Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 70

2021-05-09 22:13:06 #Xəbərlər

- İraqın Kərbəla şəhərində yerləşən İran konsulluğu qəzəbli nümayişçilər tərəfindən yandırılıb. Nümayişlərin səbəbi kimi dünən öldürülən İhab əl-Vəzni adlı iraqlı aktivistin qətlində İran-dəstəkli milislərin əlinin olması göstərilir.

- Qüdsdəki gərginlik hələ də davam edir. İsrail beynəlxalq təzyiqlərdən sonra fələstinlilərin evindən çıxarılması məsələsində geri addım atıb. Az öncə Qəzza zolağından İsrailin Aşkelon şəhərinə atılan raketlərin biri boş əraziyə düşüb, digəri isə havadan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
364 views19:13
திற / கருத்து
2021-05-09 22:12:57
350 views19:12
திற / கருத்து
2021-05-08 23:44:16 Hazırda oxuduğum çox yaxşı bir kitabdan maraqlı bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Müəllif Henry Munsondur.

Müəllifə görə, digər dinlərdən fərqli olaraq, İslam dini özünün ən şan-şöhrətli, zəfərli dövrünü ortaya çıxdığı ilk illərində yaşayıb. Xüsusilə, ilk “İslam Dövləti” kimi adlandırılan və Hz. Məhəmmədin şəxsən dövlət idarə etdiyi dövr (622-632) barədə müsəlman dünyasında çox ciddi həsrət və həsəd mövcuddur. Həmin dövr ədalət və bərabərliyin ən yüksək səviyyədə olduğu İslami sistem kimi qəbul edilir. Peyğəmbər sonrası xəlifələr dövrü barədə isə hər əqidə məktəbinin fərqli dəyərləndirmələri olsa da, ümumilikdə həmin dövrlər də İslam dünyasında “şanlı dövr” kimi qəbul olunur. (İslamdan fərqli olaraq, xristianlıq və musəvilikdə peyğəmbərlik dövrü əzab, əziyyət və sürgünlərlə yadda qalıb.)

Fikrimcə, müəllif çox doğru qeyd edir. Keçmişə olan bu həsəd və həsrət İslami nəzəriyyələrdə hər zaman həmin dövrün əsas referans kimi göstərilməsinə səbəb olur. İstər sünnilik, istərsə də şiəlikdə bu belədir. Əslində bu məqam da yeni təmayüllərin “biz kafirlərdən ona görə geri qalırıq ki, ilk dövrlərdəki saf İslamdan uzaqlaşmışıq. Saf İslam dövründə biz daha üstün idik.” fikri əsasında formalaşmasına və həmin dövrdəki ruhaniliyə qayıtmaqla bağlı çağırışlara yol açıb.
405 views20:44
திற / கருத்து
2021-05-08 23:44:06
367 views20:44
திற / கருத்து
2021-05-08 21:59:46 Müxtəlif hesablamalara görə, sabiq Tunis diktatoru Bin Ali 23 illik hakimiyyəti boyunca ölkəsindən azı 13 milyard $ talan edib. Bin Alinin "sərvət"inə 550 daşınmaz əmlak, 48 lüks yaxta, yüzlərlə lüks maşın, 40 səhm portfoliosu, 367 bank hesabı və təxminən 400 biznes təşəbbüsü daxildir.

Hazırda iqtisadi cəhətdən çətin günlər yaşayan Tunis dövləti Bin Ali və ailəsi tərəfindən talan edilərək, ölkə xaricinə çıxarılan vəsaitin geri qaytarılmasına çalışsalar da, ciddi nəticələr əldə oluna bilmir. Avropa dövlətləri, xüsusilə İsveçrə və Fransa Bin Alinin tayfası tərəfindən oğurlanmış vəsaitin Tunisə qaytarılması barədə çox da həvəsli deyil və bu dövlətlər hüquqi boşluqları əsas gətirərək, pulun qaytarılmasına əngəl yaradırlar. Bin Alinin talan etdiyi vəsaitin əsas hissəsi isə ailəsinin yaşadığı Səudiyyə Ərəbistanındadır. Səudiyyə rəhbərliyi isə oğurlanmış vəsaitin qaytarılması barədə Tunisin çağırışlarına diqqət yetirmir.

