Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 68

2021-05-12 22:26:48
378 views19:26
திற / கருத்து
2021-05-12 21:26:28 Məlum hadisələrə səbəbilə bəzi kəsimlər sırf dini məqamlara görə, bizim müharibəmiz dövründə İsrailin bizə verdiyi böyük dəstəyi sıradan bir şey kimi göstərməyə çalışır. Halbuki, müharibə dövründə hərbi karqo təyyarəmiz demək olar ki, həftədə iki dəfə İsrailə gedib gəlirdi.

“Silahdır da, pulunu verib almışıq” kimi dayaz arqumentlərlə Azərbaycan-İsrail arasındakı strateji əlaqələr sırf silah alveri səviyyəsinə endirilməyə çalışılır.

Lakin, İsrail kütləvi silah bazarı deyil. İsrail silah bazarının müştəriləri selektivdir, əsasən 10 ildən uzun müddətli əməkdaşlardır. Hindistan və Azərbaycan əsas partnyorlardır.

Azərbaycan da İsraildən təkcə avtomat, patron kimi yüngül silahlar almır ki, al gülüm-ver gülüm məsələsi olsun. Xüsusilə, yüksək texnoloji silahlar alır. Məsələn, Bakıya atılan İsgəndəri vuran Barak-8 sadəcə Azərbaycan və Hindistana satılıb. Eləcə də, Haroplar, Elbit Hermeslər də limitli sayda ölkələrə satılıb.

İsrail özünün yüksək texnologiya silahlarının kimlər tərəfindən istifadə edildiyinə fikir verir, verməlidir də. Çünki, aparatın düzgün istifadə edilməsi rəqib silahlar qarşısında nüfuzu və silahların reklamı baxımından da vacibdir.

Ona görə də, sanki, İsrailin silahlarını yel tökmüşdü, biz də gedib yığmışıq kimi qələmə vermək tamamilə yanlışdır. Eləcə də, İsrailin çoxluğu şiə olan müsəlman ölkəsinə sırf ticari səbəblərə görə silah satdığını iddia etmək tamamilə absurddur.

Eyni zamanda, İsrailin bizə qeyd-şərtsiz dəstəyini əsas gətirərək, “qoy ərəbləri qırsınlar, müsəlmanları yox etsinlər, fələstinliləri silsinlər” kimi ifadələr də işlətmək normal təfəkkür deyil, soyqırımcı təfəkkürdür. Dəstək veriləcəksə, İsrailin təhlükəsizliyi ilə bağlı verilsin və ya başqa nə olursa olsun. Eynilə bu və ya digər səbəblərə görə də yəhudilərə qarşı da açıq nifrət çağırışları eləmək normal təfəkkür deyil.

Səhifəmdə belə çağırışları görmək istəmirəm. Etnik-dini qruplara qarşı nifrət çağırışları edənləri dərhal blok edəcəyəm.
580 viewsedited  18:26
திற / கருத்து
2021-05-12 21:26:20
362 views18:26
திற / கருத்து
2021-05-12 18:13:53 Həmas təşkilatının İsrailə atdığı raketlərin siyahısı.

İran Fələstində əsas dəstək olduğu "Fələstin İslami Cihadı" təşkilatı ilə yanaşı, Həmasın da əsas silah tədarükçüsüdür. İranın Qəzza zolağına bu qədər çox raketi necə ötürdüyü və Həmasın yüzlərlə raketi eyni anda ata bilmə qabiliyyətinə necə çatdığı bir çoxlarında sual doğurur. Ümumiyyətlə, İsraildəki son proseslərdə əsas uduşlu tərəf kimi İran görünür, daha dəqiq desək İran mühafizəkarları.

Kabus kimi keçən Donald Tramp dövrü dünyada İran haqqında formalaşmış "qapalı qutu" təsəvvürünü boşa çıxarmış və İranın ciddi əksikliklərinin olduğunu göstərmişdi. Bu və ya digər şəkildə İsrailin əli olan Qasım Süleymaninin öldürülməsi, Möhsün Fəxrizadə sui-qəsdi, nüvə stansiyalarına edilən ardıcıl kiberhücumlar kimi məsələlərə müvafiq dərəcədə cavab verilə bilməməsi, bu da azmış kimi səhvən sərnişin təyyarəsini vurulması İranı psixoloji müharibədə məğlub duruma salmışdı. Bu məqamlar da İranın gələcək xilasının güc yolundan yox, sadəcə Qərblə danışıqlardan keçdiyi fikrini formalaşdırmışdı. Mən də bu fikirdə idim və hələ də bu fikirdəyəm. Ancaq, yenə də İran dişini göstərdi.

