Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 65

2021-05-19 19:26:12 Bu gün bir qəribə məlumatla qarşılaşdım (Fidato/twitter). Məsələni biraz araşdırdım, daha qəribə detallar oxudum. Həmin hərəkəti hansı sözlərlə ifadə etməli olduğumu bilmədim. Ərəb dünyasının vəziyyəti həqiqətən də acınacaqlıdır.

Deməli, Mərakeş kralı II Həsən Ərəb Liqasının 13 sentyabr 1965-ci ildə Mərakeşdə keçirilən toplantısının səsyazısını İsrail kəşfiyyatı Mossada ötürür. Həmin görüşdə ərəb liderlər öz aralarında İsraillə müharibə planlarından danışırmış. Bu əməliyyatı ilk dəfə İsrail hərbi kəşfiyyatının keçmiş şefi Şlomo Gazit 2018-ci ildə açıqlayıb.

Mərakeşin ötürdüyü məlumatlar nəticəsində, İsrail müharibə planından əvvəlcədən xəbər tutduğu üçün 1967-ci ilin iyununda baş vermiş “Altı Günlük Müharibə”yə xeyli hazırlıqlı olur, hətta, müharibənin ilk dəqiqələrində Misir hava bazalarına qabaqlayıcı zərbələr də endirir. İsrail o qədər uğurlu olur ki, cəmi 6 günə Misirdən Sinay yarımadasını və Qəzza zolağını, Suriyadan Qolan təpələrini, İordaniyadan isə Şərqi Qüds və İordan çayının qərb sahillərini ələ keçirir.

Ronen Bergman adlı İsrailli yazar da iddia edir ki, Mərakeş kralı II Həsən həmin səsyazısının qarşılığında İsraildən dünyaca tanınmış mərakeşli müxalif siyasətçi Mehdi Ben Barkanın Parisdə öldürülməsinə kömək edilməsini istəyib və Barka, 1965-ci ilin 29 oktyabrında Parisdən yoxa çıxır.

Mehdi Ben Barkanın aqibətindən 56 ildir ki, xəbər yoxdur....
315 viewsedited  16:26
திற / கருத்து
2021-05-19 19:26:00
298 views16:26
திற / கருத்து
2021-05-18 08:06:51 Bu yazını dünən “Topcenter çatdırır” telegram kanalına yazmışdım. Maraqlı icmallar, təhlillər üçün həmin kanalı da də izləyə bilərsiniz.

https://t.me/TopCenterStories
150 views05:06
திற / கருத்து
2021-05-18 08:05:51 Israilli jurnalistlərin iddiasına görə, İsrail silahlı qüvvələrinin hərbi əməliyyatları tezliklə yekunlaşa bilər. Jurnalistlər öz iddialarını dünəndən etibarən ölkənin hərbi-siyasi rəhbərliyinin münaqişə ilə bağlı sərt ritorikasının dəyişməsi ilə əlaqələndirirlər. Bəzi ekspertlər bu istiqamətdə müxtəlif versiyalar da səsləndirir:

1) ABŞ prezidenti Co Baydenin baş nazir Netanyahunu fələstinli qaçqınlar düşərgəsinin bombalanmasına və mətbuat orqanlarının yerləşdiyi binanın dağıldılmasına görə sıxışdırdığı və Netanyahudan əməliyyatları sonladırmağı istədiyi iddia edilir.

2) Münaqişə uzandıqca regionun ərəb dövlətləri öz daxili ictimaiyyətlərində Fələstinə dəstək tələb edən narazı kütlələrin ortaya çıxa biləcəyi ehtimalından ehtiyatlanır. Bu səbəbdən, xüsusilə Qətər və Misir prosesin regional münaqişəyə çevrilə biləcəyi iddiası ilə İsraili sıxışdırmağa və atəşkəsə razı salmağa çalışır.

