Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 3

2022-08-13 15:09:45
710 views12:09
திற / கருத்து
2022-08-11 22:39:19 9 avqustda Rusiya işğalındakı Krım yarımadasının qərb sahillərində yerləşən aviabazanın bombalanması nəticəsində 9 ilə 14 arası rus qırıcısının məhv olduğu iddia olunur. Əgər rəqəmlər doğrudursa, bu, rus hava qüvvələrinin müharibə boyunca üzləşdiyi ən ağır günlük itkidir.

Son Krım hücumu müharibənin ən önəmli hadisələrindən biridir və bu hücumun hərbi məqamlarla yanaşı, strateji, geosiyasi və psixoloji amillərə hesablandığı barizdir.

Strateji amil budur ki, Ukrayna müharibə alovunu Krıma qədər daşıya biləcəyini göstərdi, yəni, mesaj budur ki, müharibənin gedişatını və coğrafi çərçivəsini Rusiya müəyyən etmir.

Qərb ölkələrindən “Rusiya ərazilərini hədəf almayacağı” barədə təminatla silah tədarük edən Ukraynanın Krımı bombalaması geosiyasi olaraq Krımın Rusiya ərazisi kimi tanınmadığı mesajını daşıyır. Krımı ilhaq edərək öz ərazi bütövlüyünə daxil edən Rusiya yarımada ilə bağlı heç bir müzakirəyə getməyəcəyini bildirir. Yəni, Rusiya Krımı Ukrayna münaqişəsində kənarda saxlamağa çalışır. Ukrayna və dolayı yolla Qərbin verdiyi mesaj isə Krımın hələ də Ukrayna münaqişəsinin bir parçası olmasıdır.

Psixoloji məqam bu amillər arasında bəlkə də ən vacibdir. Ukrayna tərəfi bu hücumla həm Rusiya ictimaiyyətində müharibə reallığını hiss etdirməyə, həm də öz əhalisi və əsgərlərinin motivasiyasını artırmağa çalışdı. Qərb mediası rəsmi Kiyevdəki mənbələrə istinadən Ukraynanın çoxdan gözlənilən, lakin hələ də baş tutmayan cənub istiqamətindən irimiqyaslı əks-hücumunun tezliklə başlayacağını iddia edir.

@serqebaxis
825 viewsedited  19:39
திற / கருத்து
2022-08-11 22:39:02
782 views19:39
திற / கருத்து
2022-08-08 21:28:10 Putin və Ərdoğan arasında Soçidə baş tutan görüşündən hər iki tərəf razı qalmışa bənzəyir. Bu dəfəki görüşdə tərəflərin əsas diqqəti ticarət məsələlərinə yönəlmişdi. Görüş nəticəsində, Türkiyə rus qazının ödənişlərini qismən rublla ödəməyə başlamağa razılıq verib.

Suriya məsələsində də maraqlı məqamlar var. Ərdoğan mətbuata açıqlamasında deyib ki, “Putin problemlərin həlli üçün rəsmi Dəməşqlə (Əsəd) təmasda olmağımızın daha effektiv olacağını bildirdi. Lakin Türkiyə bir müddətdir Suriya kəşfiyyatı ilə təmas qurmasına baxmayaraq, terrorizm məsələsində irəliləyiş əldə edilməyib, ona görə də Rusiya bu məsələnin həllini dəstəkləməlidir və biz bu barədə razılaşdıq”. Bu sözlər Türkiyənin Suriyanın şimalında yeni əməliyyat keçirməsinə Rusiyadan razılıq ola biləcəyinə işarə edir. Düşünürəm ki, Moskva Qərb tərəfindən üzləşdiyi iqtisadi sanksiyalar dövründə Türkiyədən əldə etdiyi iqtisadi üstünlüklər əvəzində Suriyada kürd milisləri ilə (SDF/YPG) birgə nəzarət etdiyi ərazilərdə güzəştə getməkdə tərəddüd etməz. Eyni zamanda, Ukraynada aktiv cəbhədə olan Rusiya Suriyanın şimalında Türkiyə ilə dolayı da olsa, yeni bir mürəkkəb cəbhənin yaranması istəməz.

