Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 67

2021-05-14 00:00:34 Bu şəkli İsrailli jurnalist Barak Ravid paylaşıb. (şəklin müəllifi Reuven Castrodu)

İnsanlığını itirmiş bir qrup yəhudi gənc yerdə huşunu itirmiş ərəbi döyməyə davam edir. İnsanların digər etnik-dini kimliyə qarşı nifrətini kütlələr halında fərdlərdən çıxması çox dəhşətvericidir.

İngilis filosof Hobbes həqiqətən haqlıdır. Hobbes insanın təbiət halının “vəhşi” olduğunu iddia edir. Təbii halda “insan insanın qurdudur”. Təbii hal savaş meydanıdır. Ona görə də, təhlükəsizliyimizi təmin etmək üçün cəmiyyət halına keçmişik və təhlükəsizlik təminatını suveren bir gücə, yəni dövlətə həvalə etmişik. Dövlət də vətəndaşlarını öz aralarında təbii haldakı döyüş vəziyyətindən çəkindirdiyi müddətcə davamlılığını qoruya bilir.

Ona görə də, kütlələr arasında küçə döyüşləri bir dövlətin başına gələ biləcək ən təhlükəli şeydir. Dövlətin dayaqlarını çox ciddi təhdid edir. Ancaq, bundan daha diksindirici olan məqam isə iqtidardakı gücün bir kütlənin digər kütləni əzməsinə bilərəkdən göz yummasıdır.
353 viewsedited  21:00
திற / கருத்து
2021-05-14 00:00:22
347 views21:00
திற / கருத்து
2021-05-13 22:54:17 Suriya prezidenti Bəşər Əsəd bayram namazını Dəməşqdə yerləşən və İslamın ən müqəddəs yerlərindən biri olan Əməvi məscidində qılıb. Bəşərin uləma ilə birlikdə görünməsi bir məqamı xatırlatdı.

Əsədin atası, Hafiz Əsəd 1970-ci ildə çevrilişlə hakimiyyətə gələndən sonra həqiqətən də doğru siyasət izləyərək sünni əhali və sünni uləma ilə yaxşı keçinməyə çalışdı. Əsəd ailəsi Suriyada dini azlıq olan (10-11%) ələvi idi və hakimiyyətdə qala bilmək üçün həmin dövrdə ölkə əhalisinin 55-60%-ni təşkil edən sünnilərin könlünü almağa məcbur idi. Hafiz, ələvi olmasına baxmayaraq, sünni məscidlərinə cümə namazlarına da gedirdi.

Hafiz Əsəd həm də BƏƏS ideologiyasından gəlirdi. Bəəsçilərin iqtisadi baxışı sosializmə yaxındır və Əsəddən əvvəl hakimiyyətdəki bəəsçilərin bir çoxu özəl mülkiyyətə də qarşı idi. Hafiz Əsəd isə fərqli yol izlədi və özəl sektora çox geniş imkanlar yaratdı, azad bazar formalaşdırdı. Suriyada ticarəti əlində saxlayan sünnilər Əsədin gəlişi ilə xeyli zənginləşdi. Ona görə də, 70-lərin əvvələrində sünnilərin böyük əksəriyyəti Hafizin ələvi olduğunu əsas gətirərək, onu devirməyə çağırışlar edən daha sərt sünni təşkilat “İhvan”ı diqqətə almadı.

Ancaq, 70-lərin sonuna doğru Suriya ticarəti həm beynəlxalq iqtisadi vəziyyət, həm Əsəd ailəsinin və təhlükəsizlik aparatını əlində saxlayan ələvi elitasının korrupsiyası səbəbilə xeyli tənəzzül etmişdi. Təbii ki, bu da sünnilər arasında Əsəd hakimiyyətinə qarşı olan “İhvan”ın güclənməsinə səbəb oldu. Tezliklə, başqa səbəblər də ortaya çıxdı və nəticədə “Həma qətliamı” ilə bitən sünni üsyanı baş verdi. Müxtəlif məlumatlara görə, üsyanda 5000-40000 arası insan həyatını itirdi.

Maraqlıdır ki, Bəşər də 2001-ci ildə hakimiyyətə keçən kimi atası Hafizin yolu ilə getdi və sünni ticarətçiləri varlandırdı. Lakin, o da eyni aqibətlə üzləşdi. 2006-cı ildən etibarən ölkədə şiddətli quraqlıq başlaması, 2008 Dünya İqtisadi böhranı səbəbilə ölkədəki sünni ticarət sinifi yenə tənəzzül etdi. Buna görə də, Bəşərlə sünnilər arasında qopuqluq yarandı və “İhvan” yenə səhnəyə çıxdı.
393 views19:54
திற / கருத்து
2021-05-13 22:54:09
367 views19:54
திற / கருத்து
2021-05-13 16:29:40
İsrail-Fələstin münaqişəsi səbəbilə ölən və yaralananlar (2008-2020)

@serqebaxis
199 viewsedited  13:29
திற / கருத்து
2021-05-13 12:32:42
İsrail Ordusu Qəzza zolağını bombalamağa davam edir.

