Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 5

2022-01-12 23:20:17
Beynəlxalq münasibətlərdə insan faktorunun önəmi barədə bir yazı oxudum. Həqiqətən də, dövlətlərin verdiyi qərarlarda imkanlar və reallıqlarla yanaşı, qərarvericilərin dünya görüşü, fikirləri, gözləntiləri və arzuları da çox ciddi rol oynayır.

20 ildən artıqdır ki, Rusiyanı dəmir yumruqla idarə edən Vladimir Putinin hansı iddialarda olduğu və kimləri ideallaşdırdığı heç birimizə sirr deyil. Belə təfəkkürdə olan bir şəxsin hakimiyyətinin son periodunda imperialist bir “miras” (legacy) qoymaq iddiasında olub-olmadığı və Rusiyanın son dövrlərdə bütün cəbhələrdə xeyli aqressivləşməsinin bu məqamla əlaqəsinin olub olmadığı insanı düşündürür.

@serqebaxis
172 views20:20
திற / கருத்து
2022-01-12 21:44:30 NATO və Rusiya arasında görüş gözlənildiyi kimi nəticəsiz qalıb. Yeganə razılaşdırılan məqam dialoqun davam etdirilməsi olub.

Çox ciddi böhran dövründən keçdiyimiz bu vaxtda diplomatiya çox böyük önəm kəsb edir. Ancaq, reallıq budur ki, hər iki tərəfə sərf edən və qarşılıqlı güzəştlərin olduğu razılıq eyni güclü və ya biri-birinə yaxın gücdəki aktorlar arasında mümkündür. Meydandakı güc balansında bir tərəfin üstünlüyü olduqda, üstün tərəf qarşılıqlı razılıq yox, təktərəfli güzəştlər tələb edir. Ruslar Ukraynada sərt müqavimətlə qarşılaşmayacağını düşündüyü üçün qarşılıqlı razılıq əvəzinə, NATO-dan kompromis gözləyir.

Eyni zamanda, Moskva sadəcə Ukrayna böhranını bütün digər mübahisəli məsələlərə proyeksiya edərək bir neçə istiqamətdə güzəşt əldə etmək fikrindədir. Ona görə, bu oyunu uzun və çoxtərəfli oynayır. Təbii ki, belə bir oyun ABŞ üçün qəbuledilməzdir. Vaşinqton hərbi cəhətdən əlinin Moskvadan daha zəif olduğu bir regionda bu qədər strateji və çoxtərəfli razılığa getmək istəməz. Bundan başqa, ABŞ-ın özünün fundamental maraqları zərər görmədikcə, Rusiyanın tələb etdiyi fundamental güzəştləri verməyi real deyil. Fikrimcə, Rusiyanın istədiyi güzəştlər ən yaxşı halda Ukrayna barədə verilə bilər.

Bütün bunlar, prosesin hər iki üzünün - həm müharibə, həm razılığın Ukraynanın başında çatlaya biləcəyini göstərir.

@serqebaxis
290 viewsedited  18:44
திற / கருத்து
2022-01-12 21:44:21
275 views18:44
திற / கருத்து
2022-01-11 22:25:17 İraqda oktyabr ayında keçirilmiş parlament seçkilərindən 3 ay keçməsinə baxmayaraq, hələ də hökumət qurula bilmir. Ancaq, hökumətin aylarla qurula bilməməsi qeyri-adi vəziyyət deyil, Səddam sonrası İraq siyasətinin xroniki problemidir.

Təbii ki, proseslərin mərkəzində son seçkilərdə ən çox səs toplayan, İraq siyasətinin “boz kardinalı” hesab olunan şiə din xadimi, 47 yaşlı Müqtəda əs-Sədrdir.

