Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 10

2021-12-15 22:01:29
391 views19:01
திற / கருத்து
2021-12-14 20:29:06 Dekabrın əvvəllərində baş tutan Fransa prezidenti Makronun Körfəz turunda ən çox önə çıxan məqamlarından biri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 80 Rafale (F-4 versiyası) qırıcısı və digər fransız mənşəli hərbi təchizatların satılmasını nəzərdə tutan 19 milyard $-lıq nəhəng sazişin imzalanması oldu.

Körfəzdəki sazişin ötən aylarda Avstraliya hökumətinin Fransa ilə imzaladığı sualtı qayıqlar alınmasını nəzərdə tutan 50 milyard $-lıq razılaşmanı ləğv edərək, ABŞ və Britaniya ikilisi ilə yeni razılaşma əldə etməsindən sonra reallaşması maraq doğurur.

BƏƏ bir müddətdir Birləşmiş Ştatlardan 50 ədəd beşinci nəsil F35 qırıcısı və 18 ədəd müasir PUA almaq istəyir. Lakin, Co Bayden Administrasiyası və Konqresdəki demokratlar cəbhəsi Əbu-Dabinin Çinlə yaxınlaşmasını əsas göstərərək 23 milyard $-lıq bu layihənin təsdiqlənməsini yubadırdı. Belə bir anda Fransanın araya girməsi və BƏƏ-yə qırıcılar satması, Fransanın ABŞ, Britaniya və Avstraliya arasında yeni qurulmuş AUKUS Anqlo-Sakson paktına Körfəzdən cavab verməyə çalışdığı mənzərəsini yaradır. (Makronun son Körfəz turu ilə bağlı geniş yazım tezliklə Topçubaşov Mərkəzində yayımlanacaq.)

Fransa ilə sazişdən sonra Əmirliklərin müdafiə naziri Rafalenin F35-ə rəqib olmadığını və amerikan qırıcılarına hələ də maraq duyduqlarını açıqladı. Aydındır ki, Fransa ilə saziş BƏƏ tərəfindən F35 satışının təsdiqlənməsi üçün Vaşinqtona mesaj və təzyiq kimi də oxuna bilər. Təsadüfi deyil ki, Fransa ilə sazişdən 10 gün sonra BƏƏ rəsmisi ABŞ rəsmilərinə məktub yazaraq, Vaşinqtonu F35 layihəsindən geri çəkilə biləcəkləri ilə təhdid edib. Məktub barədə biraz öncə WSJ-də xəbər yayımlanıb. Xəbərdə, Vaşinqton rəhbərliyinin BƏƏ-yə satılacaq son model hərbi texnologiyaların Çin tərəfindən cəsusluqla ələ keçirilə biləcəyindən ehtiyatlandığı və bu barədə narahatlığın Körfəz ölkəsinə çatdırıldığı qeyd olunur.

Uzun müddətdir Fransa ilə əlaqələrini gücləndirən Əbu Dabinin ABŞ-a rəğmən Çinlə də münasibətlərini ciddi şəkildə inkişaf etdirməsi həqiqətən də maraqlıdır. Yəqin ki, zəngin Körfəz ölkəsi ABŞ-ın Yaxın Şərqə diqqətinin azaldığı dövrə hazırlıq görür. Başqa bir maraqlı məqam, Əmirliklərin Efiopiyada da Çinlə eyni cəbhəni, ABŞ dəstəkli qüvvələrlə mübarizə aparan hökumət güclərini dəstəkləməsidir.

@serqebaxis
130 views17:29
திற / கருத்து
2021-12-14 20:28:52
125 views17:28
திற / கருத்து
2021-12-13 14:12:00 Dünyada baş verən siyasi proseslər barədə icmallar üçün Topçubaşov Mərkəzinin “TopCenter çatdırır” telegram kanalını da izləyə bilərsiniz.

https://t.me/TopCenterStories
333 views11:12
திற / கருத்து
2021-12-12 21:57:19 Son illərdə münaqişələrin həllində diplomatiyanın nəticəsizliyi müşahidə olunur. Digər bir ifadə ilə, təəssüf ki, hərbi gücün diplomatiyadan daha real nəticələr verməyə başladığını görürük. Yaxın Şərqdəki daxili münaqişələr, Liviya, Efiopiya, Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna, İsrail-Fələstin münaqişələrində reallıqları ancaq hərbi əməliyyatlar dəyişə bilir.

