Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 14

2021-11-25 20:47:05 Bu ilin avqustunda Ermənistan və Türkiyə arasında normallaşma prosesi ilə bağlı xəbərlər yayılırdı. Həm İrəvan, həm də Ankaradan yumşaq mesajlar səsləndirilirdi. Bu istiqamətdə Gürcüstanın vasitəçi olması məsələsi də gündəmə gəlmişdi.

Sonra bu xəbərlər səngidi, başqa proseslər baş verdi, sərhəddə təxribatlar oldu, qan töküldü… Ötən günlərdə Ermənistan XİN Türkiyə ilə münasibətlərdə vasitəçilik etməsi üçün Rusiyaya müraciət etdiklərini açıqladı.

Aydındır ki, Rusiya Paşinyanın daxili siyasətdə olduğu kimi xarici siyasətdə də “öz bildiyi” kimi davranmasını istəmir. Çünki, Paşinyanın “öz bildiyi” istiqamət anti-Rusiyadır.

Bir dövlətin başqa bir dövlətin xarici siyasəti üzərində bu səviyyədə təsir imkanlarının olması həqiqətən də unikal məsələdir və asılılıq dərəcəsinin çox yüksək olduğunu göstərir. Adətən, bu tipli problemlər hansısa hərbi ittifaqa üzv zəif ölkələrdə müşahidə olunur.

Başqa bir məsələ, bir hərbi ittifaqa üzv olaraq, həmin hərbi ittifaqın düşməni olan ölkə ilə münasibətlərin təbiətini dəyişmək, yenilik etmək və daha sonra bu münasibəti idarə etmək həqiqətən də çətin prosesdir, adətən bu istiqamət getdikcə mürəkkəb və çıxılmaz bir hal alır. Məsələn, NATO üzvü olan Türkiyənin Rusiya ilə münasibətlərinin təbiətini dəyişməsi.

Digər tərəfdən Rusiyanın Ermənistan-Türkiyə münasibətlərində nəzarətçi olmaq istəyindəki israrı da anlaşılandır. Son illərdə Türkiyə bu və ya digər şəkildə Rusiya ilə problem yaşamış ölkələri öz periferiyasına daha güclü çəkməyə başlayıb. Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova və s. İrəvanda anti-rus siyasəti yürüdən hökumətin mövcudluğu fonunda Ermənistanın da Türkiyə ilə yeni qurulacaq münasibətlərinin növbəti mərhələlərdə belə bir xarakter almaması üçün Rusiyanın önləyici tədbirlər görməsi fikrimcə, bu çərçivədə başa düşülə bilər.

@serqebaxis
276 views17:47
திற / கருத்து
2021-11-25 20:46:57
272 views17:46
திற / கருத்து
2021-11-24 22:19:47 Əl-Qaidə lideri Ayman əl-Zəvahirinin iki ay sonra ikinci videoçıxışı yayımlanıb.

Zəvahiri bu dəfəki çıxışında Birləşmiş Millətlər Təşkilatını (BMT) sərt tənqid edib. Zəvahiri deyib ki, BMT böyük güclərin hegemoniyasına xidmət edən vasitədir. Eyni zamanda Əl-Qaidə lideri BMT-nin qəbul etdirmək istədiyi qanunların İslam şəriətinə zidd olduğunu, BMT qanunlarını qəbul etməyin şəriəti tərk etmək demək olduğunu irəli sürüb.

Zəvahiri BMT TŞ-nın 5 üzvü ABŞ, Fransa, Britaniya, Rusiya və Çini dünyanın ən böyük cinayətkarları adlandırıb. Cihadçı lider həm də iddia edib ki, İsrail BMT tərəfindən yaradılıb, ona görə də “BMT konvensiyasını” imzalamaq İsraili də tanımaq deməkdir.

