Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 4

2022-08-02 00:00:24
1.0K views21:00
திற / கருத்து
2022-01-16 22:18:17 Malidə hərbi çevrilişlə hakimiyyətə gələn 37 yaşlı polkovnik Asimi Goitanın çağırışı ilə onminlərlə insan anti-Fransa şüarları ilə küçələrə axışıb. Nümayişlərə səbəb, Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS) tərəfindən Maliyə çox geniş iqtisadi sanksiya tətbiq edilməsidir. ECOWAS-ın sanksiyalarının səbəbi isə Malidə fevralda keçirilməsi nəzərdə tutulan seçkilərin təxirə salınmasıdır. Hərbi rejim iqtidarın mülki siyasətə ötürülməsini 2025-ci ildə mümkün ola biləcəyini bildirir.

Malilər son sanksiyalarda Fransanı ittiham edir. Hazırda Fransa Avropa İttifaqının da Maliyə qarşı sanksiyalara qoşulmasına çalışır. Fransanın keçmiş müstəmləkəsində minlərlə əsgəri var və Mali Qərbi Afrikanın nəzarətdə saxlanılması üçün çox önəmlidir.

Fransızlar Goitanı Rusiya ilə əməkdaşlıqda günahlandırır. Artıq, Goitanın dəvəti ilə rus muzdlu qrupu Vaqner üzvləri paytaxt Bamakoya gəlib. Mərkəzi Afrika Respublikasından sonra Malini də Rusiyaya uduzmaq Fransanın qitədəki yetərsizliyini göstərməyə başlayıb və Parisin Malini iqtisadi cəhətdən sıxışdırılmasından başqa variantları elə də çox deyil.

2020-ci ilin avqustunda hakimiyyəti ələ keçirən polkovnik Fransa imperializmini sərt şəkildə tənqid edən ritorikası ilə çox böyük dəstək kütləsi qazanıb. Malilər sabiq siyasətçilərin ölkənin zəngin qaynaqlarını fransızlara satmasına görə Goita tərəfindən devrildiyini düşünürlər. Hərbi çevrilişlə gələn şəxsin xalqın dəstəyini ala bilməsi xarakteristik deyil. Bu baxımdan Goitanın yüksəlişini 1952-ci ildə Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn polkovnik Camal Əbdül Nasirin yüksəlişinə bənzədərdim. Nasirin hakimiyyətə gəlişi də xalqın alt təbəqələrində ciddi dəstək yaratmışdı. Goita da Nasir kimi qitədəki Qərb imperializminə qarşı mübarizənin qəhrəmanına çevrilib. Eyni zamanda, Nasir də Britaniyaya qarşı mübarizədə SSRİ-dən dəstək almağa çalışırdı. Bu baxımdan, Goitanın Moskvaya yaxınlaşması da analogiya təşkil edir.

@serqebaxis
256 viewsedited  19:18
திற / கருத்து
2022-01-16 22:17:59
246 views19:17
திற / கருத்து
2022-01-16 20:11:51 Amerikan CSIS beyin mərkəzindən Seth Jones Rusiyanın Ukraynanı işğal etmək ssenarilərini dəyərləndirib.

Müəllif ssenarilərində Ukraynanın əvvəlcə Dnepr çayının sağ sahilində qalan ərazilərinin, daha sonra bütün Ukraynanın işğal ehtimalını təhlil edib.

Mənim ən çox diqqətimi çəkən üçüncü ssenari oldu - Ukraynanın cənub ərazilərinin işğalı. Ruslar burada bir neçə strateji məqsədə nail ola bilər:

- Ukraynanın Qara dənizə çıxışını bağlamaq, bununla da ölkənin iqtisadi gücünə ağır zərbə vurmaq və psixoloji üstünlük əldə etmək.

- Krımla quru əlaqə yaratmaq və yarımadanın su böhranını həll etmək

- Moldovada rus qoşunlarının yerləşdirildiyi Dnestryanı ilə əlaqə yaratmaq. Beləliklə də, son dövrlərdə qərbyönümlü siyasi qüvvələrin gücləndiyi Moldovanı da təhdid etmək, NATO üzvü Rumıniya ilə sərhəd əldə etmək.