Müqtəda həm İranla əlaqələrini qorumağa, həm də Səudiyyə ilə əlaqələri inkişaf etdirməyə çalışır və iki rəqib qonşusunu balanslaşdırmağı bacarır. Qasım Süleymani və Əbü Mehdi Mühəndisinin öldürülməsi Müqtədanın İraqdakı İranyönümlü şiə milislər və onların siyasi hərəkatları qarşısındakı manevr imkanlarını artırıb. Son seçkilərdə ciddi məğlubiyyətə uğrayan İran dəstəkli şiə qruplar yeni hakimiyyətdə təmsil oluna bilmək üçün Müqtədadan asılı vəziyyətdədirlər.

Eyni zamanda, Səddam sonrasında İraqda İrana qarşı imkanları xeyli məhdudlaşan Səudiyyə və İraqın ərəb qonşuları Müqtədanın “ərəb qardaş”lığını ön plana çıxarmasından sonra yenidən Bağdada təsir imkanları əldə edib.

Bir sözlə ritorikasında “İraqçılığı” ön planda saxlayan Müqtəda geniş kütlələrdən dəstək qazana bilir, bununla yanaşı o, həm şiə həmrəyliyindən, həm də ərəb qardaşlığından istifadə etməyə çalışır və demək olar ki, hər iki faktoru özündən asılı vəziyyətə salmağı bacarıb.

Müqtədanın İraq kimi mürəkkəb ölkədə getdikcə regionun ən önəmli fiqurlarından birinə çevrilməsi bir maraqlı məqamı xatırladır.

Məlum olduğu kimi, əs-Sədr İraq şiələrinin ən öndə ailələrindən biridir. İranda şiə hakimiyyəti qurulandan sonra İraqdakı şiələrə qarşı çox sərt addımlar atmağa başlayan İraq prezidenti Səddam Hüseyn Sədr ailəsindən Məhəmməd Baqir Sədr, Əminə Sədri edam etdirmiş, eləcə də Müqtədanın atası Məhəmməd Sadiq Sədr və iki qardaşını sui-qəsdlə öldürmüşdü.

Patrick Cockburn Müqtədanın bioqrafiyasını yazdığı kitabında deyir ki, 1999-cu ildə atası və iki qardaşı öldürüləndən sonra Müqtədanın ağıldan kəm olduğu və ciddi təhlükə törədə bilməyəcəyi ilə bağlı şaiyələr yayılmışdı. Bu şaiyələr böyük ehtimal, Müqtədanı da ölümdən qorumaq üçün öz ailəsi tərəfindən yayılmışdı. Həmin şaiyələr Səddamı Müqtədanın ciddi “təhlükə” olmayacağına inandıra bilmişdi. Ancaq sonrakı hadisələr onu göstərir ki, Səddam ailənin siyasi cəhətdən ən bacarıqlı və ən “təhlükəli” üzvünü diqqətdən qaçırdıb.

@serqebaxis
475 viewsedited  19:25
திற / கருத்து
2022-01-11 22:24:55
421 views19:24
திற / கருத்து
2022-01-11 16:39:53 Çin XİN Rusiya XİN ilə telefon danışığında KTMT-nin Qazaxıstana qoşun yeritməsini dəstəklədiklərini bildirib. Çinli diplomat deyib ki, Çin və Rusiya xarici güclərin Mərkəzi Asiya ölkələrinin daxili işlərinə müdaxilə etməsinə, rəngli inqilablara və üç şər qüvvəyə (dini ekstremizm, qanlı terrorizm və ərazi seperatizmi) qarşı çıxmalıdır. (Reuters)

Maraqlıdır ki, KTMT-nin Qazaxıstandakı hadisələrə müdaxiləsinin dəqiqləşdiyi 6 yanvarda proseslə bağlı ilk dəfə reaksiya verən Çin tərəfi baş verənləri Qazaxıstanın “daxili məsələsi” adlandırmışdı. 2 gün sonra Çin prezidenti Si Tsinpin Tokayevə dəstək məktubu göndərərək, Qazaxıstanda baş verənləri “rəngli inqilab” adlandırıb, xarici qüvvələri günahlandırmışdı.