Diplomatiyanın dişsizləşməsində dünya siyasi nizamındakı dəyişikliklərin təsirlərinin olub olmaması düşündürücüdür.

1990-2000-ci illərdəki birqütblü dünya nizamı dövründə ölkələr hegemon güc ABŞ-ın reaksiyasından çəkinirdi, bu səbəbdən problemlərin həllində hərbi güc yerinə diplomatiyaya daha çox üstünlük verirdilər. Yəni, bir mənada ABŞ “dünyanın polisi (nizamı)” rolunu oynayırdı.

Ancaq, İraq və Əfqanıstanda buraxılan səhvlər Vaşinqtonun siyasi-hərbi müstəvidə boşluqlarının olduğunu göstərdi. Ardınca da Rusiyanın Gürcüstanı işğal etməsinə Birləşmiş Ştatların səssiz qalması digər ölkələrin də ABŞ-ın hegemonik idarəçiliyi barədə qorxularını azaltdı və təsəvvürlərini dəyişdi. Sonrakı proseslər də bu istiqamətdə inkişaf etdi. Artıq, ABŞ-ın hərbi gücünün “çəkindirmə” funksiyası əvvəlki təsirlərini itirir.

Polisin gücü (nizam) zəiflədiyi üçün dalaşanlar artır və adətən qolu güclü olan qalib gəlir. Fikrimcə, hərbi gücün ön plana çıxması məhz birqütblü sistemin zəifləməsi və fərqli qütblərin formalaşması ilə əlaqəlidir.

Birqütblü sistemdə hegemon gücün qaydaları bəlli olur və hər aktor ona uyğun davranır. Ancaq, indilərdə bəzən böyük dövlətlər region gücləri ilə belə hesablaşmağa məcbur olur. Səbəbi isə çoxqütblü sistemdir. Bir tərəfdən istədiyini ala bilməyən ölkə, başqa tərəfə də müraciət edə bilir.

Ona görə də rəqibinə qarşı hərbi üstünlüyü olan tərəf diplomatiya ilə güzəştə getmək yerinə hərbi üstünlükdən istifadə etmək istəyir.

Və düşünürəm ki, çoxqütblü sistemə keçid etdikcə hərbi gücdən istifadə etmək istəyənlərin və müharibələrin sayı getdikcə artacaq.

@serqebaxis
453 viewsedited  18:57
திற / கருத்து
2021-12-12 21:57:11
407 views18:57
திற / கருத்து
2021-12-12 18:12:29 Efiopiya münaqişəsinin miqyası getdikcə genişlənir. Üsyançı Tiqray qüvvələrinin müqavimətini qıran hökumət güclərinin müxtəlif istiqamətlərdən irəliləməsi üsyançıları dəstəkləyən Vaşinqtonu aktiv diplomatik fəaliyyətə keçirib.

Belə ki, ABŞ prezidentinin Afrika Buynuzu üzrə xüsusi nümayəndəsi Jeffrey Feltmanın Efiopiya münaqişəsi ilə bağlı 10-15 dekabr arasında BƏƏ, Türkiyə və Misirə səfər etməsi planlaşdırılır.

Efiopiya ilə Nil çayının suyu uğrunda münaqişəli olan Misirin Əddis Əbəbə hökumətinin zəifləməsində maraqlı olduğu bəllidir, bu səbəbdən Qahirənin gizli şəkildə üsyançı qüvvələri dəstəklədiyini iddia etmək olar. Amerikan diplomatın münaqişənin digər 2 aktiv aktoru ilə yanaşı, Qahirəni də ziyarət etməsi, Misirin də aktiv şəkildə oyunun içində olduğu göstərir.

Misirdən fərqli olaraq, BƏƏ və Türkiyə mərkəzi hökuməti dəstəkləyir. Afrika Buynuzunun ən aktiv oyunçularından olan BƏƏ-nin Efiopiya hökumətinin başlıca dəstəkçilərindən biri olduğu məlumdur. Yəmənə xeyli yaxın mövqedə yerləşən regiona uzun müddətdir xeyli maraq göstərən Əmirliklər Eritreya və Somalilandda (Somali) hərbi baza yerləşdirməyi bacarıb. Efiopiyanın parçalanması Afrika Buynuzundakı statuskvonu dəyişə bilər, eyni zamanda Eritreya ilə sərhəddəki üsyançı Tiqrayların müstəqillik əldə etməsi BƏƏ-nin regiondakı ən önəmli tərəfdaşını müharibə ilə üz-üzə qoya bilər. Bunlar da Əbu-Dabinin heç bir halda istəmədiyi ssenarilərdir. BƏƏ-nin Əddis Əbəbəyə intensiv şəkildə silah və maliyyə göndərməsi fonunda Körfəzin zəngin ölkəsinin Efiopiyada da hərbi baza yerləşdirmə niyyətində olduğunu təxmin etmək olar.