Nədənsə, rusların bütün ölkəni işğal etmək yerinə, Ukraynan məhdud amma çox ağır cəzalandırmaq variantına üstünlük verəcəyinə daha çox inanıram. Ukraynanı bütünlüklə işğal etmək həm hərbi-lojistik, həm də müharibənin beynəlmilləlləşməsi cəhətdən təhdidlər yaradır.

Lakin, müəllif deyir ki, cənub xətti üzrə işğal hərbi-lojistik baxımından ən çətinidir. Çünki, sahillər boyunca dəmiryolları şaxələnməyib və rus ordusunun lojistik qüvvələri dəmiyollarından uzaq olan quru əməliyyatları üçün tərtib edilməyib. Belə olduqda, işğalın 2-ci fazasında Odessanın ələ keçirilməsinə dəstək üçün sudan və havadan desant əməliyyatı alternativ kimi ortaya çıxa bilər.

@serqebaxis
341 views17:11
திற / கருத்து
2022-01-16 20:11:26
330 views17:11
திற / கருத்து
2022-01-15 12:29:38 Ərəb Baharı prosesinin ilk mərhələsinin Tunisdə uğurla tamamlandığı gündən 11 il ötür. Ancaq, “Tunis lənəti” Ərəb baharının üzərinə çökdü və sonradan 20 ölkəyə yayılmış üsyanlar bu və ya digər şəkildə uğursuzluqla nəticələndi.

Tunis prosesi həqiqətən də çox unikaldır. Lakin, mən xüsusilə Ərəb Baharının ikonuna çevrilən tunisli Məhəmməd Bouazizidən danışmaq istəyirəm.

Məlum olduğu kimi kiçik regionların birində səyyar piştaxtası ilə meyvə satan Bouazizinin 2010-cu ilin 17 dekabrında Faida Hamdi adlı qadın polisin rüşvət tələb etməsinə etiraz olaraq özünü yandırması Ərəb Baharı prosesinin qığılcımı olmuş, milyonlarla insan küçələrə axışmışdı.

Çox maraqlıdır ki, demək olar ki, son dərəcə eyni hadisə 2010-cu ilin 3 mart Tunisin bir başqa kiçik regionunda baş vermişdi. Bouazizi kimi səyyar araba ilə meyvə satan Abdesslem Trimeç bənzər səbəbə görə bələdiyyə binasında özünü yandırmışdı. Ancaq Bouazizinin intihar cəhdidən 9 ay əvvəl baş verən Trimeç intiharı kütləvi nümayişlər yarada bilməmişdi.

Bu iki acı və dəhşətli fenomenin çox müxtəlif müstəvilərdə müqayisəsi aparılıb. Əsas fərqliliklər kimi Trimeçdən fərqli olaraq Bouazizin intiharının görüntülərinin olması və bu görüntülərin sosial media vasitəsilə cəmiyyətin bütün təbəqələrini dəhşətə salması göstərilir. Bouazizinin intiharının kütləvi nümayişlərə səbəb olmasının digər səbəbi kimi Əli adlı qohumunun müxtəlif yalanlar uydurması göstərilir. Məsələn, Əlinin bir iddiasına görə, qadın polis Bouaziziyə şillə vurub, bu da qadın tərəfindən döyülmənin çox böyük həqarət və alçaldılma olduğu cəmiyyətdə çox geniş miqyasda əks-səda doğurdu. İnsanlar Bouazizinin timsalında özlərini alçalmış gördülər və s...

Qısacası, iddialar budur ki, Treçimin intiharı sadəcə səyyar satıcıların problemlərinin təzahürü idisə, Bouazizinin intiharı cəmiyyətin çox müxtəlif təbəqələrinin problemlərinin təzahürü oldu.

Bütün bunlarda müəyyən həqiqət payını qəbul etməklə yanaşı, mən proseslərin sosial-iqtisadi arxaplanının da önəmli olduğunu düşünürəm. Xüsusilə, 2008 Maliyyə Böhranına diqqət edilməlidir.
James Gelvinin bu proseslə bağlı yaxşı təhlili var. Əhalisinin yarısından çoxu cavan olan ərəb ölkələrində böhranın da təsiri ilə çox böyük işsizlər kütləsi formalaşmışdı. Digər məsələ qida tədarükündə baş verən dalğalanmalar gündəlik qida ehtiyacını təmin edə bilməyən kütlələr yaratmışdı. Bu indikatorlar ərəb rejimlərini getdikcə daha çox qırılğan vəziyyətə aparırdı.

