Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 62

2021-05-26 22:46:16 Misir prezidenti Əl-Sisi yenə pişik kimi dörd ayaq üstünə düşdü.

Xatırlayırsınızsa, Donald Tramp iqtidara gəldikdən sonra ilk səfərini Səudiyyəyə edib, ərəb liderlərlə görüşəndə Əl-Sisi ən ön sıralarda yer almışdı. Eləcə də, Trampın ictimai görüşdə Əl-Sisini “mənim sevimli diktatorum hardadır” deyə soruşması bir ara gündəm olmuşdu.

Trampın “sevimli diktatoru” bu gün dövlət katibi Blinkenlə görüşüb. Görüşdə Sisinin gözləri parıldayırdı. Təbii ki, Sisi həm Trampla yaxınlığına, həm də ölkəsindəki onminlərlə siyasi məhbus və insan haqları problemlərinə görə, yenicə hakimiyyətə gələn demokratların onu sıxışdıracağını düşünürdü. Lakin, belə görünür ki, İsrail-Fələstin münaqişəsində atəşkəs əldə olunmasındakı səylərinə görə Sisi demokratların gözünə girməyi bacardı. Hətta, Blinken deyib ki, Qəzzanın yenidən bərpa edilməsində Misirin də iştirak etməsini istəyirlər.

Demokratlar Trampın sevdiyi və önplana çıxardığı hər siyasətə qarşı olmaq kursu yürütsələr də, Sisi bu məsələdə istisna təşkil edə bildi. Ancaq, onu da nəzərə almaq lazımdır ki, Sisi Trampdan əvvəl, 2013-cü ildə elə demokratların “gözyumması” ilə hərbi çevriliş edib, hakimiyyətə gəlmişdi. Həmin vaxt Co Bayden vitse-prezident, Blinken isə milli təhlükəsizlik müşavirinin müavini idi.
355 views19:46
திற / கருத்து
2021-05-26 22:46:09
335 views19:46
திற / கருத்து
2021-05-26 21:13:12 İran-dəstəkli Həşd Şəbi milislərinin komandirlərindən olan Qasım Müslihin İraq təhlükəsizlik orqanları tərəfindən terror və aktivistlərə qarşı sui-qəsd ittihamı saxlanılmasından sonra paytaxt Bağdadda vəziyyət xeyli gərginləşib.

Həşd Şəbi milisləri də silahlı maşın karvanları ilə Bağdadın mərkəzinə toplanıb. Artıq, İraq hökuməti Müslihi azad etməyə məcbur olub.

İraqın düşdüyü vəziyyət həqiqətən çox acınacaqlıdır. Xüsusilə, İraq gəncləri üçün. İraq dünyanın ən gənc əhalisinə məxsus ölkələrdən biridir. 40 milyonluq ölkə əhalisinin demək olar ki, 60%-i 25 yaşa kimi uşaq və gənclərdir. Təhsilsizlik, işsizlik, gələcəyə ümidsizlik gənclərə silahlı qruplaşmalara qoşulmaqdan başqa yol qoymur.

Onu da qeyd edim ki, İraq təsdiq olunmuş neft rezevrlərinə görə dünya üzrə 5-ci, qaz rezevrlərinə görə 12-cidir.
376 views18:13
திற / கருத்து
2021-05-26 21:13:00
341 views18:13
திற / கருத்து
2021-05-26 12:59:15
Bölgədə vəziyyət stabil olaraq gərginləşir. Hər yeni gün ötən gündən daha mürəkkəb keçir. Belə davam etsə, Ermənistandakı seçkilərədək kontrollu bir qaynar toqquşmanın olması da real görünür.

(Fikrimcə, açıqlamadakı “cavab atəşi açılmayıb” hissəsi siyasi məqamlara görə yazılıb.)
232 viewsedited  09:59
திற / கருத்து
2021-05-26 10:08:44
Bu gün Suriyada prezident seçkiləri keçirilir. Təbii ki, proses sadəcə formal xarakter daşıyır və hazırkı prezident Bəşər Əsədin yenidən seçiləcəyi hər kəsə bəllidir. Seçkilərdən sonra Əsədin səlahiyyət müddəti əlavə 7 il, yəni 2028-ci ilədək uzanacaq.

Suriyada keçirilmiş son 8 prezident seçkilərində Əsəd ailəsi qalib gəlib. Bunların 5-i Hafiz Əsədin, 3-ü isə oğlu Bəşərin payına düşür.

