Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 63

2021-05-25 14:42:28 İran Qəyyumlar Şurası gələn ay keçiriləcək prezident seçkiləri üçün 600 müraciətdən sadəcə 7 şəxsin namizədliyini təsdiq edib.

Təsdiq olunanlar arasında reformist və sentrist siyasət izləmə vədi verən Laricani və Cahangirinin adları yoxdur. Bu da reformist cəbhə üçün çox ağır zərbə hesab oluna bilər. Təsdiq edilən əsas reformist namizəd milliyətcə azərbaycanlı olan Möhsün Mehralizadədir. Onun da şansları yüksək deyil.

Digər tərəfdən, sabiq prezident Mahmud Əhmədinecadın namizədliyi də təsdiq olunmayıb.

Ümumilikdə siyahının tamamilə mühafizəkarların xeyrinə olduğunu deyə bilərik. Seçkilərin əsas favoriti isə heç şübhəsiz ki, ultra-mühafizəkar İbrahim Rəisidir.

Ali lider Xameneinin son siyahıya müdaxilə edib-etməyəcəyi maraq doğurur. Sonuncu dəfə 2005-ci ildə Xameneinin müdaxiləsindən sonra namizədlər siyahısına dəyişiklik edilmişdi.

Əgər, reformistlərdən ciddi namizəd olmasa, ümumi seçici fəallığı böyük ehtimal ki, aşağı olacaq. Reformist seçicilər öz namizədlərinin olmamasına görə, digərləri isə nəticələrin onsuzda mühafizəkarların xeyrinə olacağını düşünəcəkləri üçün səsverməyə maraq göstərməyəcəklər.
375 viewsedited  11:42
திற / கருத்து
2021-05-25 14:42:17
364 views11:42
திற / கருத்து
2021-05-25 08:46:44 Peker-Soylu davasının əsas nəticələrdən biri də o ola bilər ki, iqtidardakı AKP-MHP koalisiyası, yəni Cumhur İttifaqı dağıla bilər. Ümumiyyətlə, Ərdoğanın bu skandallardan sonra Mehmet Ağar və Soylunun birbaşa əlaqəli olan MHP-ə gözyumması real deyil. Bu gözyumma AKP daxilində çox ciddi parçalanma yara bilər.

Əksinə, ABŞ-da demokratların hakimiyyətdə olduğunu nəzərə aldıqda, Ərdoğana həm Qərbdə, həm də Körfəzdəki köhnə dostlarla münasibətlərini bərpa etmək üçün ultra-sağcı ittifaqdan qurtulmaq və daha liberal imic qazanmaq lazım olduğunu düşünürəm.

Ona görə də, bəlkə də Ərdoğan qapıdakı bu krizi fürsətə çevirə bilər. İYİ Partiya zəifləyən MHP-ni əvəzləmək üçün ən real namizəd kimi görünür. Digər namizədlər Memleket Partiyası, Deva, Saədət Partiyaları ola bilər.
393 viewsedited  05:46
திற / கருத்து
2021-05-25 08:46:37
377 views05:46
திற / கருத்து
2021-05-24 22:57:09 Türkiyə siyasətində baş verənləri bir çoxumuz izləyirik. Dövlət-mafiya əlaqələri ilə bağlı yeni skandalı izləyirik.

Türkiyənin ən köklü siyasət fakültəsinin bakalavr məzunuyam, bir müddətdir ki, Türkiyə siyasəti araşdırmaçısı kimi işləyirəm. Yəni, ixtisasım budur. Bununla belə, həmişə Türkiyə siyasəti barədə nəsə fikir bildirməyə çəkinirəm. Çünki, proqnoz vermək çox çətindir. Bu gün ekranlarda biri-birinə ən ağır sözlər deyən Soylu-Peker cütlüyünü gələcəkdə bir partiya sıralarında çiyin-çiyinə görsəm təəccüblənmərəm, məsləhətdir ki, siz də təəccüblənməyin. Məsələn kim deyərdi ki, Meral Akşenerlə Dövlət Bahçeli biri-birinin ən ağır düşməni olacaq? Və ya Ərdoğan-Bahçeli tandeminin keçmişi və bugünü.