Yetərincə qurumamış otun üzərinə sıçrayan qığılcım yanğın çıxarda bilməz. Ancaq, ot quruduqdan sonra sıçrayan qığılcım qarşısıalınmaz yanğınlara səbəb olur. Fikrimcə, biri-birindən 9 ay baş vermiş iki insan faciəsinin fərqli nəticələrini bu aspektdən də dəyərləndirmək mümkündür.

@serqebaxis
486 views09:29
திற / கருத்து
2022-01-15 12:29:30
437 views09:29
திற / கருத்து
2022-01-14 20:08:43 Son illərdə Amerika Birləşmiş Ştatlarının diqqət mərkəzinin yüksələn güc kimi xarakterizə olunan Çinin yerləşdiyi Şərqi Asiyaya doğru sürüşməsi on illərdir Vaşinqtonun izlədiyi geosiyasətin episentri olan Yaxın Şərqdə bir sıra boşluqlar yaratmağa başlayıb. Bu da yeni nizamda regiondan daha çox pay almaq istəyən qüvvələrin fəallaşmasına zəmin yaradır. Həmin qüvvələrdən biri də Fransadır.

Dəyişən geosiyasi reallıqlar və aprel ayında keçirilməsi planlaşdırılan Fransa prezident seçkiləri çərçivəsində Makronun Yaxın Şərq siyasətinin əsas istiqamətlərini Topçubaşov Mərkəzinə yazdım:

https://www.top-center.org/az/tehlil/3312/deyisen-geosiyasi-realliqlar-ve-fransanin-yaxin-serq-siyaseti
515 views17:08
திற / கருத்து
2022-01-13 23:14:34
Maraqlıdır Nazarbayev hardadır? Demək olar ki, prosesin başından bəri nə video, nə də audio çıxış edib. Sonuncu video görüntüsü 27 dekabra aiddir.

Ölüb, nəzarət altındadır, ölkədən qaçıb kimi versiyalar səsləndirilir.

Xaricdə yaşayan və xaricə qaçan yaxın qohumlarının da səsi çıxmır. Tokayev rejimi yavaş-yavaş Nazarbayev rejiminin izlərini silir. Köhnə rejimin qohumlarının və yaxın ətrafının hələ də susması qəribədir.

30 ildən çoxdur ölkəni idarə edən şəxsin 3 gün içərisində ən yaxın silahdaşları tərəfindən devrilməsinə səs çıxarmaması, hər hansısa bir etirazını bildirməməsi də anlaşılmazdır.

@serqebaxis
316 views20:14
திற / கருத்து
2022-01-13 21:50:10
Azərbaycanın 2018, 2019 və 2020-ci illər üzrə əsas ixrac göstəriciləri.

- Ən yüksək ixrac rəqəmləri 4.17 mlrd $-la İtaliya ilə ticarətdə reallaşıb. Bu göstəricidə sonrakı yerləri 2.59 mlrd. $-la Türkiyə və 0.7 mlrd. $-la (700 mln. $) Rusiya tutur.

- Ümumi ixracın cəmi 2018-ci ildə 19.5 mlrd. $, 2019-cu ildə 19.6, 2020-ci ildə 13.7 mlrd. $ təşkil edib.

- Əsas ixrac payı neft sektoruna düşür. Qeyri-neft sektorunun payı 2018-ci ildə 8.7 %, 2019-cu ildə 9.9 %, 2020-ci ildə 13.8 % təşlil edib.

Qeydlər

- ölkə sıralaması 2020-ci ilin göstəricisinə görə aparılıb.

- ixrac rəqəmi 0.4 mlrd. $-dan (400 mln. $) artıq olan ölkələrə göstərilib.

Mənbələr: Dövlət İstatistika Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

@serqebaxis
352 views18:50
திற / கருத்து