bu barədə Ağ Evə sual veriləndə mətbuat katibi demişdi ki, "Bayden prezidentdir, onun Səudiyyədəki həmkarı kraldır, ona görə də krala zəng etməsi normaldır, MBS sırasını gözləsin, onunla da danışılacaq".

Amma Bayden dünən BƏƏ-dəki həmkarı, rəsmi lider Xəlifə bin Zayedə yox, şahzadə Məhəmməd bin Zayedə zəng edib. Biraz axtarış etdim, Xəlifə və Bayden arasında daha əvvəl danışıq olması barədə də məlumat tapa bilmədim.

Əgər, Bayden BƏƏ -yə ilk zəngində Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayedlə danışıbsa, bu, Səudiyyə şahzadəsi Məhəmməd bin Salman üçün də siyasi xəbərdarlıqdır. Bu addım bir mənada o deməkdir ki, "məsələ həmkar məsələsi deyil, sadəcə mən Məhəmməd bin Zayedin hökmünü tanıyıram, ancaq sənin yox." Aydındır ki, Bayden "Trampın adamı" kimi tanınan, Tramp dövründə "şıltaqları" ilə yadda qalan Məhəmməd bin Salmanı öz istəklərinə uyğun "cilalamaq" üçün ona qarşı sərt siyasi kurs seçib.
322 views17:36
திற / கருத்து
2021-05-05 20:36:23
296 views17:36
திற / கருத்து
2021-05-03 21:58:24 ABŞ ictimaiyyətində getdikcə dərinləşən siyasi qütbləşmənin ölkənin xarici siyasətinə də kəskin şəkildə yansıması həqiqətən də xoş olmayan mənzərə yaradır.

Sanki ABŞ vahid bir dövlət kimi yox, iki fərqli partiyanın fərqli dövləti kimi hərəkət edir. Təbii ki, hökumətlərin fərqli ideoloji yanaşmaları, fərqli xarici siyasət kursları ola bilər, bu siyasətin təbiətinə uyğundur, ancaq dövlət prestiji, dövlətdə davamlılıq prinsipi kimi məsələlərə görə dövlətlər imzaladıqları beynəlxalq sazişlərə sadiq qalmağa borcludurlar.

ABŞ Administrasiyaları isə son dövrlərdə xarici siyasətlərinin bir çoxunu sırf əvvəlki iqtidarın əksinə getmək, yəni revanşist hislər üzərində qururlar. Məsələn Obama 6 ən güclü ölkəni topladı və İranla müqavilə imzaladı. İşlər danışıldığı kimi gedəndə Tramp gəldi, dedi ki, müqaviləni mən bəyənmirəm və sazişdən çıxdı. İndi də Bayden gəlib deyir ki, müqavilə əla idi, Tramp da dəli idi, gəlin qayıdaq.

Və ya Əfqanıstandan çəkilmə məsələsi. Tramp iqtidarı 1 mayda qoşunların tam çıxarılması sözünü vermişdi. Talibanla bu tarixə əsasında razılaşma əldə olunmuşdu. Bayden çıxarılmanı təsdiq etsə də, sentyabra qədər uzatdı. Yəni ki, demokratlar deyir ki, biz çıxırıq, ancaq Trampın imzaladığı vaxt bizi maraqlandırmır, bizim öz təqvimimiz var. Eləcə də, Paris anlaşması örnəyini də vermək olar.

ABŞ dünyanın mərkəzi gücü olduğu üçün bu kaprislərinə qarşı nəsə deyilə bilmir. Deyilməsi də mənasızdır. Ancaq, bunun pis tərəfi ABŞ-ın beynəlxalq arenada yavaş-yavaş etibarlılığını itirməsidir. Bundan sonra dövlətlər ABŞ-la nəsə rəsmi razılaşma edəndə həmişə ehtiyatlı olacaqlar. İstər müttəfiq dövlət olsun, istər düşmən. Məsələn düşünəcəklər ki, biz indi respublikaçılarla müqavilə imzalayırıq, amma görəsən demokratlar gələndə bunu dəyişdirməyəcəklər? Və ya əksinə. Bu məsələ həmişə şübhə yaradacaq. (xüsusilə ABŞ-a düşmən münasibətdə olan ölkələrdə)

Adətən, ABŞ haqqında belə stereotip var ki, bu ölkənin xarici siyasəti 100 illik, 50 illik müəyyən olunur və sairə. Ancaq, son dövrün kaprisli siyasətçiləri elə vəziyyət yaradıb ki, Vaşinqtonun bir çox xarici siyasəti heç 5 il də çəkmir.