Ankaranın Efiopiyada mərkəzi hökumət qüvvələrini dəstəkləməsinin başlıca səbəbi “stabil Efiopiya”nın Misirin regional ambisiyalarını balanslaşdırmasıdır. Eyni zamanda, Afrika Buynuzunun digər uzunmüddətli aktiv oyunçusu olan Ankaranın da Somalidə hərbi baza yerləşdirdiyi və xeyli geniş fəaliyyət göstərdiyi məlumdur. Bu səbəbdən, regionda stabillikdə maraqlı olan Türkiyə də parçalanmamış Efiopiyadan yanadır. Bundan əlavə, Efiopiya cəbhəsi Türkiyənin müdafiə sənayesi məhsullarının satışı və reklamı üçün fürsət yaradır.

Efiopiyada mərkəzi hökumətin digər önəmli dəstəkçiləri Çin, Rusiya və İrandır. Ələxsus, Efiopiya münaqişəsinin ABŞ və Çin arasındakı qlobal rəqabətin ilk “real” mübarizə meydanına çevrilməsi diqqət çəkir. Hökumət qüvvələrini intensiv şəkildə silahlandıran və münaqişənin ən şiddətli dövründə xarici işlər nazirini Əddib Əbəbəyə göndərən Pekinin ənənəvi fürsətçi siyasət yerinə, Efiopiyada açıq mövqe ortaya qoyması maraq doğurur.

Çinin qlobal strateji əhəmiyyət kəsb edən Bab əl-Məndəb boğazı yaxınlığında və Qırmızı dəniz hövzəsində aktivləşməsi, eləcə Afrika Buynuzundan “xammal daşıma yolu” qurması ABŞ liderliyindəki Qərb ölkələrini narahat etməyə bilməz. Qərbin Efiopiyada “Yuqoslaviya ssenarisi”nin (bölünüb kiçik dövlətlərə ayrılma) reallaşdırılmasında maraqlı olduğunu deyə bilərik. Fikrimcə, regionun ən böyük ölkəsinin vahid şəkildə Çindən asılı olmağındansa, parçalı strukturda olması Vaşinqton üçün daha əlverişli hesab oluna bilər.

@serqebaxis
467 views15:12
திற / கருத்து
2021-12-12 18:12:21
432 views15:12
திற / கருத்து
2021-12-10 23:18:55 İsrailin “Channel13” mediasının iddiasına görə, ABŞ nüvə müzakirələrinin hansı istiqamətdə getdiyini dəqiqləşdirmək üçün İrana son dəfə 1 həftə vaxt verib. Eyni zamanda, bu müddət ərzində İranın nüvə obyektlərinin bombalanması ilə bağlı ABŞ Ordusunun İsraillə birgə təlimlər keçirəcəyi iddia olunur.

Qurulduğu gündən bəri xarici siyasətdə aqressiv addımlar atmaqdan çəkinməyən İsrailin də hərəkətlərini əvvəlcədən müəyyənləşdirmək çətindir. Ancaq, nə olursa olsun, İsrailin İrana zərbələr məsələsində Vaşinqtonsuz hərəkətə keçməyəcəyini təxmin edirəm. Bununla belə, ABŞ-ın belə bir ssenariyə tam hazır olduğunu və ya Yaxın Şərqdə işləri yenidən mürəkkəbləşdirməkdə həvəsli olduğunu düşünmürəm.

Bayden hökumətinin İran məsələsinə Trampdan fərqli yanaşdığı və bir müddətdir İsraili müxtəlif bəhanələrlə yola verdiyi məlumdur. Fikrimcə, Bayden hökuməti də İsrailin təxmin edilə bilməyən aqressivliyini İranı diplomatik masaya gətirmək üçün təzyiq kimi istifadə etməyə çalışır. Lakin, nüvə danışıqları uğursuz olduqdan sonra İsraili yola vermək üçün yeni ritorika, yeni istiqamət yaratmaq Bayden komandasına çox çətin olacaq.

@serqebaxis
562 views20:18
திற / கருத்து
2021-12-10 23:18:46
526 views20:18
திற / கருத்து