Əsəd ailəsi 1971-ci ildən bəri 50 ildir ki, Suriyaya prezidentlik edir.
294 viewsedited  07:08
திற / கருத்து
2021-05-25 23:58:57
Britaniya XİN Dominic Raabın İsrailə səfəri ilə bağlı tvitində “İşğal olunmuş Fələstin əraziləri”ni ziyarət edəcəyini yazması birmənalı qarşılanmayıb. (Həmin termini rəsmi olaraq BMT İnsan Haqları Yüksək Komissarlığı qəbul edib.) Bəzi israillilər də tvitə cavab verərək bir vaxtlar Britaniyanın da həmin əraziləri işğal etdiyini xatırladıb.

Ümumiyyətlə, Britaniyanın, daha doğrusu elitasının böyük əksəriyyətinin İsrailə qarşı münasibəti soyuqdur. Məncə, çox yaxın diplomatik ənənələri olan ABŞ və Britaniya arasında ən böyük fərqlərdən biri də İsrailə münasibətdir.
358 views20:58
திற / கருத்து
2021-05-25 23:20:55
Dostlar, yanvarın 3-dən facebook səhifəsində belə bir problem var. Əvvəllər 10 mindən çox adama çatan paylaşımlar indi heç min nəfərə çatmır. Çox dəxlisiz bir paylaşıma görə Facebook məhdudiyyətlər tətbiq edir.

Bəzi paylaşımları azödənişli olaraq paylaşmağa məcburam. Ancaq, daha belə davam etmək istəmirəm. Ağlımda Şərqə Baxışı bağlayıb, fərqli bir səhifə açmaq var. Bu barədə Təkliflərinizi eşitmək xoş olardı. Nə düşünürsünüz?
349 views20:20
திற / கருத்து
2021-05-25 22:21:31 Düşünürəm ki, Türkiyənin hakim partiyası AKP-də baş verən böhranın səbəbi 20 ildir iqtidarda olan partiya təşkilatının həddən artıq genişləyib, artıq, idarəoluna bilməməsidir. İctimai uzlaşma vədi ilə siyasi hərəkat olaraq başlayan AKP-də Ərdoğanın getdikcə gücü tək əldə toplaması partiyanın qurucu və ideoloqlarının bir çoxunun uzaqlaşdırılmasına səbəb oldu. Onların yerinə gələnlərin bir çoxu isə verilən qərarlara sadəcə alqış tutanlar oldu. Fikrimcə, partiyanı zəiflədən əsas məqam bu idi. Bundan əlavə, bütün iqtidarlarda olduğu kimi vəzifə və iqtisadi mənfəət hirsi ilə AKP-yə də hərə bir tərəfdən axın etdi.

Ümumiyyətlə, partiya idarəetməsi Türkiyədə mühafizəkar cəbhənin xroniki problemidir. Mühafizəkar cəbhə adətən “xarizmatik lider” tipi ilə hakimiyyətə gəldiyi üçün həmin liderin karyerası bitdikdən sonra partiyası da tənəzzül edir. Məsələn, sağcı liderlər Adnan Menderes, Süleyman Dəmirəl, Turqut Özal, Ərbakanı hamımız tanıyırıq, ancaq, partiyalarının adını çox azımız bilirik. Demokrat Partiya, Ədalət Partiyası, ANAP və s. Çox güman ki, Ərdoğan sonrasında AKP də eyni aqibəti yaşayacaq.

Türkiyədə əsasən iki böyük partiya liderlərdən asılı olmayaraq, öz davamlılığını qoruya bilir. CHP və MHP. Maraqlıdır ki, hər ikisi ölkənin hərbi elitası tərəfindən qurulub. CHP Atatürk və MHP isə Türkeş liderliyində. Hər iki partiya xüsusi simvolla assosasiya olunur. Altıox və Üçhilal. (məsələn, MHP seçicisi səsvermədə üçhilalı görən kimi işarələyir. AKP seçicisi isə lampadan daha çox Ərdoğanla özünü assosasiya edir.)

Partiyaların Koordinasiya mərkəzi olaraq var olması səbəbilə həm CHP, həm də MHP-də güclü establişmentlər, elitalar formalaşır. Liderdən asılı olan mühafizəkar cəbhədə isə belə bir imkan yoxdur, bu səbəbdən onlar siyasi partiyalar yerinə, dini camaatlar və təriqətlərdə strukturlaşırlar.
348 views19:21
திற / கருத்து
2021-05-25 22:21:25
325 views19:21
திற / கருத்து