Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 7

2022-01-05 11:20:26
Qazaxıstanda davam edən nümayişlər nəticəsində baş nazir Askar Mamin rəhbərliyindəki hökumət bu gün səhər prezident tərəfindən istefaya göndərilib.

Hökumətin istefaya göndərilməsi siyasi rejimi qorumaq üçün sonuncu sivil addımlardan biridir. Qazaxıstanda de-fakto siyasi gücün sabiq prezident Nursultan Nazarbayevin əlində olduğu, prezident Tokayevin formal gücdə olduğu heç kimə sirr deyil.

Əslində Nazarbayevin son illərdə siyasi sistemdə müxtəlif dəyişikliklərlə yumşaq keçid etmək cəhdləri üsyan qarşısında real siyasi rejimə manevr etmək imkanları yaradıb. Çünki, siyasi sistemdə məsuliyyət paylaşılıb deyə böhran vəziyyətində daha aşağı güc mərkəzlərini qurban vermək olur. Əgər təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürə bilməsə, növbəti qurban parlamentin buraxılması və ya prezident Tokayevin istefaya göndərilməsi də ola bilər.

@serqebaxis
601 views08:20
திற / கருத்து
2022-01-03 21:59:04 Bu gün səhər saatlarında Əfqanıstan-Türkmənistan sərhədində silahlı toqquşma baş verib.

Xəbəri yerli Tolonews kanalı rəsmi mənbələrdən təsdiq edib. Qeyd olunur ki, üç gün əvvəl türkmən sərhəd qüvvələrinin açdığı atəş nəticəsində 1 əfqan mülki şəxsin öldürülməsindən sonra sərhədboyu vəziyyət xeyli gərginləşib.

Qeyri-rəsmi mənbələr, hücuma qarşılıq olaraq Taliban qüvvələrinin bu gün 4 türkmən sərhədçisini öldürdüyünü iddia edir.

Taliban payızda hakimiyyətə gəldikdən sonra 3 qonşusu - İran, Pakistan və Türkmənistan ilə qanla nəticələnən sərhəd problemi yaşayıb. Belə görünür ki, Mərkəzi və Cənubi Asiya regionlarında Əfqanıstanda baş verən statuskvo dəyişikliyindən sonra stabillik getdikcə silkələnir.

Bir müddətdir 800 kilometrlik problemli Əfqanıstan sərhədində möhkəmləndirmə işləri aparan Türkmənistanın sərhədboyu təhlükəsizliyi təmin etməkdə çətinlik çəkəcəyi şübhə doğurmur. Rusiyanın dominantlığındakı KTMT hərbi təşkilatına üzv olmayan Mərkəzi Asiya ölkəsinin cənub sərhədlərini qorumaq üçün Rusiya ilə əməkdaşlıq edəcəyi, bu istiqamətdə rus sərhədçilərinin regiona yerləşdirilə biləcəyi barədə versiyalar səsləndirilir. Rus rəsmiləri də belə bir variantda maraqlı olduqlarını bildiriblər. Bəllidir ki, ənənəvi olaraq Rusiya ətraf regionlarda təhlükəsizlik problemlərinin yaratdığı boşluqları “genişləmə” fürsəti kimi görür.

@serqebaxis
328 views18:59
திற / கருத்து
2022-01-03 21:58:47
312 views18:58
திற / கருத்து
2022-01-03 17:21:21 Ötən həftə Fələstin prezidenti Mahmud Abbas İsrailə səfər edərək, müdafiə naziri Benni Qantzla görüşüb. Görüş Qantzın evində baş tutub. Bu səfər Fələstin liderinin 11 il sonra İsrailə ilk səfəridir. Qantz və Abbas ötən ilin avqustunda Fələstinin paytaxtı Ramallahda da görüşmüşdülər.

Tərəflər arasında sonuncu görüşün ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivanın dekabrın son həftəsində regiona etdiyi səfərdən sonra gerçəkləşməsi diqqət çəkir. Səfər çərçivəsində Sallivan həm Qantz, həm də Abbasla təkbətək görüşmüşdü.

Abbasla görüşdə Qantz 10 minə yaxın fələstinli sakinin statusunun təsdiq edilməsini, bir sıra ciddi iqtisadi güzəştlərin təmin ediləcəyini öhdəsinə götürüb. İsrail Müdafiə Nazirliyi görüş və güzəştlərin “Üçüncü İntifada”nı (fələstinlilərin üsyanı) önləmək səyləri olduğunu bildirib.

Aydındır ki, İsrail tərəfini Abbasla yaxınlaşdıran əsas məqam “ortaq düşmən”dir. Məlum olduğu kimi, prezident Mahmud Abbasın lideri olduğu Fəth Partiyası sadəcə Qərb sahilində siyasi gücə malikdir, Qəzza zolağı İsrailə qarşı daha aqressiv olan Həmas tərəfindən idarə olunur. Bu səbəbdən son proseslər İsrail aspektindən Mahmud Abbasın Həmas qarşısında gücləndirilməsi cəhdi kimi oxuna bilər. Belə şərhlər var ki, Netanyahu dövründə İsrailin aqressiv siyasətinə zəmin yaratmaq üçün yaratmaq üçün Həmas bilərəkdən daha önplanda saxlanılır və böyük təhlükə kimi göstərilirdi. Fəth isə arxaplana atılmışdı. Qantz isə tamamilə əks strategiya yürüdür və bu dəyişiklikdə Ağ Evdəki yeni Administrasiyanın ciddi təsiri olduğu şübhə doğurmur.

