Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 64

2021-05-22 22:22:53
237 views19:22
திற / கருத்து
2021-05-22 12:06:01 11 gün davam edən İsrail-Fələstin müharibəsininin siyasi və geosiyasi aspektdən “qazananlar”ını və “itirənlər”ini müəyyənləşdirməyə çalışdım. Seçimlərdə humanitar, hərbi və iqtisadi amillər nəzərə alınmayıb, sadəcə siyasi məqamlara əsasən aparılıb.

Qazananlar:

- İran və mühafizəkarlar
- Netanyahu və mərkəz-sağ cəbhə
- Həmas
- Misir-Qətər

İtirənlər:

- Bayden
- Türkiyə
- İsrail-Körfəz barışığı
- BMT Təhlükəsizlik Şurası

Yazının tam halı:
https://www.top-center.org/az/tehlil/3137/11-gunluk-muharibe-qazananlar-ve-itirenler
334 viewsedited  09:06
திற / கருத்து
2021-05-21 23:38:26 "İndulgensiyalar

Türklərə qarşı Avropanın yeganə sipəri Venesiya idi. Yüz yerdən didiklənmiş və yontulmuş bu sipər, Yunanıstandakı bir neçə şəhərlə, Krit, Kipr və Dalmaçiyanı əlində saxlamaqla mübarizə aparırdı. Türklərlə münasibətləri heç də hər zaman münaqişəli deyildi və müharibələrdə itirdiklərindən daha çoxunu onlarla etdiyi ticarətdən qazanırdı.

O dövrdə Papa X Leonun böyük bir arzusu vardı. Romada pentur memarlığının zərif örnəyi olan, yenidən qurulması II Yuli dövründə başlanan, Müqəddəs Pyotr bazilikasını, Ayasofyadan daha üstün, hətta dünyanın ən gözəl məbədi olaraq tamamlamaq istəyirdi. Lakin dünya metropoluna belə bənzərsiz bir şah əsər vermək üçün külli miqdarda vəsait lazım idi. Bütün xristianların belə bir investisiyaya qatılması mütləq idi. Fəqət bu cür infrastruktur işlərinə sərf olunacaq vəsait ancaq zorakılıq və ya hiyləgərliklə təmin oluna bilərdi.

Papa türklərə müharibə elan etmək bəhanəsi ilə bütün xristian ölkələrində hərfi mənası “göz yummaq” olan “indulgensiyalar” çıxardıb satmağa başladı. Deyilirdi ki, bunları alanlar istər özlərini, istər qohumları və dostlarını cəhənnəm əzabından qurtaracaqlar. Bu satışların coşqu ilə qarşılanması o dövrün təfəkkürünün örnəyidir. Buna kimsə təəccüblənmədi. Hər yerdə satış kassaları açıldı. Ən çox satış pivəxanalarda oldu. Kahinlər, fermerlər, kassirlər pul qazanırdılar. Papa öz payına düşən gəlirin bir hissəsini bacısına verdi. Buna da etiraz edən olmadı.

Kahinlərin bazarlarda: “Bu indulgensiyalardan alanlara, Həzrəti Məryəmin namusuna belə toxunsalar yenə də cəza verilməyəcək”, – deyə bağırtılarına xalq dindarcasına qulaq asırdı.

Lakin Almaniyadakı Avqustin rahibləri yaxşı sata bilmədikləri üçün bu sənədlərin əleyhinə kampaniyaya başladılar. Bir dəmirçinin oğlu olan Martin Lüter adlı Avqustin keşişi bu üsyana liderlik etdi. Böyüklərindən aldığı əmirlərlə indulgensiyaları qaralama təbliğatına başladı. Bunları xristianlara satanların səlahiyyətlərini araşdırmağa başladı. Beləcə, məsələnin üstü açıldı. Həyəcanlanan xalq o zamana qədər sitayiş etdiyi Papanı ittiham etməyə başladı.

Keşişlər arasındakı bu mənfəət münaqişəsi, otuz millət arasında yüz ildən çox davam edən yoxsulluq, çəkişmə və fəlakətin əsas səbəbi oldu."