3) Bəzi ekspertlər isə Netanyahunun əldə etmək istədiyinə nail olduğunu, bu səbəbdən münaqişənin uzadılmasına ehtiyac olmadığını bildirirlər. Belə ki, yəhudi və ərəblər arasında baş verən son etnik-dini qarşıdurmalardan sonra Netanyahunun iqtidarda qalmasını təhdid edən yəhudi-ərəb partiyaların koalisiya qura bilmə ehtimalı sıfıra enib. Etnik-dini düşmənçiliyin artması səbəbilə, növbəti seçkilərdə Netanyahunun da mənsubu olduğu sionist sağ cəbhəyə ictimai dəstəyin də yüksək olması gözlənilir. Buna görə də, Netanyahunun əməliyyatların daha da uzadılmasında maraqlı olmadığı bildirilir.
154 views05:05
திற / கருத்து
2021-05-18 08:05:38
150 views05:05
திற / கருத்து
2021-05-17 21:04:27 Myanma, Kipr, Əfqanıstan-Pakistan, Hindistan-Pakistan, Çin-Hindistan, İsrail-Fələstin.

Müasir çağın ən qaynar münaqişələrinin böyük əksəriyyətində Britaniyanın imzası var. (hələ, Cənub-Şərqi Asiya və Afrikadakı örnəkləri qeyd etmədim.)
Bir çox ekspertlər hesab edir ki, münaqişələrin səbəbləri arasında Britaniyanın müstəmləkə siyasət tərzinin müstəsna yeri olub. Həmin səbəblərin bəzilərinə yaxından baxaq.

Məlum olduğu kimi Britaniya müstəmləkələri iqtisadi cəhətdən digər Avropa müstəmləkələrindən daha inkişaf etmiş hesab olunurdu. Bunun səbəbi onunla əlaqələndirilir ki, Britaniya öz müstəmləkələrində resursların istismarını və ticarətini ən yüksək səviyyə gətirmək üçün çox dayanıqlı və effektiv siyasi-iqtisadi institutlar yaratmışdı.

Təbii ki, əsasən ticarət üçün qurulmuş bu institutlar həm də həmin ərazini idarə edən və burada yaşayan çox xırda elitanın siyasi-hərbi idarəçiliyini də təmin etməliydi.

Britaniya müstəmləkələrini iki yerə ayıra bilərik:

1. britaniyalıların (briton) kütləvi şəkildə gedib yaşadığı Avstraliya, Yeni Zelandiya kimi örnəklər.

2. Azsaylı britonun yaşadığı digər ərazilər.

Briton çoxdursa, onsuzsa idarəetmə üçün problem yox idi. Bəs azsaylı britonun yaşadığı yerlər necə idarə olunmalı idi ki, müstəmləkə olaraq qalsın? Təbii ki, “parçala və idarə et” prinsipi. Britaniya bu prinsipi ən ustalıqla idarə edən kolonial güc idi. Müstəmləkələrdə yaşayan tayfalar, qəbilələr, icmalar milli və dini mənsubluqlarına görə üz-üzə qoyulurdu və situasiyaya görə bu və ya digəri dəstəklənirdi.

Ona görə də, Britaniya həmin ərazilərdən çıxdıqdan sonra milli və dini kimliklərə görə ayrılmış qrupların biri-birinə qarşı ədavəti davam etdi və tezliklə bir çoxu münaqişələrə çevrildi. Təsadüfi deyil ki, həmin münaqişələrin bir çoxu özünü ölkədaxili, yəni vətəndaş müharibəsi kimi göstərdi. Vətəndaş müharibələri də həmin yerlərdə mili-dini kimliklərə görə parçalanmış ölkələr yaratdı. Bu parçalanmaya baxmayaraq, bəzilərində münaqişələr hələ də davam edir.

Britonların az olduğu ölkələrin digər bir xüsusiyyəti o idi ki, bir çox vəzifələr Britaniya “təhsilli” yerli elitalara tapşırılırdı. Bu səbəbdən, Britaniya həmin ölkələrdən de-yura çıxdıqdan sonra idarəçilik asanlıqla həmin yerli elitalara ötürüldü. Bu da Britaniya çıxsa da, “kölgəsi”nin o ölkələrdə davam etməsinə imkan yaratdı. Bir çox Afrika dövlətini və Körfəz monarxiyalarını bu qrupa örnək vermək olar.
184 viewsedited  18:04
திற / கருத்து
2021-05-17 21:04:22
182 views18:04
திற / கருத்து
2021-05-17 00:54:19
ABŞ dövlət katibi Antoni Blinkenin az öncəki paylaşımı:

“Fransa XİN-lə israillilər və fələstinlilər arasındakı şidddət hadisələri ilə bağlı narahatlığımızı müzakirə etdik. Biz həm də “Dağlıq Qarabağ münaqişəsi”nin uzunmüddətli siyasi həllinə ehtiyac olduğu barədə fikirlərimizi bölüşdük.”

