Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 16

2021-11-11 21:24:38 Bu gün Birinci Dünya Müharibəsinin (BDM) bitimindən 103 il ötür.

Birinci Dünya Müharibəsi ilə bağlı məndə ilk növbədə “Boğazlar razılaşması” barədə suallar yaranır.

Boğazlar və ya Konstantinopl andlaşması 1915-ci ilin martında Britaniya, Fransa və Rusiya arasında gizli əldə olunan razılaşmadır. Üçlü Antanta üzvləri arasındakı razılaşma müharibə sonrasında Osmanlı torpaqlarının bölüşdürülməsini nəzərdə tuturdu…

Sazişin qəribəliyi ondadır ki, Britaniya və Fransa Yaxın Şərqdəki torpaqlarının zəmanəti qarşılığında Rusiyanın İstanbul və strateji Boğazlara iddiasını qəbul etmişdi. Yəqin ki, Rus dövlətinin və elitasının əsrlər boyu davam edən İstanbul arzusu barədə xüsusi şərhə ehtiyac yoxdur.

Digər yandan məlum olduğu kimi, xüsusilə Britaniyanın XIX əsr boyunca ən önəmli strategiyalarından biri Rusiyanın “isti dənizlərə”, yəni Aralıq dənizinə çıxışına əngəl olmaq idi. Hətta, buna görə Avropa gücləri 1853-56 illərdəki Krım Müharibəsində Rusiya qarşısında Osmanlını dəstəkləmişdi. Eyni zamanda, 93 Hərbində də (1877-78) ingilislər Rusiyanın İstanbul “həvəsinə” qarşı ciddi mövqe ortaya qoymuşdu.

Bəs Britaniyanın Boğazlar razılaşmasında İstanbulu ruslara güzəştə getməsinin səbəbi nə idi? Bunu belə izah edirlər ki, Britaniya rusların tələbini qəbul etməsə, Rusiyanın Almaniya ilə gizli saziş bağlaya biləcəyindən çəkinirdi. Bu səbəbdən nə olursa olsun, ingilislər Rusiyanı öz masalarında saxlamaq istəyirdi. Britaniyanın əsas hədəfi Yaxın Şərqin zəngin torpaqlarını ələ keçirmək idi, ona görə də diplomatiya ilə Rusiya və Almaniyanı buradan uzaqlaşdırmağa çalışırdı. Hətta, ingilislər Yaxın Şərqə görə Rusiyanın Aralıq dənizinə çıxışına da razı idi.

Ancaq, Çanaqqalada Osmanlı ordusunun Britaniyanı məğlub etməsi rusların İstanbul və Boğazlar xəyallarını bir daha suya saldı. Bununla belə, Britaniya və Fransa bir il sonra “Konstantinopl Razılaşması” əsasında Yaxın Şərqin bölüşdürülməsi haqqında “Sykes-Picot sazişini” imzaladılar. 1917-ci ildəki inqilabdan sonra Rusiya müharibədən geri çəkildi.

@serqebaxis
655 viewsedited  18:24
திற / கருத்து
2021-11-11 21:24:21
571 views18:24
திற / கருத்து
2021-11-10 21:50:31 Birləşmiş Ərəb Əmirliklərinin XİN rəhbəri Dəməşqə səfər edərək Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Bu səfər Suriya münaqişəsində Əsəd əleyhdarı qüvvələri dəstəkləyən BƏƏ və onun de-fakto lideri Məhəmməd bin Zayedin yeni Suriya siyasəti müəyyənləşdirdiyini göstərir.

Aydın görünür ki, BƏƏ son illərdə dəyişən geosiyasi konfiqurasiyalara uyğunlaşma və adaptasiya siyasəti izləyir. İsrail ilə yeni bir səhifə açmaq, Çin və Rusiya ilə münasibətləri inkişaf etdirmək, Yunanıstan və Cənubi Kiprlə yaxınlaşma, Qətər və Türkiyə ilə yumşalma kimi məsələlər Əmirliklərin adaptiv xarici siyasətinin bir parçası hesab oluna bilər. Bütün bunlarla yanaşı, hər şey planlaşdırıldığı kimi getsə, BƏƏ Yaxın Şərqdə İsraildən sonra F-35 qırıcılarına malik ikinci ölkəyə çevriləcək.

İndi də BƏƏ Əsədlə münasibətləri bərpa etməyə çalışır. Əslində yeni dövrdə Əsəd və Məhəmməd bin Zayedin Müsəlman Qardaşları ilə mübarizədə ortaq “həssaslıqları” da mövcuddur.

