Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 15

2021-11-21 20:59:38
259 views17:59
திற / கருத்து
2021-11-18 21:47:35
Xəritədə yaxın illərdə dövlətlərarası müharibə baş vermək ehtimalı olan örnəklər risk dərəcəsinə görə qeyd olunub.

Fikrimcə, ən yüksək müharibə ehtimalları Rusiya-Ukrayna və Çin-Tayvan arasındakı “ərazi işğalı/ilhaq” münaqişələri və Misir-Sudan-Efiopiya arasındakı məşhur “su” münaqişəsindədir.

Yaxın Şərqdə Səudiyyə-İsrail-İran arasında “nüfuz” münaqişəsi və Məğribdə Əlcəzair-Mərakeş arasındakı “Qərbi Səhra” münaqişəsində birbaşa isti təmas ehtimalı “orta riskli” kimi dəyərləndirilir.

Şərqi Aralıqda Türkiyə-Yunanıstan arasında “dəniz ərazisi” münaqişəsi və Cənubi Asiyadakı üç nüvə ölkəsi - Pakistan, Hindistan və Çin arasında “ərazi” münaqişələrində birbaşa təmas ehtimalı istisna olunmasa da, “az riskli” kimi qiymətləndirilir.

Qeydlər:

- Daxili münaqişələr - vətəndaş müharibəsi, proksi müharibə, separatist müharibələr qeyd olunmayıb.

- Ukraynada həm daxili münaqişə, həm də Rusiya ilə münaqişə mövcuddur.

- Tayvanın müstəqilliyi beynəlxalq səviyyədə tanınmır.

@serqebaxis
300 views18:47
திற / கருத்து
2021-11-17 22:27:55 Dünənki döyüşlərdə şəhid olan 7 hərbçimizə Allah rəhmət etsin, yaralanan hərbçilərimizə də ən qısa müddətdə şəfa diləyirik.

Təəssüf ki, delimitasiya və demarkasiya prosesinin qanlı keçəcəyi ilə bağlı gözləntilər özünü doğruldur.

Coğrafi olaraq sərhəd müəyyənləşdirilməsinin Qarabağ münaqişəsi ilə əlaqəli olmadığı doğrudur. Ancaq faktiki olaraq delimitasiya/demarkasiya Qarabağ münaqişəsi ilə birbaşa əlaqəlidir, əslində münaqişənin ikinci mərhələsidir deyə bilərik. Çünki, elə münaqişə və işğal faktı səbəbilə 30 ilə yaxın delimitasiya/demarkasiya aparılmayıb. Qarabağ münaqişəsinin birinci mərhələsində yaranmış və ya dondurulmuş yeni vəziyyət delimitasiya/demarkasiya aparılmasına imkan verir, ancaq belə başa düşürəm ki, tərəflərin bu prosesə baxışı fərqlidir.

Azərbaycan tərəfi delimitasiya/demarkasiya ilə Qarabağ münaqişəsinin əlaqələndirilməsini istəyir. Bizim tezisimiz budur ki, sərhədlərin müəyyənləşdirilməsi həm də ərazi bütövlüyünün tanınmasından keçir və hər iki tərəf bunu təsdiq etməlidir. Ermənistanın bunu təsdiq etməsi Qarabağı de-yure bizim ərazi kimi tanıması deməkdir. Əgər Ermənistan bunu etsə onda Qarabağdakı separatizm və Ermənistanın ərazi iddialarının üstündən xətt çəkilir, ondan sonra illər boyu ucsuz-bucaqsız müzakirələr, reinteqrasiya və s. məsələlərdən nə qədər desən danışmaq olar. Bizim versiyanın qəbul edilməsi üçün də sərhədboyu ərazilərdə hərbi mövcudluğumuzu xeyli artırmışıq, yeri gəldikdə daha da irəliyə manevrlər edirik. Beləliklə də, üstüörtülü ermənilərə deyilir ki, ərazi bütövlüyümüzü tanımırsınızsa, biz də sizinkini poza bilərik.