Ümumiyyətlə, Türkiyə siyasi tarixində saysız-hesabsız skandallar olub, mütləq əksəriyyəti də bir müddət sonra unudulur. Kürd açılımı, 17-25 dekabr prosesi, Arınç suiqəsdi-kozmik oda skandalı, Susurluk, Yetmez ama evet 2010 referendumu. Say-say bitməz.

Baş verənlərin real siyasi qarşılığı olacaqmı? Onu demək çətindir. Ancaq, Türkiyə ictimai rəyi uzun müddətdir ki, ya neytrallaşdırılıb, ya da media tərəfindən manipulyasiya edilib. Sanki, bu skandal da Kabinet dəyişikliyi ilə yola verilə bilər. Soylu Ərdoğan sonrası namizədlərdən biri idi. Hazırda onun şanslarının əridilməsinə şahidlik edirik.

Bəs seçkilərdə nəsə təsiri olacaq mı? Düşünmürəm. Çünki Türkiyə seçiciləri üçün rasional seçki nəzəriyyəsi fərqli işləyir. Türkiyədə seçicilərin mütləq çoxluğu ailədən gələn davranışlar sərgiləyirlər. Ailəsi sağcıdırsa sağcıya, atatürkçüdürsə atatürkçüyə, solçudursa solçuya. “Mənim partiyam yanlış edirsə, o birinə səs verim” məsələsi yoxdur. İnciyibsə, ən uzağı səsverməyə getmir. Bunlara “çekirdek seçmen” deyilir. Bir də, azsayda olan lakin seçkilərin taleyini həll edən neytrallar var. Onların böyük çoxluğu da iqtisadi mənfəət əldə etdikləri partiyaya səs verir, yəni əsasən iqtidardakı partiyaya yönəlirlər.

AKP-nin çekirdek seçmeni Ərdoğandan başqa namizədə səs verən deyil, versələr belə həmin namizəd mütləq sağcı olmalıdır. Məsələn, Süleyman Soylu kimi sağcı seçicilərə oynayan birinin AKP-dən aralanıb ayrıca namizəd olması, ayrı partiya qurması böyük təhlükə idi. Ona görə uzaqlaşdırıla bilmirdilər və ya istəmirdilər. Ancaq, son skandaldan sonra bu ehtimalın tamamilə ortadan qalxdığını deyə bilərik.
411 viewsedited  19:57
திற / கருத்து
2021-05-24 22:56:53
380 views19:56
திற / கருத்து
2021-05-24 20:32:11 Fikrimcə, mental problemləri olan bir qrup erməni yazarın qızışdırdığı “qədimlik” kompleksindən qurtulmaq lazımdı. “Biz daha qədimik” yarışı bizə heç bir xeyir verməyib, heç nə qazandırmayıb, əksinə, tarixçilərimiz enerjilərinin bir çoxunu bu məsələyə xərcləyir. Bəzən lap absurd söhbətlərə də gedib çıxırıq. Ümumiyyətlə, təəssüf ki, bu tipli məsələlərdə gündəmi ermənilər müəyyən edir, bizi də o yönə sürükləyirlər.

Düzdür, Şərqdə qədimlik, yaşlılıq həyat təcrübəsi sayılır. Ağsaqqallar müdriklik simvoludur, qədimlik də dərin mədəniyyət, mistika kimi qəbul edilir. Təbii ki, bu heç də elə deyil. Hər ağsaqqala da müdrik demək doğru deyil.