Volter

(Rəsm müəllifi: Granger)
253 views20:38
திற / கருத்து
2021-05-21 23:38:17
245 views20:38
திற / கருத்து
2021-05-21 21:46:32 Cəmiyyətimizdə Ərəb düşmənçiliyinin bu qədər ağuşa çıxdığını görmək həqiqətən təəssüf doğurur.

Yəqin ki, burada başlıca səbəb ərəb turistlərin ölkəmizə kütləvi axını zamanı böyük əksəriyyətinin tərbiyəsiz hərəkətləri oldu. Demək olar ki, ərəb turistlər cəmiyyətin bütün təbəqələri ilə kontaktda oldu və böyük əksəriyyətində çox mənfi iz qoydular. (düzünü desək, bizim də bir çox işbazlarımız həmin turistlərdə müsbət iz qoymayıb). Bundan əlavə, ərəb dünyasındakı mənasız qanlı dini, siyasi çaxnaşmalar da cəmiyyətimizdə ərəb düşmənçiliyini artırıb.

Ancaq istənilən halda, “ərəblər yox olsun”, “iyrəncdirlər qırılsınlar” səviyyəsində nifrət bəsləmək də normal yanaşma deyil. İndividual olaraq əxlaqi, insani, dini baxımdan doğru deyil. Heç bir prizmadan doğru deyil. Kütlə olaraq da nifrət bəsləmək çox təhlükəli bir şeydir, bu nifrət başqaları tərəfindən asanlıqla manipulyasiya edilə bilər, ona görə nə qədər çox nifrətimiz varsa, o qədər çox zəifliyimiz var deməkdir. Nəysə.

Kütlələrdən belə çağırışları bəlkə anlamaq olar, onlara bunun doğru olmadığını izah etməyə çalışmaq lazımdır.

Bir də görürsən hansısa intellektual insan çıxır deyir ki, bütün ərəblərin zəkasını yəhudi filankəsə dəyişmərəm. O biri də guya düzəltmək istəyir, cavab verir ki, sən düz demirsən ərəblərdən də filan zəkalı insanlar çıxıb.

Etnik qrupların biri-birindən genetik olaraq zəkalı olduğunu iddia etmək gülüncdür. Bəzi insanlar digərlərindən daha zəkalı ola bilər, ancaq bu fərq fərdidir. Çünki zəka da fərdidir. Kütlələrdə zəka olmur. Eyni etnikdən ağıllı da çıxır, ağılsız da. Yaxşı elm, yaxşı savad doğru seçilmiş təhsil yolu ilə olur. Yaxşı təhsil sistemi olan ölkələr də daha çox sayda savadlı insan yetişdirir. Bunu etniklə əlaqələndirərək ərəb düşmənçiliyini buradan irəlilətməyə çalışmaq düzgün deyil.
295 views18:46
திற / கருத்து
2021-05-20 23:10:46
İsrail və Həmas arasında Bakı vaxtı ilə gecə saat 3-dən etibarən atəşkəs elan olunub.

İsrail tərəfi atəşkəslə bağlı heç bir şərtin (Əl Əqsa məscidi və ya fələstinlilərin evindən çıxarılması məsələsi) mövcud olmadığını bildirir.

Adətən, bu tipli məqamlarda atəşkəsə qədər “kim nə qədər çox zərbə vura bildi” prinsipi işə düşür. Ona görə də saat 3-ə qədər şiddətin xeyli artacağı istisna deyil.
391 viewsedited  20:10
திற / கருத்து
2021-05-20 22:27:51 BMT Təhlükəsizlik Şurası demək olar ki, effektsiz vəziyyətdədir. İkinci Dünya Müharibəsinin qalib dövlətləri və Şuranın daimi üzvləri Rusiya, ABŞ, Fransa, Çin və Britaniya arasında qurulan balans münaqişələri həll etmək bir yana, hətta atəşkəs yaratmaqda belə effektsizdir.