Abbas tərəfdən isə 2021-ci ildə keçirilməli olan, ancaq müddətsiz təxirə salınan Fələstin parlament və prezident seçkiləri öncəsində Həmas qarşısında əlavə üstünlüklər qazanmaq vacibdir. Türkiyə və İran kimi regionun önəmli ölkələri tərəfindən dəstəklənən Həmasın Qərb sahilində də güclənməsi Fəthin dövlət idarəetməsini itirməsi ilə nəticələnə bilər. Eyni zamanda, Həmasın qarşıdan gələn seçkilərdə qalib gələrək dövlət aparatını ələ keçirməsi İsrail üçün də ciddi problemlər vəd edir.

Belə olan halda, Qantz və Abbas arasında yaxınlaşmanı seçki öncəsində hər iki tərəfin faydalandığı praqmatik siyasi taktika kimi qiymətləndirmək olar.

@serqebaxis
393 views14:21
திற / கருத்து
2022-01-03 17:21:13
366 views14:21
திற / கருத்து
2021-12-31 22:37:13 Rusiyanın Ukrayna ilə sərhəd boyunca aktivləşməsindən əvvəl Suriyanın İdlib vilayətində vəziyyət xeyli gərginləşmişdi. Payızın əvvəllərində rus qırıcılarının İdlib ətrafını intensiv bombalaması fonunda Rusiya dəstəkli Əsəd qüvvələrinin İdlib əməliyyatına başlaya biləcəyi ehtimalları yüksəlmişdi. Ancaq, Putin və Ərdoğan arasında 29 sentyabrda Soçidə baş tutmuş təkbətək görüşdən sonra İdlibdəki gərginlik azalmış, payızın sonlarına doğru Moskva əsas diqqətini Şərqi Avropaya yönəlmişdi.

Rusların Ukraynadan əvvəl İdlibi gündəmə gətirməsinin arxaplanında hansısa strateji məqsəd olduğunu iddia etmək çətindir. Ancaq, versiyalardan biri budur ki, Rusiya Şərqi Avropada aqressivləşməmişdən öncə İdlibdə gərginliyi artırmaqla Türkiyənin Ukraynada mümkün manevr imkanlarını məhdudlaşdırmaq istəyə bilərdi. Məlum olduğu kimi, İdlib Ankaranın yumşaq nöqtəsidir və buradakı hərbi eskalasiya Türkiyəni milyonlarla qaçqın axını ilə üz-üzə qoya bilər. Soçidəki görüşdən ötən 3 ay sonra İdlibdəki statuskvonun qorunması Türkiyənin maraqlarına uyğun nəticənin əldə olduğunu göstərir.

Belə olduqda, Rusiyanın Ukrayna macərasından əvvəl İdlibdəki blefinin Türkiyədən müəyyən öhdəlik alınmasına və Ankaranın Ukrayna cəbhəsində aktiv iştirak etməkdən çəkindirməyə hesablandığını iddia etmək olar. Eyni zamanda, Ukrayna məsələsində Türkiyə ilə fərqli masada anlaşma əldə olunması Ukrayna cəbhəsində NATO-nun “parçalanması” baxımından Rusiya üçün ciddi əhəmiyyət kəsb edə bilərdi.

Türk rəsmilərin Ukraynadakı son gərginlik boyunca neytral mövqeni qorumağa çalışması yuxarıdakı iddianı dəstəkləyir.

@serqebaxis
212 viewsedited  19:37
திற / கருத்து
2021-12-31 22:37:02
206 views19:37
திற / கருத்து
2021-12-30 17:43:20 4 aydır Əfqanıstanda hakimiyyətdə olsa da, hələ də ictimaiyyət qarşısına çıxmayan Taliban ali lideri Heybətullah Axundzadənin dünən Qəndahar şəhərində bir sıra yerli rəsmi şəxslərlə görüş keçirdiyi bildirilir. Qeyri-rəsmi mənbələr isə Axundzadənin dekabrın ortalarında dini liderlərlə də görüş keçirdiyini iddia edir.

Taliban ali lideri dünənki çıxışında qruplaşma üzvlərinin əvvəlki rejimin rəsmilərinə qarşı sərt davranışlarını və digər özbaşınalıqlarını tənqid edib. Eyni zamanda Axundzadə əfqanları ölkəni tərk etməməyə çağırıb. Taliban ali lideri ölkəsinin böyük sınaq qarşısında olduğunu və bu sınaqdan keçməli olduqlarını bildirib. Axundzadənin çıxışında siyasi məsələlərə toxunmaması diqqət çəkir. İxtisasca İslam hüquqçusu olan Taliban ali liderinin çıxışı şəriət məsələləri çərçivəsində qalıb.