Ərdoğanın Suriya əməliyyatı məsələsində israrı anlaşılandır. Hazırda beynəlxalq vəziyyət Türkiyənin həm Qərbi, həm də Rusiyanı güzəştlərə məcbur etməsi üçün əlverişlidir. Digər tərəfdən, aydındır ki, Suriyadakı uğurlu əməliyyat Türkiyədə yaxınlaşan prezident seçkilərində Ərdoğanın əlini gücləndirəcək.

Ərdoğan bu gün ölkəsində keçirilən 13-cü Səfirlər Konfransında yenidən Suriya əməliyyatının anonsunu verdi. Türkiyə prezidenti bir neçə aydır ki, Suriyada yeni bir əməliyyat keçirmək niyyətində olduqlarını dilə gətirirdi. Ərdoğan mümkün əməliyyatının zərərlərini minimuma endirmək üçün Suriyada maraqlı qüvvələrlə diplomatik təmaslarını demək olar ki, bitirib. Rusiyanın qapını yarıya kimi aralamasından sonra Türk Silahlı Qüvvələrinin tezliklə SDF (YPG) nəzarətindəki ərazilərdə əməliyyatlara başlaması ehtimalı artıq çox yüksəkdir.

@serqebaxis
1.2K viewsedited  18:28
திற / கருத்து
2022-08-08 21:27:59
1.0K views18:27
திற / கருத்து
2022-08-05 10:10:29 Londondakı səfirliyimizdə edilən tərbiyəsizlik həm planlı təxribat, həm də sadəcə bir qruplaşmanın səviyyəsiz əməli ola bilər. Müxtəlif versiyalar mümkündür. Ümid edək ki, reallıq araşdırmalardan sonra məlum olacaq.

Azərbaycana hücumla bağlı əmri Yasser əl-Həbib 3 avqustda twitter hesabından verib. Hücum motivi kimi Azərbaycanda bir qadının divara dini yazılar yazmasına polisin müdaxiləsi göstərilir.

Əl-Həbibin bağlı olduğu Şirazi hərəkatını İran dini-siyasi rəhbərliyi ilə birbaşa əlaqələndirmək doğru deyil, hətta Şirazi və Xameneyi arasında münasibətlərin çox pis olduğu da bəllidir. Ancaq məsələnin bu həddə gəlməsində İranın Azərbaycandakı dini amilləri siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışmasının, son dövrlərdə bu fəaliyyətlərini intensivləşdirməsinin əsas rol oynadığı da təkzibolunmaz faktdır. Bu kampaniyaya alət olan vətəndaşlarımıza da deyəcək çox söz yoxdur.

İstənilən halda ictimai aqressiyanı hansısa dinə, məzhəbə, əqidə və ya hərəkata yönləndirmək həm doğru deyil, həm də çox təhlükəlidir. Dini mübahisə və münaqişə hazırda Azərbaycanda ən son ehtiyac olan məsələdir. Dini mübahisə və münaqişə elə bir müstəvidir ki, həm sonu yoxdur, sonda dönüb dolaşıb başladığın yerə gəlirsən, həm də nəyisə düzəldəcəyini düşündüyün yerdə qarşındakını daha da gücləndirə bilərsən. Qaş düzəldən yerdə göz çıxartmaq məsələsi. Ona görə hərkəsin təmkinli olmasında fayda var. Yanlış addımlarla onsuzda son dövrlər xeyli artan dini radikalizmi daha da gücləndirmək lazım deyil. Əksinə bu, həmin radikalizmdən siyasi vasitə kimi istifadə etmək arzusunda olanların əlini gücləndirəcək. Düşünürəm ki, bu səbəbdən polis və təhlükəsizlik qüvvələri də dini məsələlərdə ölçülü davranmalıdır.

@serqebaxis
1.4K viewsedited  07:10
திற / கருத்து
2022-08-05 10:10:22
1.1K views07:10
திற / கருத்து
2022-08-04 20:24:49 Əvvəlcədən gözlənildiyi kimi, Azərbaycan-Ermənistan normallaşma prosesi çox sancılı davam edir. Artıq danışıqların bir çox məsələlərdə dalana dirəndiyi də bəllidir.