Təbii ki, Ermənistan bizim versiya ilə razılaşmır. İrəvan deyir ki, delimitasiya/demarkasiya, Qarabağ münaqişəsi və kommunikasiyaların açılması ayrı-ayrı məsələlərdir, üçü də ayrılıqda həll olunmalıdır. Ermənilər iddia edir ki, “Dağlıq Qarabağ”ın Ermənistanla birbaşa sərhədi olmadığı üçün delimitasiya/demarkasiya işləri ilə əlaqəsi yoxdur, əvvəlcə sərhədlər müəyyənləşdirilməlidir, Qarabağ məsələsi sonranın işidir. Beləliklə də, ermənilər Qarabağdakı separatizmin, ərazi iddialarının gələcəyini ucu açıq qoyurlar, ondan imtina etmirlər. (Rusiya başda olmaqla, “Qarabağın statusu” sözünü dilə gətirən beynəlxalq qüvvələrin Ermənistanın tezisinə dəstək verdiyini deyə bilərik.) Ermənistan delimitasiya/demarkasiya üçün sərhədboyu atəşkəs olmasını, Azərbaycan hərbi mövcudluğunun həmin ərazilərdən çıxarılmasını istəyir. Təbii ki, belə bir istək də ərazilərdə möhkəmlənmiş Azərbaycanın maraqlarına cavab vermir.

Paşinyan bir həftə əvvəlki çıxışında demişdi ki, sərhəddə atəşkəs pozulduqca delimitasiya/demarkasiya prosesindən danışmaq mümkün deyil. Bu da onu göstərir ki, təxribatlar məhz delimitasiya/demarkasiya prosesini istəməyən qüvvələrin işinə yarayır. Bunu Paşinyan mı edir və ya Paşinyana müxalif revanşist qüvvələrin ordudakı uzantıları mı demək çətindir. Ancaq, nəzərə alsaq ki, Paşinyan cəmi 2 gün əvvəl özünə yaxın birini yeni müdafiə naziri təyin edib, o zaman ordu daxilindəki (Rusiya ilə əlaqəli) müxalif revanşist qüvvələrin belə bir təxribata əl atması daha ağlabatandır.

@serqebaxis
557 views19:27
திற / கருத்து
2021-11-17 22:27:46
528 views19:27
திற / கருத்து
2021-11-15 21:47:13 BƏƏ-nin de-fakto lideri Məhəmməd bin Zayedin gələn həftə Türkiyəyə səfər edərək Ərdoğanla görüşməsi gözlənilir.

Məlum olduğu kimi 10 ilə yaxındır ki, bu iki lider Yaxın Şərqin iki əks qütbünə rəhbərlik edir. Türkiyə “Müsəlman Qardaşları” və əlaqəli qrupları, BƏƏ isə Ərəb millətçisi, statuskvoçu qüvvələri dəstəkləyir. Bir neçə ildir ki, Ankara-Əbu-Dabi münasibətləri düşmənçilik səviyyəsinə çatmışdı.

Ancaq, son aylarda tərəflər arasında ciddi yumşalma prosesləri müşahidə olunur. İlkin mərhələdə yumşalmanın səbəbi kimi Türkiyənin “Müsəlman Qardaşları”na dəstəyini kəsməsi göstərilirdi. Lakin, Ərdoğan uzun bir aradan sonra payızın əvvəllərində “Müsəlman Qardaşları”nın simvolu hesab olunan dördbarmaqlı “rabia” salamını yenidən istifadə etməyə başlayıb. Bu da Türkiyənin “Müsəlman Qardaşları” xəttini tam tərk etmədiyini göstərir. Buna baxmayaraq, Ankara-Əbu-Dabi normallaşması hələ də davam edir. Bu məqam onu göstərir ki, Türkiyə-BƏƏ yumşalmasının motivasiyası təkcə ideoloji toqquşmalarla əlaqəli deyil.