ABŞ son bir həftədə İsrail-Fələstin arasında atəşkəslə bağlı şuranın 3 sənədini veto edib. ABŞ İsraili, Rusiya Suriyanı, Çin də Myanmanı qoruyur. Yəni, Şurada “adam”ın varsa, nə istəyirsən eləyə bilərsən. Lap olmasa belə, guya qətnamə çıxanda sayan olur ki? BMT sədrləri də bir söz öyrəniblər, hər söhbətə onu deyirlər, öz müddətlərini də elə bu sözlə yola verirlər: “Deeply concerned” (çox narahatıq)

Təhlükəsizlik Şurasının formatını dəyişməklə bağlı müxtəlif təkliflər var. Yaponiya, Braziliya, Hindistan və Almaniyadan ibarət G4 ölkələri daimi üzv olmaq istəyirlər. Daimi üzv sayının artırılmasına qarşı olan, lakin, Şuranın işləmə mexanizmində reform istəyən Türkiyə, İtaliya, Pakistan, Misir kimi ölkələrin yer aldığı “Kofe Klubu” da var.

Bir də son illərdə Ərdoğanın daimi üzvlərin veto hüququnu tənqid etmək məqsədilə səsləndirdiyi “Dünya 5-dən böyükdür” şüarı var. Bu söz xeyli, məşhurlaşıb. Məncə, həm böyükdür, həm böyük deyil. Yəni, ABŞ, Çin, Rusiya üçlükdə hərtərəfli (siyasi, hərbi, iqtisadi) olaraq dünyanın geri qalanından daha böyükdür.

Məsələn, ABŞ-ın veto haqqını əlindən alsan, təşkilatdan çıxacaq. ABŞ-sız həmin Şuranın hansısa dünya səviyyəli məsələni həll etməsi mümkün deyil. Məncə də ABŞ bu məsələdə haqlıdır. ABŞ-ın, Çinin hüquqi gücünün, səsinin önəminin Malta, Madaqaskar kimi hansısa ölkə ilə eyni olması absurddur. Fərqlənməlidir.

Düzdür, Təhlükəsizlik Şurası dünya problemləri ilə bağlı öz funksionallığını yavaş-yavaş itirsə də, hələ ki, ən azından, dialoq masasıdır. Diplomatik yol olaraq qalması hələ ki, vacibdir. Ən əsası, Şura daimi üzvlərin öz aralarındakı münaqişələrini önləyə bilir. Fikrimcə, yeni sistemin qurulması sadəcə daimi üzvlərin öz aralarındakı münaqişəsi səbəbilə baş verə bilər.
397 viewsedited  19:27
திற / கருத்து
2021-05-20 22:27:33
367 views19:27
திற / கருத்து
2021-05-20 09:06:41 ABŞ şirkətinə məxsus Kanadanın “National Post” saytı bu xəbəri paylaşıb yazır ki, Fələstin bayraqlı üzü maskalı şəxslər orta yaşlı, yalnız yəhudi adamı təkləyib döyürlər. Başqaları isə küçələrdə maşınlarla gəzib “yəhudi” axtarırlar.

Sonradan məlum olur ki, həmin orta yaşlı şəxs müsəlmanlara qarşı nifrət aktları törədən yəhudi extremist JDL qrupun ən faşist üzvlərindən biridir və qrup şəklində fələstinlilərin yürüyüşünə hücum edərək onları döyürlərmiş. (şəkil şərhlərdə)

Fikrimcə, mediaların tərəfli olması normaldır. Ancaq, hadisələrə ayna tuturaq, 180 dərəcə fərqli əks etdirmək manipulyasiyadır. Media manipulyasiyası müasir dünyanın ən təhlükəli fenomenlərindən biridir.

Onlarla mülki vətəndaşımızı qətledən
Bərdəyə atılan raketin görüntüsünü “Xankəndinin bombalanması” kimi təqdim edən ABŞ mediasını xatırladım.
412 views06:06
திற / கருத்து
2021-05-20 09:06:19
388 views06:06
திற / கருத்து