Tutaq ki, başqalarına sübut etdik ki, biz qədim xalqıq onda nə olacaq? Deyəcəklər ki, halal olsun, bunlar qədim xalq imiş, ermənilərə də deyin çıxsınlar ordan? Qədimlik ən yaxşı halda turistlər üçün marağı artırır. Onlar da onsuzda gəlib zərdüştlüyü, ornamentləri, qavalı filan görüb başa düşəcəklər ki, qədimi yerdədirlər.

Qədimlik məsələsinin münaqişələrdə nəyisə həll etməsi isə mümkün deyil. Münaqişəni qədim olan yox, güclü olan, yaxşı inkişaf edən tərəf udur. Belə bir mübahisə İsrail-Fələstin arasında da var. Bir sıra dövlətlər tərəfindən İsrailin daha çox dəstəklənməsinin, İsrailin getdikcə genişlənməsinin səbəbi güclü olmasıdır, yəhudilərin və ya fələstinlilərin daha əvvəl orada yaşayıb yaşamaması deyil.

Məsələn, nubiyalılar dünyanın ən qədim xalqlarından biridir, hazırda əcdadlarının tikdikləri tarixi abidələrin qabağında turistlərə peraşki satırlar. Belə qədimlikdənsə, ABŞ, Kanada kimi yeni, inkişaf etmiş və güclü ölkə olaraq tanınmaq daha yaxşıdır. Ən birinci güclü olmaq lazımdır, digər hər şey ikinci dərəcəlidir.

Mən bu həyatda heç vaxt güclünün haqqının tapdalandığını görməmişəm. Ancaq, insanlıq tarixi haqlının haqqının əlindən alındığı minlərlə örnəklərlə doludur.
418 views17:32
திற / கருத்து
2021-05-23 18:27:57 Çinin iqtisadi sferada ABŞ-ı geridə qoyaraq ilk sıraya keçməsinin Amerikan tərzi qlobal hegemoniyaya səbəb olmayacağı ilə bağlı fikirlərlə mən də razıyam. Düzdür, ABŞ-ın qlobal hegemonluğu da Çinin hazırda etdiyi kimi başqalarını borclandırması ilə başlamışdı. İkinci Dünya müharibəsi sonrası edilən Marşal yardımlarını nəzərdə tuturam.

Ancaq, italyan siyasətşünas Antonio Qramşi göstərir ki, hegemoniyalar təkcə zor gücü ilə yaranmır, dayanıqlı ola bilməsi üçün təsir altında olanların sənin gücünü könüllü qəbul etməsi də lazımdır. Yəni, mədəni hegemoniya olmalıdır. Belə ki, iqtidardakı qüvvə özünün hakimiyyətini qəbul etdirmək üçün yumşaq güc vasitələrindən istifadə eməlidir. Məsələn, Amerikan kinoları, musiqiləri, mediası, texnologiyaları, humanitar elmləri vasitəsilə ABŞ-ın dünyanın mərkəzi gücü olması barədə qəbullanış beyinlərə yeridilib.

Öz ölkəmizə fikir versək, artıq biz də hər tərəfdə Çin restoranı görməyə, Çin mətbəxini, mədəniyyətini tanımağa başlamışıq, yüzlərlə insan Çin dili kurslarına gedir. Çinin bu tərəfə yaxınlaşdığı yavaş-yavaş hiss olunur. Bununla belə, mədəni hegemoniya çərçivəsində Çinin ABŞ-a rəqib ola bilməsi real görünmür.

Amerikan mədəniyyəti yenidir, sadədir, sərbəstdir, tarixi yoxdur, ənənəsi yoxdur. Ona görə, həm Qərb insanı, həm də Şərq insanı asanlıqla bu mədəniyyətə adaptasiya ola bilir. Bir çoxları ömründə ABŞ-a getməsə də, öz ölkəsində Amerikan həyat tərzi sürə bilir. Çində isə tam əksidir, ayrı bir sivilizasiyadır, ənənəvi, tarixi və mürəkkəbdir. Ona görə də, Çin mədəniyyətinin populyarlaşsa da, qloballaşacağını düşünmək çətindir. Əslində mən, Çinin mədəni hegemoniya ambissiyasında olduğuna da inanmıram. Ümumiyyətlə, yayılmaçılıq, genişlənmə arzusu Çin tərzi imperializmin, sosial-mədəni qavrayışın spesifik xüsusiyyəti (ticarət istisna olmaqla) deyil.