Bir çox şərhçilər Zəvahirinin bu çıxışının Taliban hökumətinin BMT üzvü olmaqla bağlı təşəbbüsünə qarşı edildiyini bildirirlər. Çox maraqlıdır, çünki Zəvahirinin Talibanın hazırkı lideri Axundzadəyə “beyətli” olduğu məlumdur. Belə olan halda, Zəvahirinin Talibanı “şəriətdən çıxmaq”la günahlandırması Əl-Qaidə-Taliban arasında 25 ildən çoxdur davam edən ittifaqın yaxın vaxtlarda sonlana biləcəyini işarə edir.

Taliban rəhbərliyinin praqmatik siyasətlə beynəlxalq dəstək əldə etmək və diplomatik blokadadan çıxmaq uğrunda təşkilatın dini-ideoloji-cihadçı yönünü geri plana atmasının belə bir nəticə yaradacağı əvvəlcədən məlum idi. Digər tərəfdən bu proseslər onu göstərir ki, Taliban və ABŞ arasında “Əl-Qaidənin Əfqanıstanda məhdudlaşdırılması” ilə bağlı iddia olunan şifahi razılıq həqiqətən də mövcuddur.

Beləliklə də, Əfqanıstanda cihadçı cəbhənin üç fərqli cəbhə arasında parçalanması ehtimalı ortaya çıxıb: Taliban-Əl-Qaidə-Xorasan Vilayəti (sabiq İŞİD)

@serqebaxis
296 views19:19
திற / கருத்து
2021-11-24 22:19:35
285 views19:19
திற / கருத்து
2021-11-24 20:40:21 Bir sıra rəsmi və qeyri-rəsmi mənbələr yaxın aylarda Ukrayna-Rusiya arasında yeni bir müharibə ola biləcəyini, bu məqsədlə rusların Ukrayna sərhədinə 100 minə yaxın canlı qüvvə topladığını qeyd edirlər.

Xatırlayıram ki, bənzər xəbərdarlıqlar bu ilin aprel ayında da intensiv şəkildə səsləndirilirdi, ancaq müharibə yerinə gərginlik səngimişdi, iyunda da Putin-Bayden keçirilən görüşdən sonra müharibə ehtimalı gündəmdən düşmüşdü.

Yeni proseslərlə bağlı əsas şərhlərdən biri budur ki, hərbi müstəvidə Ukraynanın Rusiya qarşısında şansı çox azdır. Ukrayna Ordusunun ən yaxşı halda rus qoşunlarını ağır itkilərə məruz qoyacağını, ancaq rusların əlavə ərazilər işğalına mane ola bilməyəcəyi iddia olunur. Yəqin ki, ən yüksək ehtimal kimi görünən elə bu ssenaridir.

Fikrimcə, çox az ehtimal kimi görünsə də, digər bir ssenari Rusiyanın Ukraynada “növbəti Əfqanıstan” təcrübəsi yaşaya bilməsi ehtimalıdır. Təxminən eyni sayda əsgərlə Sovet İttifaqı da Əfqanıstana soxulub qısa müddətdə əsas şəhərləri və yolları ələ keçirmişdi. Ancaq, daha sonra ABŞ və Pakistanın dəstəklədiyi mücahidlərin gerilla tipli “müharibə”si nəticəsində proseslər Sovetlərin tamamilə gözləmədiyi istiqamətdə inkişaf etməyə başlamışdı.

Təbii ki, nə coğrafi, nə də relyef olaraq Ukrayna Əfqanıstandır, nə də ortada dini referanslarla əsaslandırılmış “mücahid”lər yoxdur. Tamamilə fərqli örnəklərdir. Ancaq, burada başlıca məsələ Əfqanıstanda olduğu kimi NATO tərəfindən Rusiyanın Ukrayna cəbhəsində də uzun müddət “hərbi aktiv saxlanılması”dır. Bu, eynilə Əfqanıstandakı kimi həm Rusiya rəhbərliyinin ciddi səhvlər buraxmasına yola aça bilər, həm Rusiyanın iqtisadi cəhətdən getdikcə daha da zəifləməsinə gətirib çıxara bilər, həm də Moskvanın digər regionlardan diqqətini çəkməsinə səbəb ola bilər.

