Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 69

2021-05-11 22:15:26
Saat 23.15-də İsrail müdafiə naziri Qantzın mətbuata açıqlaması olacaq. Bir çoxları Qəzza zolağına doğru quru əməliyyatı ola biləcəyini düşünür.

Onu deyim ki, bu dəfəki qarşıdurmada İsrail Ordusu daha hazırlıqsız görünür. Adətən, bu tipli gərginliklərdə İsrail Ordusunun kontrolu başdan sonadək əlində saxladığına şahidlik etmişik. Fikrimcə, bu məqam, məsələ ilə bağlı ən çox səsləndirilən “gərginliyin İsrail siyasi elitası, daha dəqiqi Netanyahu tərəfindən əvvəlcədən planlaşdırıldığı” təxminləri ilə uyğunluq təşkil etmir.
373 views19:15
திற / கருத்து
2021-05-11 16:30:01
“Fələstin İslami Cihadı” (PIJ) təşkilatına daxil olan Qüds Briqadasının İsrail şəhərlərinə atdığı raketlər İran istehsalı “Bədr 3” raketlərinin modifikasiya olunmuş versiyasıdır.

Vuruş məsafəsi 160 km olan Bədr 3 raketləri 250 kq partlayıcı başlıq daşıya bilir. PIJ-in istifadə etdiyi versiya isə 350 kq partlayıcı başlıq daşıyır.

@serqebaxis
418 viewsedited  13:30
திற / கருத்து
2021-05-11 14:30:43
Həmas təşkilatı 5 dəqiqə ərzində İsrailə 137 ağır kalibrli raket atdığını bildirir.

Aşkelon şəhərindən görüntü:
452 viewsedited  11:30
திற / கருத்து
2021-05-11 12:32:54
“Dəmir Qübbə” iş başında

İsrail Ordusu dünən gecə Aşkelon şəhərinə atılan 200-dən çox raketin 90 %-dən çoxunun “Dəmir Qübbə” havadan müdafiə sistemi tərəfindən zərəsizləşdirildiyini bildirir.
457 views09:32
திற / கருத்து
2021-05-11 01:11:46
İsrail Ordusunun mətbuat katibi yarım saat əvvəl Həmasa qarşı əməliyyatın başlayacağı ilə bağlı anons verib. Keçiriləcək əməliyyat “Divarların mühafizəçisi” kimi adlandırılıb.
275 views22:11
திற / கருத்து
2021-05-10 22:28:57 Fikrimcə, “o qədər müsəlman dövləti bir ovuc İsrailə bir şey edə bilmir” yanaşması doğru deyil. Birincisi, əsas böyüklük deyil, funksionallıqdır. İsrailin xüsusilə müdafiə sənayesi sahəsindəki elmi-texnoloji nailiyyətləri hamımıza bəllidir, bu cəhətdən İsrail müsəlman ölkələrindən dəfələrlə irəlidədir. İkincisi, ABŞ-ın İsrailə demək olar ki, qeyd-şərtsiz dəstəyi də gözardı edilməməlidir. Dəstəyin səbəbləri də məlumdur: İsrailyönümlü lobbilərin ABŞ siyasi mexanizminə böyük təsir imkanlarının olması.

Milyardlıq hərbi yardımlar filan bunları keçirəm. Təkcə bu faktı qeyd edim ki, ABŞ-ın Yaxın Şərqdə hansı ölkəyə, hansı silahı satıb-sata bilməyəcəyi ilə bağlı İsrailin qeyri-rəsmi veto haqqı var. Hətta bu veto haqqını yaxın vaxtlarda rəsmiləşdirəcəkdilər, Konqressə bu barədə layihə də gəlmişdi. Hər iki partiya da bu layihəni dəstəkləyirdi. Səbəb isə İsrailin təhlükəsizliyidir: Ətraf ölkələr İsraildən daha təkmil silahlar əldə etməsin. Başqa iki ölkə arasında belə qəribə bir münasibət varmı bilmirəm. ABŞ-ın kimə, hansı silahı satıb satmayacağına başqa bir ölkə de-fakto qərar verir?!

Qəribədir...
343 viewsedited  19:28
திற / கருத்து
2021-05-10 22:28:49
321 views19:28
திற / கருத்து
2021-05-10 21:16:09 Fələstin problemi ötən əsrin ikinci yarısından sonra həm ərəb millətçiliyinin, həm islami hərəkatların, həm də solçu təşkilatların prioritet məsələsinə çevrilib. Bu istiqamətdə müəyyən uğurlar əldə olunsa da, demək olar ki, həm dövlətlər, həm də təşkilatlar səviyyəsində atılmış bütün addımlar hələ ki, Fələstin üçün məmnunedici bir nəticə yaratmayıb.

Ümumiyyətlə, müsəlman ölkələrində Fələstin məsələsinə olan xüsusi həssaslıq mütəmadi olaraq siyasətçilər tərəfindən sui-istifadə edilir. Əslində, siyasətçilərin özləri üçün əlverişli məqamlardan sui-istifadə etməsində qeyri-adi bir şey yoxdur. Ancaq, reallıq budur ki, nə Türkiyə, nə İran, nə də ərəb ölkələrinin istər hərbi güc aspektindən olsun, istərsə də diplomatik yollarla olsun İsraili hansısa güzəştə məcbur edəcək rıçaqları yoxdur. Müqavimət təşkilatlarına dəstək verərək İsrailə 3-5 raket atılmaqla, Fələstin məsələsinin həllinə nail olmaq mümkün deyil. Bu, sadəcə, İsrailə Fələstinə daha aqressiv müdaxilə etməyə əlavə bəhanələr verir.

Sözügedən ölkələrin siyasətçiləri tərəfindən verilən açıqlamalar əsasən özlərinin İslam aləmindəki reputasiyasına və daxili publikadakı mühafizəkar kütlələrə hesablanır.

Ona görə də, fikrimcə, Fələstin məsələsində kənar ölkələr yox, sadəcə Fələstindən çıxan daxili aktorlar vasitəsilə ciddi irəliləyiş əldə edilə bilər. Bəlkə də xarizmatik bir liderin təşkilatçılığı ilə Fələstin müqaviməti istənilən nəticəni əldə edə bilər. Təbii ki, İsrail kəşfiyyatı da Fələstindən belə bir liderin yüksəlməsinə asanlıqla göz yummayacaq. Hazırkı Fələstin siyasi elitasının bir çoxu isə milli məsələləri şəxsi manefələr üçün istifadə edən şəxslərdən ibarətdir.
345 viewsedited  18:16
திற / கருத்து
2021-05-10 21:15:59
305 views18:15
திற / கருத்து
2021-05-09 22:40:42
Əfqanıstanda iki ilə yaxındır ağız dolusu danışılan sülhdən, qarşılıqlı anlayışdan əsər-əlamət yoxdur. Ölkədə axan qan durmaq bilmir. Tərəflər arasında danışıqlar prosesi iflas etmək üzrədir.

- Dünənki qızlar məktəbinə edilən hücumda ölənlərin sayı 68-ə çatıb. Daha 165 nəfər isə yaralanıb.

- Hökumət qüvvələri keçirilən əməliyyatlar nəticəsində Qəzni vilayətində 18, Cazvyan vilayətində isə 43 Taliban militanının öldürüldüyünü açıqlayıb.

- Taliban isə hökumət qüvvələrinin Molla Xan (şəkildə) adlı yüksək vəzifəli kəşfiyyat zabitinin öldürüldüyünü açıqlayıb.
367 views19:40
திற / கருத்து