Əmirliklərin regional nəqliyyatla bağlı yeni və ciddi təşəbbüsünün olduğu bildirilir. Belə ki, BƏƏ-nin Şarjah limanındakı yüklərin İranın Bəndər Abbas limanına ötürülməsi, oradan da quru yolu vasitəsilə Türkiyənin Aralıq dənizi sahilində yerləşən İskəndərun limanına çatdırılması yolu nəzərdən keçirilir. Yeni yol vasitəsilə yüklərin 6-8 günə çatdırılması mümkün olacaq, halbuki Süveyş kanalından keçən ənənəvi xətt yüklərin 21 günə çatdırılmasını təmin edir. Bu da yeni xəttin çox böyük fərq yarada biləcəyini göstərir. Artıq yeni xətt vasitəsilə ilk karqo da göndərilib və 8 günə ünvana çatıb. Bin Zayedin Türkiyəyə səfərində əsas müzakirə olunacaq məsələlərdən birinin də məhz bu yeni dəhliz olacağı iddia olunur.

Qeyd edim ki, BƏƏ prezidentinin xarici siyasət üzrə köməkçisi ötən ayın əvvəllərində “İran və Türkiyə ilə rəqabətimizi yenidən nəzərdən keçirməliyik” demişdi. Maraqlıdır ki, Türkiyə XİN Çavuşoğlu da 2 il sonra bu gün İrana ilk rəsmi səfərini edib.

Fikirimcə, Yaxın Şərqdə ciddi ideoloji ayrılıqlara rəğmən, hər kəsin qazanacağı nəqliyyat və iqtisadi layihələrin ön plana çıxarılması proqressiv proses hesab olunmalıdır.

@serqebaxis
684 viewsedited  18:47
திற / கருத்து
2021-11-15 21:47:07
602 views18:47
திற / கருத்து
2021-11-13 21:11:32 Qarabağda baş verən silahlı təxribatların siyasi arxaplanının olduğunu, qapalı qapılar arxasında davam edən proseslərin müəyyən təzahürü olduğunu düşünürəm.

Çünki hadisələrin xarakteri periodik olaraq dəyişir. Bəzən danışıqlar prosesinin uğurlu məcrada getməsi barədə gözləntilər formalaşır, meydandakı vəziyyət stabilləşir, bəzən də proseslər az qalsın ki, müharibə səviyyəsinə gəlir.

Detalları bilməsək də, hadisələrin Rusiyanın iradəsi çərçivəsində baş verdiyini iddia edə bilərik. Rus sülhməramlı missiyasının stabilliyi təmin etməkdə yetərsiz olduğunu göstərən bu tipli təxribatlar yəqin ki, Rusiyanın “təkcə sülhməramlılıq bəs etmir, əlavə funksiyalar da lazımdır” ritorikasına xidmət edir. Əks halda, Rusiya “yetərsizliyini” göstərən bu təxribata ciddi reaksiya verərdi. Məncə, Azərbaycanın da Rusiyaya ciddi reaksiya verməməsinin səbəbləri bundan qaynaqlanır.

Əslində bu təxribatlar həm də Moskvanın apardığı “Xənkəndinin ruslaşdırılması” siyasəti ilə uyğunluq təşkil edir. Bəyanatda nəzərdə tutulmayan sayda hərbi mövcudluq, mülki missiyalar həyata keçirilməsi, hərbi parad, heykəl və büstlər, kilsə tikilməsi və s. addımlar Rusiyanın regiondakı məqsədinin uzunmüddətli olduğunu göstərir. Bir tərəfdən Rusiya istənilən halda bölgədə uzun müddət qalmağa hazırlaşdığını nümayiş etdirir, digər yandan silahlı prosesləri isti saxlayaraq stabillik üçün bu tip mövcudluğunun bütün tərəflərin (xarici aktorların da) psixoloji və rəsmi olaraq qəbul etməli olduğunu göstərməyə çalışır.

