Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 13

2021-12-01 18:35:19
İran-Əfqanıstan sərhədində Taliban və İran ordusu arasında intensiv toqquşmaların baş verdiyi bildirilir. Döyüşlər zamanı ağır silah və artilleriyadan istifadə edildiyi ilə bağlı görüntülər paylaşılır.

Qeyri-rəsmi mənbələr Talibanın daha əvvəl İran əsgərlərinin nəzarətində olan 3 sərhəd postunu ələ keçirdiyini iddia edirlər. İran rəsmi mənbələri bu xəbəri təkzib etsə də, Taliban mənbələri ələ keçirildiyi iddia olunan postların birindən video paylaşıblar.

Hazırda döyüşlərin dayandığı, iki tərəf arasında müzakirələr aparıldığı bildirilir.

İnsidentə səbəb olaraq, iranlı kəndliləri sərhədi pozması və Taliblərin kəndlilərə atəş açması versiyası səsləndirilir.

Bu Talibanın hakimiyyəti ələ keçirməsindən sonra ideoloji olaraq əks qütbləri təmsil edən iki qonşu dövlət arasında ilk silahlı insidentdir.

@serqebaxis
373 views15:35
திற / கருத்து
2021-12-01 12:24:14
Allah rəhmət eləsin!
220 views09:24
திற / கருத்து
2021-11-30 15:19:37 Dövlət Sərhəd Xidməti helikopter qəzası nəticəsində 14 nəfər həlak olduğunu, 2 nəfərin yaralandığını təsdiqlədi.

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
375 views12:19
திற / கருத்து
2021-11-30 14:41:29 Qeyri-rəsmi məlumatlar səhər saatlarında baş vermiş helikopter qəzasının nəticələrinin çox ağır olduğunu göstərir. Sərhəd Xidmətinin zabit heyətindən xeyli sayda həyatını itirən və yaralananlar var. Çox təəssüf.

Əgər bu məlumatlar doğrudursa, ümumilli matəm elan olunmalıdır.

Rəsmi məlumatın bu qədər gecikməsi də ayrı bir sual doğuran məsələdir.
424 viewsedited  11:41
திற / கருத்து
2021-11-28 23:14:26 Bu gün Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşü keçirilib. Bu görüş Bakı və Tehran arasında son dövrlərdə müşahidə olunan soyuq müharibənin indiki mərhələdə geridə qaldığını göstərir.

Azərbaycan və İran arasında birdəfəlik həll olunması mümkün görünməyən, bir çoxumuzun agah olduğu bir sıra problemlər mövcuddur. Bu səbəbdən, tərəflərin biri-birinə qarşı dəyişməz “şübhəli” mövqeyi var. Ancaq, daha öncə də bir yazıda diqqət çəkməyə çalışmışdım, bütün fərqliliklərə baxmayaraq iki tərəfin də qazanclı çıxacağı iqtisadi və ticari kombinasiyalara imkan yaratmaq daha doğru yoldur. Qarşılıqlı iqtisadi və ticari asılılıqlar tərəflər arasında bir çox mübahisəli məsələlərin daha “münasib” və “sakit” tərzdə davam etdirilməsini labüd edir.

Əslində bugünkü görüşü münasibətlərin yeni mərhələsindən daha çox əvvəlki periodun bərpası kimi dəyərləndirərdim. Azərbaycan prezidenti bir çıxışında Ruhani dövründə İranla daha yaxşı yola getdiyimizə diqqət çəkərək, Rəisigilin aqressiv stilini üstüörtülü tənqid etmişdi. Həqiqətən də bəzi tənqidləri bir kənara qoysaq Ruhani hökumətinin “fərqliliklərə rəğmən qonşularla yaxşı münasibətlər” doktrinasının xüsusilə Azərbaycan-İran əlaqələri çərçivəsində xeyli effektiv olduğunu qeyd etmək lazımdır. Ona görə də son dövrlərdə baş verənlərin geniş mənzərəsini Rəisi komandasının Bakı ilə münasibətlərdə fərqli və daha aqressiv siyasi tərzinin uğursuz sınağından sonra “Ruhani xətti”nə qayıtması kimi təsvir edərdim. Ancaq onu da demək lazımdır ki, Tehranın yeni hökuməti həmin aqressiv sınaq dövründə ikitərəfli münasibətlərdə inamsız və skeptik mühiti daha da dərinləşdirdi.

Digər tərəfdən, bu gün Azərbaycan-İran-Türkmənistan arasında qaz ticarəti ilə bağlı yeni müqavilə də imzalandı. Məlum olduğu kimi Azərbaycanın diplomatik xəttinin onurğa sütununu üçtərəfli kombinasiyalar təşkil edir və Bakının özünü ən etibarlı tərəfdaş kimi göstərməyə çalışdığı və partnyorlarını da ən önəmli gördüyü kombinasiyalar məhz üçtərəfli olanlardır (üçtərəfli kombinasiyalarla bağlı Topçubaşov Mərkəzi olaraq bir yazı da paylaşmışdıq. Linki şərhlərdə). Daha əvvəl də Bakı Tehranla Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Rusiya-İran platformalarında yer almışdı. Bu baxımdan fikrimcə, bugünkü üçtərəfli müqavilə Bakının Tehranla münasibətlərin həm bərpa edilməsinə, həm də yeni müstəvilərə doğru genişləməsinə tam hazır olduğunu göstərir.

@serqebaxis
256 viewsedited  20:14
திற / கருத்து
2021-11-28 23:14:18
245 views20:14
திற / கருத்து
2021-11-26 22:59:12 Bir ay sonra Liviyada prezident seçkilərinin keçirilməsi planlaşdırılır.

