Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 66

2021-05-15 23:27:10
328 views20:27
திற / கருத்து
2021-05-15 18:01:52 İran məhkəmə başçısı İbrahim Rəisi prezidentliyə namizədliyini irəli sürüb.

2017-ci ildəki seçki yarışında Ruhaniyə məğlub olan Rəisinin yenidən namizəd olması bir çoxları üçün gözlənilməz olsa da, bəzi şərhçilər Ali lider Xameneinin Novruz çıxışında Rəisinin namizədliyinə eyham vurduğunu bildirir.

Həmin çıxışda Xamenei demişdi ki, İran prezidenti dindar, sadiq, müdrik, inqilabçı və cihadçı xarakterdə olmalıdır. Eləcə də, həmin şəxs korrupsiyaya qarşı çox sərt mübarizə aparmalıdır. Elə Rəisi də son illərdə özünə korrupsiya ilə ciddi mübarizə aparan şəxs imicini yaratmağa çalışırdı.

Rəisinin adı tez-tez 82 yaşlı Xameneidən sonra Ali liderliyə əsas namizəd kimi hallandırılır. Xameneinin də Rəisiyə xüsusi rəğbəti olduğu məlumdur. Ona görə də, əgər Rəisi gələn ay prezident seçilə bilsə, Ali liderliyə yolu açıla bilər. Məlum olduğu kimi, Xamenei də əvvəlki Ali lider Xomeyninin yerinə prezidentlikdən keçmişdi. Yumşaq güc keçidini təmin etmək üçün eyni təcrübənin yenidən təkrarlanması istisna deyil.
249 viewsedited  15:01
திற / கருத்து
2021-05-15 18:01:44
246 views15:01
திற / கருத்து
2021-05-15 12:28:37 Maraqlı fotodur (müəllif Fyodor Sapir).

- Solda Qəzza zolağından atılan raketlər

- Sağda “Dəmir qübbə” havadan müdafiə sisteminin Tamir raket əlehinə raketləri

Məlumata görə, Qəzza zolağından atılan raketlərin biri ortalama 1000 dollara başa gəlirsə, “Dəmir qübbə”də istifadə olunan Tamir raketinin birinin qiymətinin 40 min dollardan 100 min dollara qədər olduğu iddia olunur.

Ötən həftə ərzində Qəzza zolağından 3 minə yaxın raket atılıb. Eyni sayda da anti-raket atıldığını qəbul etsək (reallıqda daha çox atılmalıdır), bu qədər raketin qarşısını kəsmək üçün 120 milyon dollardan 300 milyon dollara qədər qiymətdə Tamirə ehtiyac var.

Tamirlər çox bahalı olduğuna görə, sadəcə yaşayış məntəqələrinə doğru atılan raketlərə qarşı istifadə olunur. Ona görə də, çox bahalı olması “Dəmir qübbə”nin ən zəif nöqtəsi hesab olunur.
347 views09:28
திற / கருத்து
2021-05-15 12:28:29
346 views09:28
திற / கருத்து
2021-05-14 23:35:37
Yeni iş yerim
357 views20:35
திற / கருத்து
2021-05-14 22:31:57 “Mən sionistəm. Sionist olmaq üçün yəhudi olmağa ehtiyac yoxdur”.

Bu sözləri ABŞ prezidenti Co Bayden 2007-ci ildə İsrail telekanalına bir müsahibəsində demişdi. Həmin dövrdə senator olan Bayden, 2008-ci il prezident seçkilərində namizədliyini irəli sürmüşdü. Məlum olduğu kimi ABŞ-da seçkilərdə iştirak etmək istəyən namizədlər İsrailyönümlü lobbilərdən maliyyə və siyasi dəstək almaq üçün “İsraili ən çox sevən mənəm” səpkili açıqlamalar verirlər. Təbii ki, siyasətçinin ağı-qarası olmur, siyasətçi hər yerdə eynidir, bir çoxu üçün iqtidara gedən bütün yollar “caiz”dir. Ona görə də, belə şeylər başa düşüləndir.

Sionizm yəhudilərin vəd edilən torpaqlarda etnik və dini əsaslı Yəhudi dövləti qurmasını təbliğ edən axındır. Yəni, həm etnik, həm də dini hərəkatdır. Etnik və dini cəhətdən yəhudi olmayan birinin “baxın, mən də sionistəm” deməsini başa düşmək olmur. Hələ, bir dövlətin başçılığına iddialı birinin başqa dövlətə aid dini-millətçi bir hərəkatın üzvü kimi görünmək istəməsi həqiqətən lap əcaib görünür.

Sionizmi texniki cəhətdən dünyadakı digər hərəkatlarla müqayisə etmək olar. Məsələn, Türkiyədəki ülkücülük, Hindistandakı hindutva. Ülkücülük, türk millətçiliyi ile İslam dininin sintezidir. Yəni, ülkücü hərəkat da etnik-dini çalarlı hərəkatdır.

Təsəvvür edin, Almaniya kansleri Angela Merkel çıxıb deyir ki, “düzü türk deyiləm, amma mən də ülkücüyəm”. Məncə, Baydenin də özünü sionist göstərməyə çalışması ən az bunun qədər əcaib görünür.

Ümumilikdə, həm vitse-prezidentlik dövrü, həm də prezidentliyinin ilk ilinə nəzər yetirdikdə Baydenin sionistlərə və İsrailin sağcı siyasətinə qarşı səmimi olduğunu iddia etmək çətindir.
399 viewsedited  19:31
திற / கருத்து
2021-05-14 22:31:10
385 views19:31
திற / கருத்து
2021-05-14 21:43:28 Fikrimcə, İsrail-Fələstin arasında münaqişənin bu dərəcəyə çatmasının altında illərdir toplanmış çox ciddi sosial narazılıq və məmnuniyyətsizlik yatır. Donald Tramp dövründə ABŞ-ın İsrail-Fələstin münaqişəsində İsrail lehinə tamamilə təktərəfli siyasi xətt tutması və regionun müsəlman ölkələrinin bu xəttə dəstək verməsi, Qüdsün İsrail paytaxtı kimi tanınması, İsrail-Ərəb münasibətlərində yeni səhifə açan “İbrahim sazişi”ndə fələstinlilərin istəklərinin nəzərə alınmaması Fələstin daxilindəki etirazları “partlama” vəziyyətinə gətirmişdi.

Təbii ki, BƏƏ, Bəhreyn, Mərakeş kimi saray rejimlərini Ərəb dünyasının təmsilçisi kimi qələmə verərək, siyasi maraqlar üçün yaradılmış əməkdaşlıqları sivilizasiyalararası psevdo-sülh prosesi təqdim etməklə mövcud reallıqların üzərini örtmək mümkün deyildi.

Fələstinlilərin bütün gücləri ilə müqavimət göstərməsinin səbəblərindən biri də “biz hələ də varıq” mesajını çatdırmaqdır.

Məncə, fələstinlilər çox ağır bədəllər ödəsə də, çox güclü bir mesaj da verməyi bacardı: Artıq, Fələstin məsələsi gözardı edilməklə Ərəb-İsrail normallaşmasından danışmaq mümkün deyil.
414 views18:43
திற / கருத்து
2021-05-14 21:43:14
390 views18:43
திற / கருத்து