Çinin son açıqlamasında Rusiyanı tam olaraq dəstəkləməsinin səbəbləri barədə müəyyən şərhlər var. Ancaq, Çinin son açıqlamasının KTMT qüvvələrinin bir neçə günə Qazaxıstanı tərk edəcəyi ilə bağlı xəbərdən sonra edilməsi ilə bağlı şərh daha çox diqqət çəkir.

Görünür hadisələrin gedişatı Pekini qane edir. Hər halda nəhəng iqtisadi və nəqliyyat layihələrinin olduğu Qazaxıstanda qısa müddətdə stabilliyin əldə olunması Çinin maraqları çərçivəsindədir. Eyni zamanda, fikrimcə, Vaşinqtonun Çinə qarşı Moskva ilə yaxınlaşmaq fürsəti axtardığı bir vaxtda Pekin də Rusiya ilə əlaqələrinə diqqətlə yanaşmağa çalışır.

@serqebaxis
490 views13:39
திற / கருத்து
2022-01-11 16:39:43
471 views13:39
திற / கருத்து
2022-01-10 20:33:17 Avropa İttifaqının (Aİ) baş diplomatı Jozef Borrell deyib ki, Avropa Ukrayna böhranı ilə bağlı danışıqlardan kənarda saxlana bilməz. Borrell artıq Yalta dövrü (İkinci Dünya Müharibəsi zamanı geosiyasi statuskvonun müəyyən olunması üçün ABŞ, SSRİ və Britaniya arasında Yaltada keçirilən konfrans) olmadığını, böhranın təkcə Rusiya və ABŞ arasında həll olunmamalı olduğunu bildirib.

Borrellin bu sözləri birmənalı qarşılanmayıb. Bir çoxları Aİ rəsmisini Trans-Atlantik cəbhəni bölməkdə günahlandırıb. Belə şərhlər var ki, Aİ və ABŞ arasındakı fikir ayrılığı diplomatik masada Baydenin Putinə qarşı əlini zəiflədə, Moskvaya əlavə manevr imkanları yarada bilər.

Təbii ki, avropalıların öz təhlükəsizlikləri bağlı prosesdə qıraqda qalmaq istəməməkləri anlaşılandır. Qapılar qapılar arxasında iki fərqli güc arasında alış-veriş obyekti olmaq istəmirlər. Eyni zamanda, öz diqqətini Çinə yönəldən ABŞ-ın Rusiyaya Avropada güzəştə gedə biləcəyi barədə iddialar da mövcuddur. İstənilən halda, Vaşinqtonun öz maraqları və buna uyğun prioritetləri var.

Ancaq, reallıqda Avropa İttifaqının təhlükəsizliklə bağlı hansısa ciddi rıçaqlarının olduğunu demək çətindir. Ona görə də təhlükəsizlik məsələlərində avropalılar nə qədər də narazı olsalar da, hələ də Vaşinqtonun ağzına baxmağa məcburdular.

Bununla belə, Ukrayna böhranının Köhnə Qitədə ABŞ-dan strateji muxtariyyət qazanmaq istəyən pan-avropaçı kəsimləri gücləndirəcəyi açıqdır.

@serqebaxis
4.4K viewsedited  17:33
திற / கருத்து
2022-01-10 20:33:08
515 views17:33
திற / கருத்து
2022-01-09 22:15:59
Mərkəzi Asiya ölkələrinin 2020-ci ildə Rusiya, Çin və Türkiyə ilə ticarəti.

Müvafiq ildə verilən ölkələrin regionla ticarət dövriyyəsi (idxalat+ixracat) belədir:

Rusiya - 27.6 milyard $

Çin - 27,2 milyard $

Türkiyə - 6.9 milyar $

@serqebaxis
574 views19:15
திற / கருத்து