Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 11

2021-12-10 22:05:31 Dünən ABŞ prezidenti Co Baydenin Ukrayna rəhbərliyinə Şərqi Ukraynada muxtariyyət məsələsində ruslara güzəştə getmək üçün təzyiq etdiyi barədə xəbər yayılmışdı. Ağ Evin mətbuat xidməti də həmin xəbəri qəti şəkildə təkzib etmişdi.

Xəbərlər doğrudursa və ABŞ-ın Rusiyaya hərbi yolla cavab verməyəcəyini biliriksə, Baydenin böhranın həlli ilə bağlı variantlar arasından özləri üçün ən məqbul və “başağrıtmayan”ını seçdiyini deyə bilərik. ABŞ hazırlıqlı olmadığı müharibəni istəmir və diqqətinin Şərqi Asiyaya yönəldiyi bir vaxtda Şərqi Avropaya enerji xərcləmək fikrində deyil. Müharibənin qarşısını almaq üçün ya Ukrayna ya da Rusiyaya təzyiq edilməlidir ki, Vaşinqton bu məsələdə də ən asan variant olan Kiyevi seçib.

Eyni zamanda, belə görünür ki, Bayden Putinin Ukrayna oyununda müharibə şantajı ilə hər dəfə daha çox irəli getməsini və hər diplomatik görüşdə Vaşinqtonu daha çox güzəştə məcbur etməsini istəmir. Bu görüşlər Baydenin reputasiyasına zərbə vurur və Putin qarşısında zəif görünməsinə səbəb olur.

Mənim fikrimcə, istər Ukrayna, istərsə də başqa post-Sovet ölkələrinin ərazi bütövlüyü Vaşinqton üçün önəmli deyil. Məncə bu normaldır. ABŞ NATO genişləməsi yolu ilə öz tərəfdaşlarının sayını artırmaq siyasəti yürütsə də, bu genişləməni ən az maliyyətli və ən az enerji sərfiyyatı ilə etməyə üstünlük verir. NATO-ya qoşulmaq istəyən hər post-Sovet ölkəsinə görə Birləşmiş Ştatların Rusiyaya qarşı cəbhəyə qoşun yeritməsi, qırmızı xətt çəkməsi gözlənilən deyil. Hesab edirəm ki, hazırkı reallıqda Vaşinqton üçün Ukraynanın bütöv və ya ərazilərinin bir hissəsini Rusiyaya vermiş formada Qərbə istiqamətlənməsi arasında elə bir fərq yoxdur.

@serqebaxis
577 viewsedited  19:05
திற / கருத்து
2021-12-10 22:05:24
536 views19:05
திற / கருத்து
2021-12-09 10:50:12
Türkiyə XİN sabah Moskvada Cənubi Qafqazda sülhü təmin etmək məqsədilə 3+3 əməkdaşlıq formatının ilk görüşünün keçiriləcəyini açıqlayıb.

3+3 formatı - 3 region ölkəsinin Azərbaycan, Ermənistan və Gürcüstan, 3 qonşu ölkə Rusiya, Türkiyə və İranı nəzərdə tutur.

Maraqlıdır ki, açıqlamada Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə XİN müavinlərinin iştirak edəcəyi bildirilir. Yəni, Gürcüstan nümayəndəsi iştirak etməyəcək.

Rusiya ilə münaqişəli olan Gürcüstanın formata qoşulmaq istəmədiyi məlum idi. Gürcüstansız bir variant kimi 3+2 versiyası da səsləndirildi. Yəqin ki, formatın 3+3 kimi göstərilməsi Tiflisin rəsmi olaraq formata qoşulduğunu, lakin qeyri-müəyyən müddətlik görüşlərdə (xüsusilə Rusiyada keçirilən görüşlərdə) de-fakto iştirak etməyəcəyinə işarə edir.

@serqebaxis
697 viewsedited  07:50
திற / கருத்து
2021-12-08 22:04:42 Rusiya üzrə tanınmış ekspertlərdən olan Angela Stent son yazısında Ukrayna böhranı ilə bağlı maraqlı fikirlər səsləndirib. Stent iddia edir ki, Rusiya Ukrayna ilə sərhəddə iriqmiqyaslı qoşun toplamaqla psixoloji oyun oynamağa çalışır. Buradakı əsas məqsəd rəqibləri Moskvanın növbəti addımı ilə bağlı qeyri-müəyyənlikdə saxlamaqdır. Yəni, ruslar əsl məqsədlərini maksimum gizlətməyə çalışır. Belə bir qeyri-müəyyənlik, Qərbin vəziyyətlə bağlı hesablamalarda səhv etmək ehtimalını artırır.