Ordumuzun uğurlu “Qisas” əməliyyatından sonra Paşinyan bu gün son dövrlərin ən kəskin çıxışını etdi. Dağlıq Qarabağ, Laçın dəhlizi, təmas xəttinin mövcudluğundan, Naxçıvana “maneəsiz” gediş yolunun gömrük-yoxlama məntəqəsi olmadan çəkilə bilməyəcəyindən, sülhməramlılara beynəlxalq mandat verilməsindən danışdı. Bu gedişat gərginliyin sürətlə artacağını, çox ciddi eskalasiyanın baş verə biləcəyini göstərir.

Təbii ki, “sülhməramlı”ların olduğu bölgədəki hərbi toqquşmaları Rusiyanın sükunətlə izləməsi maraqlıdır. Cənubi Qafqazda ənənəvi olaraq “bir addım geri atıb, iki addım irəli getmək” strategiyası yürüdən Rusiyanın son gərginlikdən hansı gözləntilərinin olduğu narahatlıq doğurur. Sabah Putin Soçidə Ərdoğanı qəbul edəcək. Çox əhəmiyyətli görüşdən bir gün əvvəl hər iki prezident təhlükəsizlik və hərbi elitalarından Qarabağdakı vəziyyətlə bağlı brifinq alıb. Sözsüz ki, sabahkı görüşün nəticələri Cənubi Qafqazdakı gedişata köklü şəkildə təsir edə bilər.

Qərbin də son gərginliklə bağlı təmkinli və balanslı açıqlamaları biraz gözlənilməz oldu. Çünki son dövrlərdə, Qərb ölkələrinin Ermənistanın tezislərinə daha isti münasibət göstərdiyi sezilirdi. Belə bir beynəlxalq siyasi vəziyyətdə ABŞ və Rusiyanın Cənubi Qafqazdakı gərginliklə bağlı bənzər mövqedən çıxış etməsi də gözlənilməz hesab oluna bilər.

@serqebaxis
1.2K viewsedited  17:24
திற / கருத்து
2022-08-04 20:24:37
1.0K views17:24
திற / கருத்து
2022-08-02 00:00:33 Yaxın saatlarda Cənubi Çin dənizində XXI əsrin ən önəmli böhranlarından biri yaşana bilər. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nansi Pelosinin Tayvana mümkün səfərindən öncə regionda vəziyyət olduqca, gərgindir.

Düzü, mən vəziyyətin tamamilə nəzarətdən çıxacağını düşünmürəm, ən azından buna ümid edirəm. Amma böhrandan yayınmağın yolları elə də çox deyil. Çin Pelosinin səfərini ləğv etməsini, ABŞ isə Çinin aqressiv cavab verməkdən çəkinməsini istəyir. Çinin aqressiv cavabları arasında Pelosinin səfərinə hansısa formada imkan verməmək və ya adaya qarşı müharibəyə başlamaq var ki, bu həmlələr də güman ki, regiona cəmləşdirilən ABŞ və Çin orduları arasında birbaşa toqquşmaya gətirib çıxaracaq. Proseslərə son dərəcə təmkinli və ölçülü reaksiyaları ilə tanınan Çinin belə aqressiv addımlar atması ehtimalı da yüksək görünmür.

ABŞ-Sovet İttifaqı arasında “Soyuq Müharibə” dövründə baş vermiş bu səviyyədəki böhranlarda hər iki böyük güc bir-birinə geri addım atmağa imkan verərək, qaynar toqquşmadan yayına bilmişdilər.

ABŞ öz səfər həmləsini son ana qədər nə rəsmi təsdiq, nə də təkzib etməklə qeyri-müəyyən saxlayaraq, Çinin mümkün reaksiyasını təxmin etməyə çalışır. Çin isə diplomatik ritorikanı kəskinləşdirərək və hərbi təlimlər keçirərək istənilən cavabı verə biləcəyini göstərməklə, öz cavab həmləsini qeyri-müəyyənlikdə saxlamağa çalışır. Tərəflər arasında həftələrdir davam edən qeyri-müəyyənlik oyununun necə sonlanacağını isə yaxın saatlarda görəcəyik.

Ən fəlakətli ssenari baş versə, yaranacaq mənzərə bir mənada İkinci Dünya Müharibəsinə bənzəyəcək: Avropada müharibə davam edərkən, ABŞ Sakit Okeanda yeni cəbhə açdıracaq… Ümid edək ki, tarix bu dəfə təkrar olunmayacaq.

@serqebaxis
1.2K viewsedited  21:00
திற / கருத்து