Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 72

2021-04-29 22:01:43 Bu gün Qırğızıstan və Tacikistan arasında sərhəd toqquşmasının şahidi olduq. Oxuduğumuz qədərilə münaqişənin başlıca səbəblərindən biri su infrastrukturuna nəzarət edilməsi olub.

Bir zamanlar şübhə ilə yanaşılan "su münaqişələri dövrü" yavaş-yavaş gerçəkləşməyə başlayır. Bu istiqamətdə hələ ki, ən böyük təhlükə Misir-Sudan və Efiopiya arasında təxminən 300 milyon insanın yaşadığı ərazilərdəki Nil çayının suyu uğrunda mübarizədir ki, bir çoxları orada isti toqquşmanın qaçınılmaz olduğunu düşünür. Eləcə də, son dövrlərdə Krımda da su məsələsinin yeni müharibəyə səbəb olacağı ilə bağlı fikirlər səsləndirilirdi.

Su ehtiyatlarının gələcəyi ilə bağlı müxtəlif təxminlərə baxdım. Ədəbiyyatda su ehtiyatların su ehtiyacını ödəməməsi vəziyyəti "water stress", yəni su stresi adlandırılır. Azərbaycanın su stresi vəziyyəti ilə bağlı fərqli nəticələr qarşıma çıxdı. Nikbin versiyalar olsa da, bir çox proqnozlar Azərbaycanı orta təhlükəli kateqoriyaya daxil edir. Bəziləri isə vəziyyətimizi kəskin təhlükəli kimi göstərir. Əslində, elə özümüz də son illərdə çaylarımızdakı quraqlıqlara şahidlik edirik. Bu problemin qarşısı mütləq şəkildə alınmalıdır. Bu məsələ kağız üzərində statistik məlumatlarla yox, effektiv praktiki addımlarla həll edilməlidir.

Bir digər məsələ, qonşularla bağlıdır. Qonşularımız İran və Türkiyənin də su ehtiyatları ilə bağlı ciddi problemlərinin olduğu görünür. Bu da regionun təhlükəsizliyinə potensial təhdidlərdəndir. Nəzərə almaq lazımdır ki, su digər qaynaqlardan fərqli olaraq həyati ehtiyacdır, su qıtlığı zamanı qonşuluğun, tanışlığın, qardaşlığın heç bir əhəmiyyəti qalmır.
510 viewsedited  19:01
திற / கருத்து
2021-04-29 22:01:30
408 views19:01
திற / கருத்து
2021-04-28 22:03:32
Təxminən bir ay sonra - 26 mayda 10 ildir Vətəndaş Müharibəsindən əziyyət çəkən Suriyada prezident seçkilərinin keçirilməsi gözlənilir.

Bu dəfəki seçkilər son 50 ilin ikinci çoxnamizədli seçkiləri olacaq. 2014-ci ildən əvvəlki seçkilərdə sadəcə bir namizəd iştirak edirdi. Müxtəlif məlumatlara, hazırda 50-dən çox namizəd seçkidə iştirak etmək istəyir və qeydiyyatdan keçib. Əsas favorit isə şübhəsiz ki, hakimiyyətdəki BƏƏS partiyasının namizədi Bəşər Əsəddir. Bəşər Əsədin dördüncü cəhdində də prezident seçiləyi gözlənilir.

Cədvəldə son 50 ildə, yəni Əsəd ailəsinin hakimiyyəti dövründə Suriyada baş tutmuş prezident seçkilərinin nəticələri əks olunub.
434 views19:03
திற / கருத்து
2021-04-28 20:26:09 #Tarixidəyişənsuiqəsdlər

Atatürkə qarşı planlanan İzmir sui-qəsdi Cümhuriyyət tarixinin ən önəmli siyasi hadisələrindən biridir. Sui-qəsd planına əsasən, Atatürk 1926-cı ilin 14 iyununda İzmir səfərində öldürülməli idi. Çox yaxşı hazırlanmış plan, dəstə üzvlərini sui-qəsdən sonra adalara qaçırtmalı olan qayıqçı Kritli Şevkinin panikaya düşüb, valiliyə məlumat verməsindən sonra ifşa olunub. Şevkinin panikaya düşməsinin səbəbi sui-qəsddən bir gün öncə qrup üzvlərindən birinin İstanbula getməsi olub. Qayıqçı dəstə üzvlərinin onu satacağını düşünüb və özü daha əvvəl davranmaq istəyib.

Sui-qəsdi təşkil edənlər arasında keçmiş nazirlər, millət vəkilləri və bir sıra vəzifəli şəxslər olub. Həmin şəxslərin demək olar ki, hamısı İttihat ve Terakki Cəmiyyətinin (İTC) üzvləri olub. Ümumiyyətlə, Atatürk və ittihatçıların ulduzu heç vaxt barışmayıb və Atatürk onları həmişə təhdid kimi görüb. İttihatçılar da Atatürkü aradan götürmək və təqiblərdən qurtulmaq üçün sui-qəsd planı hazırlamışdı.

Sui-qəsdlə bağlı iki məhkəmə prosesi keçirilir. Biri İzmirdə, digəri Ankarada. Qeyd etmək lazımdır ki, Atatürk bu sui-qəsdən istifadə edərək, problemli müxalif olaraq gördüyü digər şəxsləri də sıradan çıxarıb. Burada ilk müxalifət partiyası olan Terakkiperver Cumhuriyyet Firqəsinin keçmiş üzvləri xüsusilə qeyd olunmalıdır. İzmir məhkəmələri hadisə ilə bağlı olsa da, Ankara məhkəməsi əsasən siyasi məqsədlər üçün istifadə olunub. İzmirdə 15 nəfər, Ankarada isə 4 nəfər edam cəzasına məhkum olunub. Ankaradakı edamların içində xüsusilə, ittihatçıların maliyyə naziri Mehmed Cavid bəyin sui-qəsdlə əlaqəsinin olmadığı və siyasi səbəblərə görə edama məhkum edildiyi bildirilir.