Digər bir məsələ apreldəki oxşar gərginliklə bağlıdır. Həmin dövrdə də Moskvanın bənzər şəkildə hərbi yığınaq oyunundan sonra Bayden Putini sammitə dəvət edib, Rusiyanı böyük güc adlandırmışdı. İndiki gərginlikdə də Bayden yenə Putinlə virtual görüş keçirdi, növbəti ildə də liderlərin təkbaşına görüş planlaşdırılır. Beləliklə də, Moskva Ukrayna ilə gərginliyi özünün daha böyük güc olduğunu göstərə biləcəyi yol kimi tapıb və bundan maksimum istifadə etməyə çalışır.

Eləcə də, Stent Avropa nəhəngləri və ABŞ-dakı siyasi vəziyyətə diqqət çəkir. Almaniyada hökumət dəyişikliyi baş verir, Fransa martda keçiriləcək seçkiyə hazırlaşır, Britaniya ilə Avropanın münasibətləri getdikcə mürəkkəbləşir, ABŞ daxilində isə siyasi qütbləşmə kəskinləşir. Putin bu situasiyanı fürsət olaraq görür və Qərbin ortaq məxrəc tapmaqda çətinlik çəkəcəyini düşündüyü üçün təzyiqi xeyli artırır.

Angela Stent Rusiyanın irimiqyaslı müharibəyə başlamasına şübhə ilə yanaşır və Putinin Sovet İttifaqı dövründə olduğu kimi beynəlxaq siyasətdə xüsusi status qazanmağa çalışdığını iddia edir.

Stentin bir çox fikirlərini qəbul etməklə yanaşı, vəziyyətin göstərildiyindən daha gərgin olduğunu düşünürəm. Ukrayna böhranını hər epizodda bir yeni yamaq vurmaqla həll etmək mümkün görünmür. Belə cəhdlər sadəcə qarşıdurmanı bir müddətlik təxirə salır. Bu bataqlıq bir çox aktorları içinə çəkə biləcək müharibə potensialı daşıyır. Xüsusilə, ən böyük risk vəziyyətdəki qeyri-müəyyənliklə bağlıdır. Adətən tarixdəki uzunmüddətli müharibələr tərəflərin biri-birini doğru oxuya bilməməsi və prosesin doğru hesablanmamasından qaynaqlanıb.

Eyni zamanda pandemiyanın iqtisadiyyat və digər sahələrdə yaratdığı mənfi təsirlərin dövlətləri böyük müharibəyə sürükləyə biləcəyi ilə bağlı proqnozlarda da reallıq payı olduğunu düşünürəm.

@serqebaxis
614 viewsedited  19:04
திற / கருத்து
2021-12-08 22:04:20
532 views19:04
திற / கருத்து
2021-12-07 21:21:00 Dünən gecə Suriyanın Laziqiyyə şəhərində yerləşən ticarət limanında İrana məxsus gəmidən endirildiyi iddia olunan konteynerlərə havadan zərbələr endirilib. Suriya tərəfi aviazərbələrdə İsraili günahlandırır. İsrail baş nazirinin də hücumdan bir neçə saat sonra rəsmi bir görüşdə “şər qüvvələrə qarşı mübarizəmiz gecə-gündüz, 1 saniyə belə dayanmadan davam edəcək” sözlərini işlətməsi dünənki hücumun Tel-Əviv tərəfindən həyata keçirildiyinə işarə edir.

Son aviazərbələrlə bağlı bir sıra maraqlı məqamlar var. Belə ki, aviazərbələr endirilən nöqtə Rusiyanın Suriyada yerləşən strateji hərbi bazalarına çox yaxındır. Hmeymimdəki rus hərbi hava bazası Laziqiyyə limanından 20 km, Tartusdakı rus hərbi donanma bazası isə 50 km məsafədədir. Belə bir vəziyyətdə, hava hücumlarının Rusiyanın məlumatı olmadan edilməsi real görünmür.