Dağlıq Qarabağ münaqişəsi? Axı son gərginlik Azərbaycan-Ermənistan sərhədi ilə əlaqəli idi?
183 views21:54
திற / கருத்து
2021-05-16 22:29:31
Son günlər davam edən münaqişədə:

- Fələstindən 58-i uşaq, 34-ü qadın olmaqla 197 nəfər həyatını itirib. Daha 1235 nəfər isə yaralanıb.

- İsraildən 1-i uşaq, 4-ü qadın olmaqla 10 nəfər həyatını itirib. 6-ı ağır olmaqla, 564 nəfər yaralanıb.

(şəkil: Abdel Kareem Hana/AP/Qəzza)
279 views19:29
திற / கருத்து
2021-05-15 23:27:19 Dünən Sinan adlı biri twitterdə yazmışdı ki, “Misir prezidenti Sisinin son dövrlərdə Fələstinlə bağlı narahat olmasına, aktivlik filan göstərməsinə aldanmayın. Misirin son illərdə Qərbdən kütləvi surətdə silah almasının səbəbi İsrailin Sisiyə olan tam güvənidir. Yoxsa, yəhudi lobbisi imkan verməzdi. Sisi İsrailə tam sərf edən adamdır, o, Fələstinə görə yox, sadəcə Qəzzadan ölkəsinə kütləvi miqrant axını ola biləcəyindən narahatdır.”

Yaxşı fikirlərdir. Biraz genişləndirmək istərdim. Fikrimcə, Sisinin aktivlik göstərməsinin əsas səbəbi budur ki, Fələstində gərginlik uzandıqca, Misirdə həm millətçi, həm də İslami kəsimlər ciddi şəkildə narazı olmağa başlayacaqlar və hökumətdən hərəkət etməyi tələb edəcəklər. Ona görə də Sisi Qəzzada gərginliyin tezliklə azaldılmasına çalışır, atəşkəs üçün təşəbbüslər edir.

Silah məsələsinə gəldikdə isə bilirik ki, həm İsrail, həm də Fələstinlə sərhədi olan Misir son illərdə ən sürətlə silahlandırılan region ölkəsidir. Sisi bu gün kimə salam verirsə, sabah ondan silah alır. Özü də Misir İsrailin ən böyük dəstəkçisi Tramp dövründə Qərbdən xeyli silah alıb. Yəni, İsrail Sisiyə güvənməsə, həqiqətən də bunun qarşısını rahatlıqla ala bilərdi.

Mən burada daha bir perspektivə diqqət çəkmək istəyirəm. Tarixdə o qədər örnək var ki, böyük güclərin dəstəyi ilə hakimiyyətə gətirilən şəxs kreslosunu gücləndirdikdən mövqeyini dəyişib. (məsələn, Səddam Hüseyn).

Məncə, İsrail və Qərbin Sisiyə göz yummasının bir səbəbi də Sisidə belə bir potensial görməməkləridir. Ərəb millətçiliyinə oynayan Sisinin özünü ən çox bənzətməyə çalışdığı xarizmatik lider Camal Nasir dövründə Misir-İsrail arasında iki dəfə müharibə olmuşdu. Əsasən Körfəz monarxlarının yönləndirməsiylə hərəkət edən Sisinin onun üçün müəyyən edilmiş çərçivədən çıxa biləcəyi barədə isə Qərbdə narahatlıq yoxdur.

Ancaq, adətən “üsyankar” elə gözlənilməz adamlardan çıxır. Məhəmməd Mursinin 2012-ci ildə Sisini öz adamı və ambissiyasız biri sanıb müdafiə naziri təyin eləməsini və cəmi bir il sonra elə Sisi tərəfindən hərbi çevrilişlə devrilməsini xatırlayaq.
332 viewsedited  20:27
திற / கருத்து