Prosesə yaxından baxdıqda seçkilərlə bağlı yeganə real olan məsələ elə planlaşdırılmadır. Qalan bütün detallar barədə hər kəllədən bir səs çıxır.

Bəziləri deyir ki, seçkilər təxirə salınsın, belə bir şəraitdə seçki keçirilməməlidir. O biri qisim deyir ki, bu vəziyyət heç vaxt bitməyəcək, ondansa indidən seçki edək bəlkə nəsə dəyişəcək.

Digər bir məsələ seçkilərin ümumxalq səsvermə olub-olmaması ilə bağlıdır. Tripoli hökumətinə yaxın qruplar şərqi Liviyadakı bütün seçki qutularının Xəlifə Həftər nəzarətində olduğunu və buradan ədalətli nəticə gözləmədiklərini iddia edirlər. Həftər cəbhəsi isə Tripolidə keçiriləcək darçərçivəli seçkinin islamçı siyasi qruplar tərəfindən saxtalaşdırılacağını iddia edir.

Prosesin ən qəribə hissəsi namizədlərlə bağlıdır. Belə bir razılıq əldə olunmuşdu ki, hansısa vəzifə tutan şəxslər prezidentliyə namizədliyini verə bilməsin. Parlamentin nümayəndələr palatasına nəzarət edən Xəlifə Həftər və Aqila Saleh ikilisi də yeni bir qanun çıxardaraq, namizədlik üçün vəzifədən istefa verənlərin seçilməyəcəyi təqdirdə yenidən əvvəlki vəzifələrinə geri qayıtmaqlarına imkan yaradıb. Beləliklə də, əgər Həftər və ya Salehdən biri seçkiləri qazansa üstünlük əldə edəcəklər, qazanmasa da heç nə itirməyəcəklər.

Bir illik keçid dövrü üçün baş nazir seçilən Əbdülhəmid Dibeybenin namizəd olmaması barədə əvvəlcədən razılıq olsa da, Dibeybe son anda “xalqın tələbini” nəzərə aldığını iddia edərək, namizədliyini irəli sürüb.

Digər bir namizəd də sabiq lider Müəmmar Qəddafini oğlu Seyf əl-İslam Qəddafidir. Onsuzda Qəddafi də yaşasaydı, özündən sonra böyük ehtimal elə Seyf yerinə keçəcəkdi. 10 illik vətəndaş müharibəsinin təzədən Seyfi hakimiyyətə gətirməsi də ayrı bir ironiya olardı. Ancaq, Qəddafinin namizədliyinin seçki komissiyası tərəfdən rədd edilməsi gözlənilir.

Bir sözlə, Liviyadakı seçkilər daxili aktorlar tərəfindən sözün əsl mənasında siyasi sirkə çevrilib. Xeyli sayda xarici gücün diqqət mərkəzində olan ölkədəki parçalı daxili və institusional strukturun vahid mərkəzdə birləşə bilməsi elə də real görünmür.

Təəssüf ki, Afrikanın ən zəngin neft yataqlarının yerləşdiyi ölkənin son 10 ildə 3-cü vətəndaş müharibəsinə doğru sürüklənməsi ehtimalı yüksəkdir.

@serqebaxis
321 views19:59
திற / கருத்து
2021-11-26 22:59:04
314 views19:59
திற / கருத்து
2021-11-26 21:01:51 Liderlərin Soçidə keçirilən üçtərəfli görüşü sona çatıb.

Görüşdən sonra yayımlanan bəyanatda ümumi sözlər yer alıb. Bu da onu göstərir ki, görüşdən əvvəl tərəflər arasında ciddi müzakirələr aparılmayıb və prinsipial məsələlərdə ilkin razılıqlar əldə olunmayıb.

Əslində bu məqama əsaslanaraq bugünkü Soçi görüşünü 15 dekabrda Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan liderlərinin görüşünü “qabaqlamaq” cəhdi kimi dəyərləndirilə bilərik. Digər bir ifadə ilə məndə sırf “görüş olsun” xətrinə görüş keçirildiyi təəssüratı var. Eyni zamanda Moskva bugünkü görüşdə Brüssel görüşünün gündəliyinin “Rusiyasız” müəyyən edilməsi görüntüsünün önünə keçməyə çalışdı.

Təbii ki, Rusiya-Qərb münasibətlərinin son dərəcə kritik olduğu bir periodda Moskva tamamilə “öz nəzarətində olduğunu dünyaya göstərməyə çalışdığı” Azərbaycan-Ermənistan münaqişəsində Avropa İttifaqının bir addım önə çıxmasına imkan vermək istəməz. Bu, Rusiya üçün zəiflik kimi görsənə bilər.

Şəkil barədə… Putinin öz məkanında bu tipli siyasi-psixoloji fəndlərlə qonaqları üzərində təzyiqlər yaratmaqda “ixtisaslaşdığı” hamımıza bəllidir… İkinci dəfədir ki, bu formadakı masadan istifadə edilir. Belə bir masa ilə Rusiya vasitəçi yox, “nəzarətçi” tərəf olduğunu göstərməyə çalışır.

Fikrimcə, Moskvanın bu tipli mesajına ən yaxşı cavab Azərbaycan və Ermənistanın Brüsseldə bugünkü görüşü “arxaplana atacaq” bəzi razılaşmalar əldə etməsi ola bilər. Çətin kimi görünür, ancaq mümkünsüz deyil.

@serqebaxis
416 viewsedited  18:01
திற / கருத்து
2021-11-26 21:01:44
395 views18:01
திற / கருத்து