Proseslər onu göstərir ki, Rusiya getdikcə vasitəçi kimi qalmaq yerinə, münaqişənin üçüncü tərəfinə çevrilmək niyyətindədir. Vasitəçilər Fransa və ABŞ-dır. Rusiya isə özünü bunlardan fərqləndirir, statusunu dəyişir. Yəqin ki, ona görə də Qarabağda “rus faktoru” yaradılmaq istənilir. Moskvanın istədiyi odur ki, Qarabağ prosesindən danışarkən, təkcə Azərbaycan-Ermənistan yox, Rusiya da ayrıca nəzərə alınsın. Bu da, gələcəkdə ciddi regional dəyişikliklər baş versə (məsələn Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası, Azərbaycan-Ermənistan normallaşması) belə, Rusiyanın oyundan kənarda saxlanılmasına yol verməyəcək.

Rusiyanın yarım-yamalaq sülhməramlı missiyasından 1 il ötür. 10 noyabr bəyanatının 4-cü maddəsinə əsasən 3 il 6 ay sonra tərəflərdən biri sülhməramlı missiyanın yerləşdirilməsi ilə bağlı müddəaya xitam verilməsi niyyəti ilə çıxış edə bilər. 42 ay kifayət qədər uzun vaxtdır, istənilən proses baş verə bilər. Heç bir tərəf səs çıxarmaya da bilər və ya hətta Azərbaycan Ermənistanla birlikdə müddəanın tətbiqinə xitam verilməsini istəyə də edə bilər. Yəqin ki, Moskva bu məqamları hesablayır və bu müddətdə maraqlarını təmin etmək üçün təzyiqlərini artıracaq.

@serqebaxis
921 views18:11
திற / கருத்து
2021-11-13 21:11:29
709 views18:11
திற / கருத்து
2021-11-11 23:15:21 James Rentonun “Siyonist Maskarad - Anqlo-Siyonist İttifaqın Doğuşu 1914-1918” kitabında Birinci Dünya Müharibəsi dövründə Britaniya elitası, müharibə kabineti və siyonistlərlə bağlı dərin və geniş təhlillər aparılır.

Müəllif Britaniya elitasının öz geosiyasi məqsədləri üçün siyonizmdən sui-istifadəsini qeyd edir. İngilislərin məqsədi siyonistləri himayə etdiyini göstərməklə Almaniya, ABŞ və Rusiyada yaşayan güclü yəhudilərin dəstəyini qazanmaq və əgər ehtiyac olarsa müharibədən sonra Süveyş kanalına yaxın ərazidə öz vassalığında olan yəhudi dövlətini yaratmaq ehtimalı idi.

Eyni zamanda, son dərəcə millətçi olan Britaniya elitası yəhudi millətçiliyi olaraq gördükləri siyonizmi öz dünyagörüşlərinə uyğun hesab edirdilər.

Həmin dövrdə Britaniyanın Yaxın Şərq siyasətinin əsas müəyyənləşdirici eksperti Mark Sykes idi. O, Yaxın Şərqdə bir əsrlik statuskvonu müəyyən edən məşhur Sykes-Picot müqaviləsinin Britaniya tərəfindən imzaçısı idi. Həmçinin Sykes 1917-ci ildə baş nazir Lloyd George-un müharibə kabinetinin ən önəmli katiblərindən biri idi.

Müəllif, bir mənbədən istinadən yazır ki, Sykes müharibə sonrası Yaxın Şərqi dizayn edərkən üç millətçilikdən istifadə edilməsində israr edirdi: yəhudi, ərəb və erməni millətçiliyi. Yəqin ki, Britaniya yəhudi millətçiliyi vasitəsilə Süveyş kanalı və Qırmızı dəniz regionunda, ərəb millətçiliyi vasitəsilə Ərəb Yarımadası və Levantda, erməni millətçiliyi vasitəsilə isə Qafqazda dayaqlarını qorumağa çalışırdı.

Kitab bitdikdən sonra bu mövzuda daha əvvəl də söz verdiyim kimi youtube kanalımda videoçəkiliş paylaşacam.

@serqebaxis
825 views20:15
திற / கருத்து
2021-11-11 23:14:54
718 views20:14
திற / கருத்து