Digər maraqlı məqam, Qurtuluş müharibəsi qəhrəmanı bəzi generalların da sui-qəsdlə ittiham edilməsidir. Burada xüsusilə Kazım Karabekir paşanın məhkəməyə cəlb edilməsi önə çıxır. Düzdür, həm Karabekir paşa, həm də digərləri bəraət alır, lakin cəmi bir il sonra həmin paşalar təqaüdə göndərilir və neytrallaşdırılır.

Atatürk barədə ən çox heyranlıq duyduğum faktlardan biri onun həm çox yüksək səviyyəli əsgər olması, həm də çox yaxşı siyasətçi olmasıdır. Adətən yaxşı əsgərlərin böyük əksəriyyəti siyasətin incəliklərini bacarmır. Lakin, Atatürk həm hərb sənətinin, həm də siyasətin incəliklərinə yaxşı bələd idi.

Mövzu ilə bağlı çox yaxşı qaynaq kimi Uğur Mumcunun “Gazi Paşa’ya suikast” kitabını tövsiyə edərdim. Ümumiyyətlə Mumcu jurnalistikası tamamilə başqa ekoldur, cəsarətli və savadlı jurnalistikanın zirvəsidir. Adı qeyd edilən əsər də roman tərzində, arxiv sənədləri əsasında yazılıb. Oxumağa dəyər.
441 viewsedited  17:26
திற / கருத்து
2021-04-28 20:25:58
405 views17:25
திற / கருத்து
2021-04-27 20:41:01 Yay ərəfəsində Türkiyə və Misir arasında yeni dövrün başlanması gözlənilir. Gələn həftə Türk heyətinin Qahirəyə səfər edəcəyi məlumdur. Lakin əsas bomba xəbər, yaxın vaxtlarda tərəflərin prezidentlər səviyyəsində görüşünün olacağı barədə məlumatdır.

Ümumiyyətlə, tarixi və mədəni cəhətdən biri-birinə bu qədər yaxın iki ölkə arasında düşmənçilik çox əcaib görsənirdi, bu barədə daha əvvəl də müzakirə aparmışdıq.

Misir həqiqətən də Türkiyə və xüsusilə, Ərdoğanın siyasi karyerası üçün qırılma nöqtəsini təşkil edir. Çünki, Qahirə geostrateji cəhətdən çox önəmli bir parça idi. Əgər, Ərdoğanın dəstəklədiyi Mursi hakimiyyətdə qalsaydı, hazırda Şərqi Aralıqda tamamilə fərqli, Türkiyənin gözləntilərinə uyğun bir mənzərənin şahidi idik. Eyni zamanda Misir həm də Ərdoğanın izlədiyi neo-Osmanlı xarici siyasətinin mərkəzində yerləşirdi. Misirin əldən çıxması Liviya başda olmaqla bir çox ciddi problemi ortaya çıxardı.

Lakin, bəzən illuziyalarla yaşamağa da ehtiyac yoxdur. Misir Türkiyənin təkbaşına yeyəbiləcəyi bir “loxma” deyildi. Qərb və Körfəz ölkələrinin tez-tələsik əl-Sisini hərbi çevrilişlə hakimiyyətə gətirməsi bunu sübut etdi.

Yadımdadır, həmin dövrdə Obamanın Misirdə baş verənləri “hərbi çevriliş” adlandırmasına ümid edilirdi. Bu çox önəmli idi. Çünki, ABŞ qanunlarına görə “hərbi çevriliş” rejimi ilə diplomatik münasibət qurula və maddi yardım edilə bilməz. Lakin, Obama ABŞ ədalətinin əsl simasını göstərdi və hərbi çevriliş sözündən istifadə etmədi və bu da Türkiyə-ABŞ arasında qopuqluğun ən şiddətli təkanlarından biri oldu.

Əslində burada bir tənqid də “Müsəlman Qardaşları”nın payına düşür. Təşkilat Sisi rejiminə qarşı lazımi dirənişi göstərə bilmədi. Bir çox liderləri Türkiyə sürgünündə xəbər saytı açıb Sisini tənqid etməkdən daha başqa bir metod ortaya qoya bilmədi. Həmin şəxslər Türkiyə rəhbərliyinə təşkilatın vazkeçilməz olduğunu göstərə bilmədilər və hazırkı mərhələdə imtina edilirlər və prosesin əsas məğlubuna çevrilməkdədirlər.

Müsəlman Qardaşları mərkəzli kursdan imtina edilməsi Türkiyə xarici siyasətində yeni dövrü işarə edir. Bununla belə, unutmaq lazım deyil ki, istənilən şəxs, istənilən təşkilat dövlətin milli maraqlarından öndə deyil və lazım gəldikdə qurban verilməlidir. Fikrimcə, nəyin bahasına olursa olsun, Türkiyə son illərdə üzləşdiyi diplomatik yalnızlıqdan qurtulmalı, ənənəvi dostlarla barışmalı və yeni siyasi kurs mənimsəlidir.
456 viewsedited  17:41
திற / கருத்து