Bir reallıq da var ki, Ərəb dünyasındakı daxili siyasi mübarizələr üçüncü qüvvələrin - ABŞ, Rusiya, Çin, Türkiyə və İran kimi ölkələrin regionda daha da güclənməsinə yol açır. Burada Suriya, Liviya, Yəmən münaqişələri, Qətər blokadası örnəkləri verilə bilər. Yəqin ki, Körfəz ölkələri Əsədi öz yanlarına çəkərək, ona yeni manevr imkanları yaradaraq xüsusilə Türkiyə və İranın regiondakı təsirlərini azaltmağa cəhd edəcəklər. Çox güman ki, BƏƏ-nin Suriya ilə rəsmi yumşalma prosesini Səudiyyə də izləyəcək.

@serqebaxis
641 viewsedited  18:50
திற / கருத்து
2021-11-10 21:50:15
571 views18:50
திற / கருத்து
2021-11-10 13:54:00 Pakistan dövləti və Təhrik-i Taliban Pakistan (TTP) qruplaşması arasında bir aylıq müddətə “tam atəşkəs” razılaşması əldə olunub. Atəşkəs müddəti bitdikdən sonra münaqişənin yekun həlli ilə bağlı müzakirələrin başlanması gözlənilir.

Əvvəlki danışıq cəhdləri uğursuzluqla yekunlaşsa da, yeni geosiyasi reallıqlar fonunda son atəşkəs razılaşması Pakistan üçün çox ciddi uğur hesab oluna bilər. Çünki, Əfqan Talibanının Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra Pakistan Talibanı (TTP) ilə bağlı iki ssenari üzrə gözlənti formalaşmışdı: ya Əfqan Talibanı Pakistan Talibanını dəstəkləyəcək və Əfqanıstan ərazisində fəaliyyətinin genişlənməsinə şərait yaradacaq; ya da Əfqan Talibanı Pakistanla münasibətlərini ön plana çıxararaq, Pakistan Talibanını (TTP) güzəştə getməyə məcbur edəcək.

Belə görünür ki, ikinci gözlənti özünü doğruldur.

Məlumata görə, atəşkəsin əldə olunmasında Əfqan Talibanı çox önəmli rol oynayıb. Xüsusilə, Talibanın ən güclü fiqurlarından biri, qruplaşmanın ən sərt qanadı hesab olunan Haqqani şəbəkəsinin lideri Sirac Haqqaninin prosesdə vasitəçilik etdiyi iddia olunur. (bir çox mənbələr, Haqqaniləri Taliban daxilində Pakistana ən yaxın fraksiya hesab edir.)

Fikrimcə, bu prosesin müsbət gedişatı Pakistanın Kabildəki Taliban hakimiyyətini rəsmi olaraq tanıması məsələsinə təkan verəcək.

TTP-ə yaxın sosial media hesabları atəşkəsə məcbur edildiklərini, əks halda Pakistan Ordusunun irimiqyaslı hərbi əməliyyatları ilə üzləşəcəkləri ilə təhdid olunduqlarını bildirir.

2007-ci ildə Pakistanın Federal İdarəolunan Tayfa Ərazilərində (FATA) və Hayber-Paxtunxva əyalətində fəaliyyət göstərən islamçı qruplaşmaların “çətir” təşkilatı kimi formalaşan TTP xüsusilə, pəştunların yaşadığı ərazilərdə dini idarəçilik qurulmasını hədəfləyən silahlı qruplaşmadır. Bu mənada TTP Pakistan üçün həm separatist, həm də konstitusiya rejimini dəyişmək istəyən bir təhlükə kimi dəyərləndirilə bilər.

2014-cü ildə Pakistan ordusunun tayfa ərazilərinə irimiqyaslı “Zərb-e-Əzb” əməliyyatına başlamasından sonra TTP üzvlərinin böyük əksəriyyəti Əfqanıstana keçərək, Əfqanıstan-Pakistan sərhədində möhkəmlənmişdi.

Müxtəlif məlumatlara görə, 2004-cü ildən bəri davam edən Pakistan-islamçı qruplar münaqişəsi səbəbilə 60 mindən çox insan həyatını itirib, 6 milyon insan qaçqın və məcburi köçkün düşüb.

@serqebaxis
647 views10:54
திற / கருத்து
2021-11-10 13:53:51
552 views10:53
திற / கருத்து
2021-11-08 12:28:56
Zəfər günü və Şuşanın azad olunmasının 1-ci ildönümündə işğal olunmuş ərazilərimizin azad olunması uğrunda böyük fədakarlıqlar göstərən bütün hərbçilərimizi ehtiramla yad edirik.