Ona görə də, Çinin hegemoniyasının tamamilə fərqli stildə olacağını düşünürəm.
284 viewsedited  15:27
திற / கருத்து
2021-05-23 18:27:50
268 views15:27
திற / கருத்து
2021-05-22 22:22:58 Hazırda oxuduğum “Əl-Zərqavi - Əl Qaidənin ikinci nəsli” kitabı 1995-2005-ci illər arası cihadçılıq şəbəkəsinin çox yaxşı analizini verilir.

Kitabın yazarı, jurnalist Fuad Hüseyn 90-cı illərin sonunda İordaniyanın baş nazirini tənqid edən yazılar yazdığı üçün həbs edilərək, Sivaka həbsxanasına göndərilir. Fuad həbsxanada Əbu Musab Əl-Zərqavi və Əbu Məhəmməd əl-Maqdisinin də üzvü olduğu “Təvhid Camaatı” adlı cihadçı qrup ilə qonşu kameraya salınır. Həbsxanada hər kəsin ehtiyat etdiyi cihadçı qrupu ziyarət edib, çaylarını içir, onlarla söhbətləşir. Və kitabı yazmasının əsas motivasiyası da beləcə başlayır.

Açığını desəm, Kitabı çox bəyəndim. Hələ ki, ortalardayam. Yazar Zərqavinin uşaqlıq illərindən tutmuş dünyanın ən çox axtarılan terrorçusuna çevrilinədək keçdiyi yolun sosial-psixoloji təhlil edərək, cihadçı liderin portretini təqdim etməyə çalışır. Eləcə də, yazar, sələfi əqidə, vəhhabi hərəkat, təvhid barədə geniş məlumat verir.

Fuad Hüseyn cihadçı şəbəkədə çox tanınmış və Zərqaviyə çox yaxın olan şəxslərə: əl-Maqdisi, Əbu Müntəsir və ən önəmlisi Əl Qaidənin 3 nömrəsi Seyfül Adelə Zərkavi haqqında fikirləri barədə sorğu göndərir və hər üçündən də cavab ala bilir. Yazar da onların cavablarını olduğu kimi kitabda yayınlayıb. Kitabı ən unikal edən məqam məncə budur.

Həmin dövrdə İraqı işğal etməyə bəhanə uydurmağa çalışan ABŞ guya ki, Zərqavinin Əl Qaidə lideri Bin Ladin və Səddam Hüseyn arasında əlaqələndirici olduğu iddiası ilə çıxış edirdi. (Qeyd edim ki, hətta, dövlət katibi Kollin Pouel BMT TŞ-nın iclasındakı yalan dolu məlum çıxışında Zərkavinin adını 21 dəfə istifadə etsə də, sonralar həmin adı işlətdiyini xatırlamadığını demişdi.) Ona görə də, ABŞ siyasiləri və mediası Zərqavini bilərəkdən şişirdir, onun gerçəkdə olduğundan daha böyük göstərməyə çalışırdı. Yazar isə göstərir ki, Zərkavi İraqa cəmi bir neçə nəfərlə keçmişdi, qrupu çox balaca idi, ABŞ-ın təbliğatı onun qrupuna cihad axını yaratdı.

Digər tərəfdən, Səddamla nə Bin Ladenin, nə də Zərqavinin heç bir əlaqəsi yox idi. Hamısı uydurma idi. Onu da qeyd etmək lazımdır ki, İraqa keçdikdən sonra Zərqavi sərbəst hərəkət edirdi, nə Bin Ladenə, nə də başqasına tabe deyildi.
242 viewsedited  19:22
திற / கருத்து