Sanki, Vaşinqton da uzun müddətdir ortaya birmənalı bir iradə qoymaqdansa, Moskvanın Ukraynaya daha bir müdaxiləsi üçün “açıq qapı” buraxmaqla da ikili oynuyur. Əgər birinci ssenaridirsə, o zaman Vaşinqtonun başqa bir məsələ qarşılığında Rusiyanın “boz zona”ya yeni bir müdaxiləsinə göz yumduğunu iddia etmək olar. Yox əgər proseslər ikinci ssenariyə əsasən hesablanıbsa, onda Vaşinqtonun Rusiyanı başqa bir “sonu olmayan bir müharibə”yə (perpetual war) doğru itələmək istədiyini iddia edə bilərik.

Bir şey dəqiqdir ki, ilk müharibədən sonra 7 ildir “donmuş” və yarı-aktiv şəkildə davam edən münaqişə həqiqətən də Rusiyanı getdikcə daha çox içinə çəkir.

@serqebaxis
376 viewsedited  17:40
திற / கருத்து
2021-11-24 20:39:58
363 views17:39
திற / கருத்து
2021-11-22 21:56:12 Əhməd əl-Şəmsinin Hz. Məhəmmədin möhrü ilə bağlı maraqlı araşdırmasını oxudum. Həmin möhür İraq İslam Dövlətinin (2013-dən sonra İŞİD) bayrağında təsvir olunduqdan sonra daha çox diqqət çəkməyə başladı.

Möhür hazırda İstanbuldakı Topqapı sarayında saxlanılan bir məktubda öz əksini tapıb. Həmin məktub 1854-cü ildə Misirdə yerləşən Qıpti kilsələrinin birinin arxivindən fransız orientalist tərəfindən tapılıb.

Əl-Şəmsi bu məktubun saxta olduğunu iddia edir. Belə ki, dil mütəxəssisləri məktubda istifadə edilən dilin Quranda istifadə olunan “kufi ərəbcə”nin bacarıqsız təqlidi olduğunu bildirirlər.

Digər bir məsələ söz sıralaması ilə bağlıdır. Əl-Şəmsi bildirir ki, məktubdakı möhürdə yuxarıdan aşağıya “Allahın Rəsulu Məhəmməd” yazılması onun saxtalığını göstərir. Çünki, erkən İslam dövrünə aid pul sikkələrindəki peyğəmbər möhründə sözlər “Məhəmməd Alahın Rəsulu” sıralamasındadır. “Allah” sözünün “Məhəmməd” sözündən yuxarıda olmalı olduğu barədə müzakirələr XV-XVI əsrlərə aiddir və məktubu saxtalaşdıranlar bu fərqi bilmirdilər.

Bəs məktub niyə saxtalaşdırılıb? Əl-Şəmsi bildirir ki, arxeologiya elminin sıçrayış etdiyi və ciddi tarixi kəşflər ortaya çıxaran həmin dövrdə “ekspanat saxtakarlığı” gəlirli sahə idi.

Təsadüfi deyil ki, həmin məktubun alınması üçün “məktubu tapanlara” 1858-ci ildə Osmanlı Sultanı Əbdül Məcid tərəfindən 33 kilogram qızıl dəyərində pul ödənilib.

Müəllif deyir ki, müsəlmanların xəlifəsi olan Osmanlı Sultanı üçün önəmli olan məktubun maddi gerçəkliyi yox, idarəçilik rejiminə verdiyi siyasi-ideoloji legitimlik idi.

(Mənbə: newlinesmag)

@serqebaxis
338 viewsedited  18:56
திற / கருத்து
2021-11-22 21:56:04
334 views18:56
திற / கருத்து
2021-11-21 23:20:06
Tiqray gücləri ələ keçirdikləri efiopiyali hərbçiləri Mekelle şəhərində nümayiş etdiriblər.

Bir ildir davam edən müharibə nəticəsində Tiqray güclərinin onminlərlə efiopiyali hərbi əsir ələ keçirdiyi iddia olunur.