Məlumata əsasən, Şuşanın azad olunması əməliyyatında 406 hərbçimiz şəhid olub.

10422 hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
381 views09:28
திற / கருத்து
2021-11-06 20:58:51 Efiopiyada baş verən proseslərdə Misir-Efiopiya ilə yanaşı, Çin-ABŞ rəqabətinin də izləri görünür.

Afrika Buynuzu adlandırılan region bir neçə aspektdən Çin üçün xüsusi strateji əhəmiyyəti kəsb edir. Bab əl Məndəb boğazı sahilindəki region Çinin üçün önəmli dəniz yollarının üzərində yerləşir. Çin Xalq Ordusunun ilk xarici hərbi bazası Cibutidə yerləşdirilib. Digər tərəfdən, Afrikadan Çinə aparılan malların keçdiyi önəmli quru yol istiqamətlərindən biri Efiopiyadan keçməklə, Cibuti limanına gedən yoldur.

Təsadüfi deyil ki, 2017-ci ildə Əddis Əbəbə-Cibuti dəmiryolu xətti Çin şirkəti tərəfindən 4 milyard $-a tikilib təhvil verilib. Eyni zamanda, Çin Nil Çayı üzərindəki məşhur su anbarının inşasında da ciddi rol oynayıb. Ümumilikdə, Efiopiyanın Çinə 15 milyard $ borcu var ki, bu da Efiopiyanın xarici borcunun yarısı deməkdir.

Belə bir vəziyyətdə, Çinin Afrika Buynuzunun ən böyük ölkəsi olan Efiopiyada baş verən proseslərdən ciddi narahat olmasına əsas var. Efiopiya hökumət ordusunun Çin mənşəli dron və silahlar istifadə etməsi, eləcə də Çinin BMT-də Efiopiya mərkəzi hökumətini dəstəkləməsi, sanksiyalara qarşı çıxması bu çərçivədə oxuna bilər. Ancaq, Pekin həm də prosesə təmkinli yanaşır. Çinlilər ənənəvi olaraq heç bir silahlı prosesə qarışmamaq, tərəf tutmamaq siyasətini qorumağa çalışır.

Efiopiyalı mənbələr isə ABŞ və Avropa İttifaqını üsyançı Tiqray ordusunu dəstəkləməkdə günahlandırır. Xüsusilə Bayden seçildikdən sonra Vaşinqtonun Efiopiya mərkəzi hökumətinə qarşı təzyiqləri artıb. Bir sıra efiopiyalılar Tiqray məsələsini ABŞ-ın Çinin Afrikadakı fəaliyyətlərinə qarşı apardığı “hibrid müharibə”nin bir parçası kimi görürlər. Digər sezdiyim məsələ budur ki, bəzi qərbli ekspertlər var ki, sistematik olaraq Efiopiya mərkəzi hökumətinin rəqibi olan Tiqray güclərinin beynəlxalq piarı ilə məşğuldurlar.

Fikrimcə, bütün bu amillər “Afrika Buynuzu”nda ABŞ-Çin arasında soyuq müharibənin izlərini daşıyır.

@serqebaxis
511 views17:58
திற / கருத்து
2021-11-06 20:58:42
460 views17:58
திற / கருத்து
2021-11-06 13:14:25
İraqda 10 oktyabrda keçirilən parlament seçkilərindən sonra vəziyyət getdikcə gərginləşir. Seçkilərdə çox ciddi səs itkisi yaşayan İrana yaxın qruplar seçkilərin saxtalaşdırıldığı iddiası ilə dünən paytaxt Bağdadda nümayişlər keçiriblər. Polis və nümayişçilər arasında bu gecə baş vermiş şiddətli toqquşmalarda 2 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.

Qeyd edək ki, nümayişlərin əsas təşkilatçısı İrana yaxın “Əl-Fəth” cəbhəsi 2018-ci ildəki seçkilərdə 48 səs qazansa da, son seçkilərdə cəmi 17 yer əldə edib.

Seçkilərin əsas qalibi 74 yer qazanan Müqtəda əl-Sədr liderliyindəki Saairun bloku olsa da, Sədrçilərin səsləri 329 yerlik parlamentdə təkbaşına çoxluq hökuməti qurmağa çatmır. Bu səbəbdən, İraqda çoxluq hökuməti qurulması barədə müzakirələrin davam etdiyi bir vaxtda siyasi zəmində gərginliyin daha da artacağı gözlənilir.

@serqebaxis
512 views10:14
திற / கருத்து