Fələstin səhiyyə nazirliyindən verilən məlumata görə, baş verən toqquşmalarda 17-i uşaq, 7-i qadın olmaqla ümumilikdə 83 nəfər həyatını itirib, 487 insan isə yaralanıb.

(şəkil: Aljazeera)
299 views09:32
திற / கருத்து
2021-05-13 00:25:38
Misir və Qətər atəşkəs üçün təzyiq göstərsə də, İsrail bu təklifi qəbul etmir. (Mənbə: Kaan news)

Qəzza zolağı ilə sərhədi olan yeganə ölkə Misir adətən, Fələstinlə bağlı böhranlarda çox effektiv vasitəçilik edə bilirdi. Həqiqətən də, Sisinin diplomatiyası çox kəsərsizdir. Sisi beynəlxalq arenada sadəcə oyunçu ola bilər, oyun qurucu potensialda deyil.
390 views21:25
திற / கருத்து
2021-05-12 23:42:59 Bu gün telegram kanalımıza belə bir şərh yazılmışdı:

“Salam. Son vaxtlarda Türkiyə, Almaniya, Fransada və bu gün də Amerikada ölkənin hərbi elitası, təqaüdə çıxmış generallar hakimiyyətə qarşı xəbərdarlıqlar edir. Sizcə, burada ortaq nə var? Bunlar təsadüfdür, yoxsa başqa məqamlar da varmı?”

Həqiqətən maraqlı məsələdir. Əslində, Türkiyə, Fransa, Almaniya generallarının açıqlaması praktiki siyasətlə əlaqəli idi. Montro məsələsi, ölkənin miqrant siyasəti, covid qadağaları və s.

ABŞ generallarının bəyənatına baxdım. Çox mənasız bir açıqlama kimi gəldi. Bayden qocadır, fiziki vəziyyəti yaxşı deyil, seçkidə saxtakarlıq olub, ölkəmiz sosializmə gedir və s. məsələlər. Generallar ciddi-ciddi belə şeyə necə imza atıb anlamadım. Bəlkə də bilmədiyim məqamlar var.

Onu demək olar ki, dünya dəyişim mərhələsindədir. Sosial, siyasi cəhətdən ciddi dəyişikliklər astanasındayıq. İkinci Dünya müharibəsindən sonra formalaşmış sistem hazırkı reallıqlara uymur və dəyişmək üzrədir. Bu dövr daha çox ötən əsrin əvvəllərini xatırladır. Ümumdünya kütləvi üsyanları və pandemiya hələ ki, başlıca nəzərə çarpan fenomenlərdir.

Təqaüddə olan generalların etirazları statuskvonun dəyişməsinə qarşı sabiq elit təbəqənin etirazı kimi gəlir. Sanki, bəzi elitlər gözlənilən dəyişimdən narahatdır.
604 views20:42
திற / கருத்து
2021-05-12 23:42:50
369 views20:42
திற / கருத்து
2021-05-12 22:27:03 ABŞ prezidenti Co Baydenin İsrail-Fələstin arasındakı gərginliklə bağlı hələ də səssizliyini qoruması həqiqətən qəribədir. Düzdür, ABŞ siyasi rəhbərliyi İsrail lehinə mövqe ortaya qoysa da, bu əsasən diplomatik sözlərlə olur. Demokratların konqressmenləri arasında Fələstin lehinə mövqe qoyanlar da az deyil. Ancaq, Bayden hələ ki, susur.

Bayden yəqin ki, Tramp tərəfindən konfiqurasiya edilən Yaxın Şərqin alovlar içində qalmasından məmnundur. Bundan sonra, demokratlar region sülhü üçün öz siyasi kurslarının labüd olduğunu göstərərək, öz addımlarını legitimləşdirmək istəyəcək.

Ancaq, eyni zamanda bir maraqlı məqam da diqqətimi çəkir. Yadınızdadırsa, ABŞ müdafiə naziri Lloyd Austinin İsrailə son səfəri zamanı, yəni 11 apreldə İranın Natanz nüvə stansiyasına İsrail tərəfindən böyük kiberhücum edilmişdi. İsrail rəhbərliyi İranla bağlı müzakirələrə gələn ABŞ müdafiə nazirinə “sizin nə dediyinizdən asılı olmayaraq, bizim öz prioritetlərimiz var” mesajını vermişdi. Müdafiə nazirinə qarşı edilən bu hərəkət ABŞ elitasında “aşağılama” kimi qəbul edilmişdi. Bu barədə post paylaşıb, müzakirə də etmişdik.

Biraz iddialı kimi görsənsə də, sanki, Baydenin susqunluğunda bu məsələnin də öz payı var. Sanki, İsrail rəhbərliyinə “sərhədi keçməyin, görürsünüz bizsiz işiniz çox çətindir” mesajı verilir. Yenə də, bu, sadəcə bir iddiadır.
403 views19:27
திற / கருத்து