Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 60

2021-06-01 22:45:28
524 views19:45
திற / கருத்து
2021-06-01 21:50:04 Ötən günkü müsabiqəmiz sona çatdı.

Müsabiqədə belə bir sual soruşulmuşdu:

“1956-ci il Süveyş Böhranı zamanı Misirə qarşı hücuma keçən İsrail, Britaniya və Fransa üçlüsü hərbi uğur qazansalar da, Amerika Birləşmiş Ştatları və Sovet İttifaqının təzyiqlərindən sonra geri çəkilməyə məcbur olmuşdur. Süveyş Böhranı ABŞ və SSRİ-nin eyni tərəfi dəstəklədiyi ən nadir geosiyasi hadisələrdən biri idi. Xüsusilə, ABŞ-ın ən yaxın üç müttəfiqinə qarşı cəbhə alması xeyli maraq doğurur.

Sual: ABŞ-ın belə bir mövqe seçməklə vermək istədiyi siyasi mesajı və Süveyş Böhranının dünya geosiyasətində yaratdığı yeni reallığı bir neçə cümlə ilə izah edin.”

İki hissəli sualda iki cavab gözlənilirdi:

1) Həmin dövrlərdə, özəlliklə hər iki dünya müharibəsində müttəfiqlik xüsusi əhəmiyyət kəsb edirdi. ABŞ-ın isə Yaxın Şərqdən gözləntiləri müttəfiqlərinin istəklərindən başqa idi: ABŞ Sovetin bura asanlıqla daxil olmasını istəmirdi, Yaxın Şərqin NATO-sunu qurmağa çalışırdı, buna görə də Misirə ehtiyacı var idi və s. səbəblər. Cavab kimi “Süveyş böhranı zamanı ABŞ-ın mövqeyi göstərdi ki, artıq, əsas olan müttəfiqlər yox, maraqlardır” istənilirdi.

2) Həm Fransa, həm Britaniya İkinci Dünya müharibəsinin qalib dövlətləri olaraq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvlərindən olsalar da, ABŞ və SSRİ öz aralarında həmin beşlikdəki digər qalib ölkələrdən daha bərabər olduqlarını göstərdilər. Yəni, dünya geosiyasətində Corc Ourell demişkən “Bütün heyvanlar bərabərdir, lakin, bəzi heyvanlar daha bərabərdir” vəziyyəti yarandı. Qısacası, ikiqütblü dünya cavabı istənilirdi.

Qeyd: Qaliblə əvvəlcə, şəxsən əlaqə saxlayaraq, qalib kimi elan olunmağı istəyib istəmədiyini soruşacağam. Əgər etiraz etmirsə, buradan elan edəcəm.
315 views18:50
திற / கருத்து
2021-06-01 21:49:56
288 views18:49
திற / கருத்து
2021-06-01 19:33:29 Əfqanıstanda qanlı günlər davam edir...

Münaqişə səbəbilə 2021-ci ilin may ayı ərzində 359 hökumət yaraqlısı (hy), 231 mülki vətəndaş (mv) həyatını itirib. Hökumət mənbələri isə yüzlərlə Taliban militanının öldürüldüyünü açıqlayıb. 301 hy və 89 mv öldürüldüyü aprel ayına nisbətən, may ayında öldürülənlərin sayında artım var. Xüsusilə, öldürülən mülki vətəndaşların sayında dəfələrlə artım nəzərə çarpır. Burada əsas məqam kimi, may ayının əvvəllərində Kabul yaxınlığındakı qızlar məktəbinə edilən və 85 nəfəri qətlə yetirən vəhşi hücum qeyd olunmalıdır.

Ümumilikdə isə aprel və may aylarında cari ilin ilk üç ayına nisbətən şiddətin dərəcəsi xeyli artıb. Bunun səbəbi kimi, xarici qoşunların ölkədən çıxarılması prosesinin başlanmasını və bu səbəbdən Talibanın daha çox ərazi ələ keçirmək üçün aktivləşməsini göstərmək olar. (rəqəmlərlə bağlı "Newyorktimes"-a istinad edilib)

Ərazi məsələsinə gəldikdə isə ötən ilin may ayına olan məlumata əsasən, ölkədəki 400 rayondan 75-i Taliban, 133-ü hökumət qüvvələrinin nəzarətindədir. 189 rayon uğrunda isə qızğın mübarizə gedir. Son məlumatlara görə, cari ilin may ayının əvvəllərində hərəkətə keçən Taliban əlavə 1 rayon ələ keçirib, daha 3 rayonda isə ciddi irəliləyiş əldə edə bilib.
339 views16:33
திற / கருத்து
2021-06-01 19:33:21
335 views16:33
திற / கருத்து
2021-06-01 08:42:14 Müsabiqəmiz bitib. İştirak edənlərə təşəkkür edirəm.

Bir çox sayda yaxın cavablar olsa da, hesab edirəm ki, tam cavab yoxdur. Ona görə də, cavablar arasında ən yaxşı mülahizələrdən biri seçiləcək və kitab mükafatı həmin fikirləri yazan şəxsə göndəriləcək.
153 views05:42
திற / கருத்து
2021-05-30 20:24:23 Şərqə Baxış pinned a photo
17:24
திற / கருத்து
2021-05-30 20:21:38
#Müsabiqə

1956-ci il Süveyş Böhranı zamanı Misirə qarşı hücuma keçən İsrail, Britaniya və Fransa üçlüsü hərbi uğur qazansalar da, Amerika Birləşmiş Ştatları və Sovet İttifaqının təzyiqlərindən sonra geri çəkilməyə məcbur olmuşdur. Süveyş Böhranı ABŞ və SSRİ-nin eyni tərəfi dəstəklədiyi ən nadir geosiyasi hadisələrdən biri idi. Xüsusilə, ABŞ-ın ən yaxın üç müttəfiqinə qarşı cəbhə alması xeyli maraq doğurur.

Sual: ABŞ-ın belə bir mövqe seçməklə vermək istədiyi siyasi mesajı və Süveyş Böhranının dünya geosiyasətində yaratdığı yeni reallığı bir neçə cümlə ilə izah edin.

(Cavablar üçün son tarix 31 may 23:59.)
265 viewsedited  17:21
திற / கருத்து
2021-05-30 20:00:19 Hər birinizi xoş gördük. Az sonra müsabiqə sualı paylaşılacaq.
281 views17:00
திற / கருத்து
2021-05-29 20:42:58
#Məlumat

Nil çayının suyu uğrunda kəskin münaqişəli olan, getdikcə müharibə mərhələsinə yaxınlaşan Afrikanın iki nəhəngi - Misir və Efiopiyanın hərbi-statistik müqayisəsi.

Qeyd: Efiopiyanın dənizə çıxışı olmadığı üçün dəniz gücü üzrə müqayisə aparılmayıb.

Mənbə: GlobalFirePower (2021)
411 views17:42
திற / கருத்து