Məlum olduğu kimi, Qəndahar Talibanın quruluş yeri və mərkəzi qərargahıdır. Eyni zamanda, Qəndahar fraksiyası Haqqanilərlə birlikdə Taliban daxilindəki ən güclü iki qrupdan biridir. Molla Ömər, Axtar Mansur, Molla Axundzadə, Molla Rəbbani, Molla Axund, Molla Yaqub, Molla Baradar kimi qruplaşmanın ən önəmli fiqurları Qəndahar qrupuna aid edilir. Hazırda paytaxt Kabilə nəzarət edən Haqqanilər şəbəkəsini isə Pakistanın ciddi şəkildə dəstəklədiyi məlumdur.

Qəndahar qrupu Pakistandakı pəştun separatizminə (Pakistan Talibanı - TTP) rəğbət bəsləsə də, Haqqani şəbəkəsi Pakistan Talibanına qarşı sərt mövqe göstərir. Pakistan tərəfi də Haqqaniləri Əfqanıstanda gücləndirməklə Pakistan Talibanı ilə Əfqan Talibanı arasındakı əlaqəni qoparmağa çalışır. Əfqanıstanın şimal və şərq vilayətlərini idarə edən Haqqanilər Pakistanın dəstəyi ilə həm paytaxt Kabildə möhkəmləniblər, həm də yeni Əfqan hökumətində daxili işlər nazirliyi postunu əldə ediblər.

Cənub və qərb vilayətlərinə nəzarət edən Qəndahar qrupuna de-fakto rəhbərlik edən təşkilatın qurucu lideri Molla Ömərin oğlu, yeni hökumətin müdafiə naziri Molla Yaqubun isə əsasən Səudiyyə tərəfindən dəstəkləndiyi iddia olunur.

@serqebaxis
213 views14:43
திற / கருத்து
2021-12-30 17:43:02
213 views14:43
திற / கருத்து
2021-12-27 22:59:49 Oscar Jonssonun müəllifi olduğu “Rusiyanın müharibə qavrayışı” araşdırmasında Rusiya hərbi elitasının müasir hərbə baxışında baş verən dəyişikliklər və bu dəyişikliklərin ölkənin hərbi siyasətinin hərəkət tərzinə təsirləri yaxından təhlil olunur. Araşdırmada tanınmış zabit Mahmut Qareyev Rusiyanın müasir hərbi siyasətinin beyni kimi təqdim olunur.

Jonsson Rusiyanın hərbi siyasətində 2010-cu ildən etibarən ciddi dəyişikliklərin ortaya çıxdığını göstərir. Belə ki, 2010-cu ildən etibarən rus hərbi elitası hərbi-siyasi hədəflərə çatmaq üçüb ənənəvi anlayış olan hərbi güclə yanaşı, psixoloji, informasiya müharibəsinin vacibliyini ön plana çəkməyə başlayır. Bunun əsas səbəbi kimi Gürcüstan, Qırğızıstan, Ukrayna kimi Rusiyanın təsir dairəsində olan ölkələrdə rəngli inqilabların baş verməsi idi. Rusiya elitası Qərbin dəyərlər təbliğatına qarşı daha aktiv informasiya və psixoloji müharibə yürütmək siyasətini mənimsəyir və bu məqam 2014-cü ildə qəbul olunmuş Rusiya hərbi doktrinasında öz əksini tapır. (Hal hazırda qlobal səviyyədə bir neçə dildə Moskvanın propaqandasını aparan RussiaToday, Sputnik kimi media kanalları həmin dəyişikliklərin nəticəsidir).

2014-cü ildə qəbul edilmiş başqa bir önəmli məqam da var. Belə ki, Rusiya elitası artıq yarım əsrdir ki mənimsədiyi “nüvə silahı ilə çəkindiricilik” funksiyasının bir çox hallarda işləmədiyini başa düşərək, konvensiyonal silahlar və yüksəkdəqiqlikli uzun məsafəli qeyri-“nüvə raketləri ilə çəkindiricilik” funksiyasını da inkişaf etdirməyinin vacibliyini dərk edir. Çünki, Nüvə silahı Rusiyanın özünə qarşı ekzistensial təhdidlərə qarşı çəkindiricilik yaradır, ancaq Rusiyanın nüfuz bölgəsindəki maraqlarına qarşı təhdidlərdə çəkindiricilik yaratmır. Regional və lokal müharibələrdə nüvə silahı işlətmək mümkün deyil. Eyni zamanda nüvə silahı hərbi-siyasi hədəflərə çatmaqdan daha çox, tərəfləri qarşılıqlı məhvə aparmaq potensialındadır. Ancaq, konvensiyonal silahlar və yüksəkdəqiqlikli raketləri nüvə silahının istifadə oluna bilmədiyi bir çox müstəvidə istifadə etmək mümkündür.

@serqebaxis
376 viewsedited  19:59
திற / கருத்து