Bin Alinin 2011-ci ildə devrilməsindən bu yana 10 ildən artıq müddət keçsə də, Tunis dövləti talan edilmiş sərvətdən cəmi 788 milyon $-ı bərpa edə bilib.

Mənbə: Newlinesmag
379 viewsedited  18:59
திற / கருத்து
2021-05-08 21:59:39
362 views18:59
திற / கருத்து
2021-05-08 17:53:51 Əfqanıstanın paytaxtı Kabulun qərbində həzaraların çoxluq olaraq yaşadığı Barçi regionunda yerləşən qızlar məktəbinin yaxınlığında baş vermiş partlayışlar nəticəsində azı 31 nəfər həyatını itirib, 50-dən çoxu yaralanıb. Həyatını itirənlərin çoxu qız şagirdlərdir.

Sosial şəbəkələrdəki bir çox əfqan izləyicilər terrorçu hücumla bağlı Talibanı günahlandırır. Çünki, hücum həm dini azlıqların, yəni şiələrin yaşadığı məhəlləsinə, həm də qızlar məktəbinə edilib. Taliban əvvəllər dəfələrlə belə hədəflərə hücum edib.

Lakin, Taliban sözcüsü Zabihullah isə twitter hesabından açıqlama yayaraq, hücumu qınadıqlarını bildirib. Talibanın versiyasına görə, hücum Əfqan hökumətinin dəstəyi ilə İŞİD tərəfindən həyata keçirilib.
24 views14:53
திற / கருத்து
2021-05-08 17:53:38
26 views14:53
திற / கருத்து
2021-05-08 09:38:45
Üç həftədir ki, Qüdsdə vəziyyət xeyli gərgindir. Aprelin 22-də bir qrup yəhudi ekstremistin “ərəblərə ölüm” şüarı atması səbəbilə başlayan etnik-dini qarşıdurmalar dünən gecə pik həddə çatıb.

İsrail polisi fələstinli nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Nümayişçilər isə polisə daşlarla cavab verib. Qarşıdurmalar nəticəsində 200 nümayişçi və 3 polis yaralanıb. Əsas toqquşmalar Şeyx Cərrəh məhəlləsində və Qübbətüs-Səhra məscidi ətrafında baş verib.
500 views06:38
திற / கருத்து
2021-05-06 12:52:17 #Elan

“Topchubashov Center”də gənclər üçün təcrübə-araşdırma proqramı mövcuddur. Proqramın, ilkin mərhələsində regionla bağlı bir mövzu seçilir, üç ay ərzində araşdırma edilir və hesabat hazırlanaraq mərkəzin saytına yerləşdirilir. Təcrübəçi-araşdırmaçının gündəlik yarımgün mərkəzdə olması tələb olunur. Səhər və ya günorta növbələri könüllü olaraq seçilə bilər.

Mərkəzdə mənim regionum Yaxın Şərqlə əlaqəli olduğu üçün əsasən bu regiona maraq göstərən gənclərlə çalışmaq istərdim. Aşağıdakı şərtləri mövcud olan və gənclərdən öz CV-lərini email adresinə göndərməsini xahiş edirəm:

- Analitika sahəsinə xüsusi həvəs

- Universitet tələbəsi və ya yeni bitirmiş şəxs (ən çoxu 3 il)

- Politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq ixtisasları üzrə təhsil

- Oxumaq və yazmaq səviyyəsində ingilis dili

- Region dillərindən biri (fars, ərəb, ivrit) olanlara üstünlük veriləcək.

Email:
javidan.ahmadkhanli@top-center.org
267 viewsedited  09:52
திற / கருத்து