@serqebaxis
427 viewsedited  20:20
திற / கருத்து
2021-11-21 20:59:46 NATO-nun yaxın illərdə dağılacağı şərhlərinə qatılmasam da, təşkilatın gələcəyi ilə bağlı şübhələrin əsaslı olduğunu və struktur-tərkib cəhətdən dəyişikliyə məruz qala biləcəyini düşünürəm.

Sovet İttifaqı dağılmasından sonra “Varşava Paktı” ölkələri ilə mübarizə məqsədini itirən NATO “Qərb dəyərlərini və demokratik ölkələri” qoruyan təşkilata təkamül etmişdi. Yəni, “ortaq düşmən”in uduzmasından sonra təşkilat “ortaq dəyərlər” üzərində mövcudluğunu davam etdirməyə çalışırdı. Bu, prosesin görünən hissəsi idi. Reallıq bu idi ki, ikiqütblü dünyanın “Soyuq Müharibə”si dövründə Avropa ölkələri ABŞ-ın “anti-kommunist” çətiri altında toplanmışdı. Sovetlərin süqutundan sonrakı təkqütblü dünyada isə Avropa ölkələri ABŞ-ın “demokratik ölkələri qorumaq” çətirindən faydalanırdılar.

Avropa nəhəngləri ilə Vaşinqton arasında inamsızlıq mühitinin gücləndiyi yeni dövrdə bir sıra dəyişikliklər ortaya çıxıb. Artıq ABŞ liderliyindəki təkqütblü dünya dəyişir, belə olduqda ABŞ-ın “dəyərlərə sadiqlik qarşılığında təhlükəsizlik çətiri” formulu önəmini itirməyə başlayır. Eyni zamanda yeni dövrdə NATO üzvləri Moskva ilə mübarizə bir kənara dursun, öz maraqları uğrunda hətta, Rusiya ilə ortaq dil tapmaqdan və “ortaq dəyərləri” gözardına vurmaqdan çəkinmirlər. Məsələn, Türkiyə, Almaniya, Fransa kimi ölkələr Rusiya ilə münasibətlərində yeni səhifə açıblar və ya açmağa çalışırlar. Hətta, ABŞ da Çinə qarşı mübarizə üçün Rusiya ilə yumşalmaq istəyir. Vaşinqton, London və Kanberra arasında AUKUS paktı onu göstərdi ki, Amerikanlar Çinə qarşı mübarizədə avropalıları da ikinci plana atmağa hazırdı.

Belə bir vəziyyətdə NATO-nun hazırkı tərkibdə mövcudluğunu davam etdirəcək yeni bir “ortaqlığa” ehtiyac var ki, o da hələ ki, perspektivdə görünmür. (coğrafi səbəblərə görə, Çinin də Avropa üçün ekzistensial təhdid yaratması real deyil). “Ortaq” məqsəd itdiyinə görə ittifaqda daxili mübarizələr və yeni müttəfiqliklər də su üzünə çıxıb və bu yeni proseslər getdikcə dərinləşəcək. Fransa-Britaniya, Fransa-Türkiyə rəqabəti, Almaniya-Fransa və Britaniya-Türkiyə müttəfiqiliyi başlıca örnəklərdir.

Növbəti illərdə Fransa, ardınca da Almaniyanın NATO-nu tərk edəcəyini və Avropa mərkəzli təhlükəsizlik çətiri yaradacağını düşünürəm, ancaq eyni zamanda ABŞ-ın da Avropadakı rıçaqlarından və NATO-dan tamamilə imtina etməsi gözlənilmir. Ona görə də deyə bilərik ki, “Avropa mərkəzli” təhlükəsizlik çətiri “Amerika/Britaniya mərkəzli” təhlükəsizlik çətirinə (NATO) alternativ olacaq və digər Avropa ölkələri bu iki çətir arasında seçim edəcəklər. Fikrimcə, Avropanın təhlükəsizliyi ilə bağlı gələcək proseslər bu ssenari üzrə inkişaf edəcək.

@serqebaxis
268 viewsedited  17:59
திற / கருத்து