@serqebaxis
428 viewsedited  18:58
திற / கருத்து
2021-05-03 21:58:18
371 views18:58
திற / கருத்து
2021-05-02 21:21:53 İran Ali lideri Əli Xamenei bugünkü çıxışında ad çəkmədən ötən həftə səsyazısı mətbuata sızdırılan xarici işlər naziri Cavad Zərifi tənqid edib. Xamenei deyib ki, həmin səsyazısındakı fikirlər düşmən ABŞ-ın sözləridi. Qeyd edək ki, həmin səsyazısında Cavad Zərif Qərblə münasibətlərin pozulmasına görə İnqilab Korpusunu, Qasım Süleymanini və Rusiyanı günahlandırırdı.

Xamenei həm də deyib ki, dünyanın heç bir yerində xarici işlər naziri dövlətin siyasətini müəyyən etmir.

Bir çoxları Xameneinin bu çıxışından sonra Zərifin istefa verəcəyini gözləyir. Artıq Zərif instagramdan paylaşım edərək, Xameneidən üzr istəyib və bütün məsələlərdə son sözün həmişə Ali liderə məxsus olduğunu deyib.

Bəzi ekspertlər Zərifin bu ilin yayında keçiriləcək prezident seçkilərində reformistlərin namizədi olacağını təxmin edirdi. ABŞ-la nüvə danışıqlarındakı uğur Zərifin şanslarını artırmışdı. Lakin, mətbuata sızdırılan səsyazısı işləri dəyişə bilər. Xameneinin çıxışından sonra isə Zərifin gələcək siyasi karyerası şübhə altında düşdü.
439 viewsedited  18:21
திற / கருத்து
2021-05-02 21:21:43
411 views18:21
திற / கருத்து
2021-05-02 18:44:34 Taliban və Əfqan hökuməti arasında ötən il Dohada baş tutmuş uzun danışıqlar prosesini izləyən bir xanım jurnalist maraqlı bir detala toxunmuşdu.
(Təəssüf ki, hələlik mənbəni tapa bilmədim).

Jurnalist yazırdı ki, Talibanın gənc üzvləri yaşlı üzvlərdən fərqli olaraq sosial mediada aktivdir, dünyada baş verənlərdən xəbərdardılar, bir sözlə zəmanəyə uyğunlaşırlar. Ona görə də, jurnalist ümid edir ki, Talibanın yaşlı və güclü idarəçiləri getsə, yeni gələn nəsil qadın haqları, etnik-dini azlıqlara qarşı repressiya məsələlərində daha mülayim və anlayışlı olacaqlar.

Mən isə bu barədə çox da ümidli deyiləm. Düzdür, nəsillər arası fərqin olması təbii prosesdir. Bu, bütün quruluşlarda belədir. Atalar və oğullar məsələsi. Ancaq yeni nəsil mütləq şəkildə əvvəlkindən daha mülayim olacaq deyə bir qayda yoxdur. Ola da bilər, olmaya da.

Məsələn, dünya tarixinin ən qəddar “oğulları” elə XX əsrdəndir, XIX əsrin “ataları” onların yanında toya getməlidir. Daha yaxın örnək olaraq, əl-Qaidədən ayrılan yeni nəsil cihadçıların daha radikal İŞİD-ə çevrilməsini göstərmək olar. Bir sözlə bəzən “gələn gedənə rəhmət oxudur”.

Fikrimcə, nəsillər arasında fərqi dünyanı yaxşı bilməkdən, görüb-götürməkdən, təcrübədən daha çox “situasiya” müəyyən edir. Situasiya bir nəsli qəddarlaşdıra və ya əksinə, mülayimləşdirə bilər. Ona görə də, məncə, yeni nəsil Talibanın necə davranacağını və hansı tərzdə idarəçilik mənimsəyəcəyini Əfqanıstandakı sosial, siyasi və hərbi vəziyyət müəyyən edəcək.
430 views15:44
திற / கருத்து
2021-05-02 18:44:26
381 views15:44
திற / கருத்து
2021-05-01 20:48:32
Taliban və Vaşinqton arasında əldə olunan razılaşmaya əsasən 1 may, yəni bu gün bütün ABŞ əsgərləri Əfqanıstanı tərk etməli idi. Lakin, məlum olduğu kimi, ABŞ əsgərlərinin ölkədən çıxarılması sentyabra qədər uzanacaq.

Taliban ötən ay təhdidvari açıqlama yayaraq, 1 mayda tam çıxarılma olmasa ölkədə böyük müharibənin başlayacağını bildirmişdi. Bu gün Taliban sözcüsü Zabihullah twitter hesabından bildirib ki, təşkilat rəhbərliyi hələ də tam çıxarılma olmamasını razılaşmanın kobud pozulması kimi qiymətləndirir və vəziyyətlə bağlı qərar tezliklə veriləcək. Lakin, fikrimcə, hazırda gedən proses Talibana tam sərf edir, bir neçə ay sonra Əfqanıstan ovuclarının içinə düşəcək, bu səbəbdən “böyük müharibə” ilə vəziyyəti mürəkkəbləşdirmək məntiqsiz görünür. Yenə də gözləyək.
405 viewsedited  17:48
திற / கருத்து