Gələn ayın 18-i İranda prezident seçkiləri keçiriləcək. Bu seçkilərin nəticəsi həm də xeyli yaşlanan Ali lider Xameneinin yerinə kimin keçəcəyi suallarına da aydınlıq gətirə bilər. Reformistlər seçkilərə hazırda davam edən ABŞ-la nüvə danışıqlarında müəyyən sanksiyaların qaldırılmasına nail olmaqla girmək istəyir. İsrail-Fələstin arasındakı münaqişədə İran raketlərinin özünü göstərməsi isə Fələstin məsələsini prioritet hesab edən İran mühafizəkarları üçün ciddi psixoloji təkan olacaq və bu məsələ də mühafizəkarlar üçün “seçki yatırımı” hesab oluna bilər.
416 viewsedited  15:13
திற / கருத்து
2021-05-12 18:12:22
398 views15:12
திற / கருத்து
2021-05-12 00:23:00
İsrailin Lod şəhərində yəhudi və ərəblər arasında qarşıdurmalar
313 views21:23
திற / கருத்து
2021-05-12 00:03:04 Suriya, Yəmən, İraq, Livan, Fələstin, İsrail..

“Sivilizasiyanın beşiyi” adlandırılan Yaxın Şərqdə silahlar susmur, axan qan durmaq bilmir.

Sizcə Yaxın Şərqdə münaqişələrin bitməməsinin səbəbi nədir?

Yəqin ki, xarici müdaxilələr, enerji resurslarının bolluğu, təhsil və yaşayış səviyyəsinin aşağı olması kimi cavablar üstünlük təşkil edəcək.

Məncə, bunlar çox ciddi faktorlar olmaqla yanaşı, daha çox ikinci dərəcəli səbəblərdir. Xarici müdaxilələr, enerji resursları məsələsi daxili dinamikalardan daha qabaqcıl ola bilməz. Eləcə də, elmi, təhsili yüksək olan cəmiyyətlərdə də müharibələr müşahidə olunub. Ötən əsrin ilk yarısındakı Avropanı örnəyi vermək olar.

Fikrimcə, əsas səbəb məmnuniyyətsizlikdir. Bəlkə də ölkə xəritələrinin bir çoxu suni yaradılıb, daxili dinamikalar nəzərə alınmayıb ona görədir. Etnik-dini qrupların hamısı narazıdır. Ərəblər, türklər, farslar, kürdlər, şiələr, sünnilər, xristianlar, musəvilər heç biri hazırkı xəritə bölgüsündən məmnun deyil. Etnik cəhətdən bölgü aparılanda dini gərginlik, dini cəhətdən bölgü aparılanda etnik gərginlik ortaya çıxır.

Demək olar ki, yarım əsrə yaxındır ki, bütün Yaxın Şərq ölkələrində millətçilər dini hərəkatlara, dini hərəkatlar da millətçilərə nifrət edir. Bütün qruplar narazıdır.
334 views21:03
திற / கருத்து
2021-05-12 00:02:56
321 views21:02
திற / கருத்து
2021-05-11 23:17:11
İsrail mediasının xəbərinə görə, bəzi İsrail şəhərlərində yəhudi və ərəblər arasında etnik-dini zəmində toqquşmalar baş verir, küçə döyüşləri müşahidə olunur.

Bu çox təhlükəli prosesdir, ölkəni bir andaca vətəndaş müharibəsinə sürükləyə bilər.

Qeyd edim ki, İsraildə 2 milyona yaxın ərəb əsilli vətəndaş var. Ərəblər ölkə əhalisinin 20 %-ni təşkil edir.
351 views20:17
திற / கருத்து
2021-05-11 23:02:05
İsrailin siyasi-hərbi rəhbərliyi əməliyyatların uzun çəkəcəyinə işarə etdi.

Netanyahu şiddətin artmasında Həmas və İslami Cihadı günahlandırdı və ağır cavab veriləcəyini dedi.

Qantz da Qəzzadakı bombardmanın hələ başlanğıc olduğunu bildirdi.
350 views20:02
திற / கருத்து