10 ildən çoxdur Suriyanın müxtəlif bölgələrinə ümumilikdə yüzlərlə aviazərbə endirən İsrail Laziqiyyə əyalətinə cəmi iki dəfə hücum etmişdi. 2018-ci ildə baş vermiş son hücumda Rusiya müdafiə naziri İsrailin 4 F16 qırıcısının əraziyə aviazərbələr endirdiyini və hücumdan cəmi 1 dəqiqə əvvəl məlumatlandırıldıqlarını bildirmişdi. Həmin hücumdan sonra İsrail və Rusiya münasibətləri soyuqlaşmağa başlamışdı.

Bu səbəbdən bugünkü Bayden-Putin görüşü ərəfəsində İsrail tərəfinin suyu bulandırması və Moskvanı təhrikedici bir əməliyyat keçirməsi inandırıcı deyil. Eyni zamanda, post-Netanyahu dövründə Rusiya-İsrail münasibətlərinin daha həssas balansda olduğunu, Tel-Əvivdəki yeni hökumətin Suriyaya aviazərbələrlə bağlı Rusiya nəzdində etimadını gücləndirmək istədiyi məlumdur.

Hücumla bağlı daha bir önəmli məqam aviazərbələrin Suriya xarici işlər nazirinin İranda səfərdə olduğu bir vaxtda gerçəkləşməsidir.

@serqebaxis
389 viewsedited  18:21
திற / கருத்து
2021-12-07 21:20:53
370 views18:20
திற / கருத்து
2021-12-06 22:41:39 Talibanla Əfqanıstanda hakimiyyətə gələn Cənubi Asiyanın fundamentalist İslami hərəkatı deobəndilik və Yaxın Şərqdəki sələfilik arasında ciddi tarixi əlaqələr mövcuddur.

Maraqlıdır ki, Deobəndi mədrəsəsinin qurucularının təsirləndiyi ideoloq Şah Vəliullah Delhavi və Ərəb Yarımadasında sələfiliyin önəmli ideoloqlarından olan Məhəmməd Əbdül Vəhhab Mədinə şəhərində eyni vaxtda, eyni müəllimlərdən təhsil alıblar. Hər iki ideoloqda “ibn Teymiyyə” əsərlərinin izləri var.

Vəhhabilik və Deobəndilik öz regionlarında İslamın ən fundamentalist qolunu təmsil edir. İkili arasında doktrinal olaraq xeyli bənzərliklər olsa da, siyasi və tarixi perspektivdə bir sıra fərqliliklər də var.

Vəhhabilik əl-Səud sülaləsi ilə siyasi-dini ittifaq quraraq Ərəb yarımadasında hakimiyyət qazansa da, Deobəndilik XIX və XX əsrlərdə Britaniya Hindistanında anti-müstəmləkəçi mübarizənin bir parçası olmuşdu.

Deobəndilik Pakistanın həm quruluşunda, həm də siyasi həyatında önəmli rol oynuyub. Deobəndilər Pakistan dövlət quruluşunun sekulyarlığını dəyişərək, ölkə qanunlarına dini çalarlar qata bilmişdilər. Ancaq, eyni zamanda bir çox deobəndilər Pakistan dövləti üçün xeyli problemlər də yaradıb.

Ötən əsrin 70-ci illərindən etibarən həm deobəndilik, həm də sələfilik axımlarının silahlı formalarının ön plana çıxdığını görürük. Silahlı qrupları daha əhəmiyyətli hala gətirən əsas siyasi proses şübhəsiz ki, Sovet İttifaqının Əfqanıstanı işğal etməsi idi.

Maraqlı məqam, Sovet-Əfqan müharibəsi illərində əfqan cihadının təşkilatçılığı işlərində yer alan və silahlı deobəndiliyi yaxından tanıyan Pakistan ordusu və kəşfiyyatının həm Əfqanıstanda, həm də Kaşmir zonasında silahlı deobəndilikdən öz maraqları yönündə istifadə edə biləcəyini anlamasıdır (silahlı deobəndiliyin ən önəmli təmsilçisi olan Talibanla Pakistan təhlükəsizlik qurumları arasındakı münasibət bu çərçivədə başa düşülə bilər).

Talibanla yenidən hakimiyyətə gələrək dini dövlət quran 155 illik deobəndi hərəkatı həm Pakistan, həm də ortaya çıxdığı Hindistanda sosial dayaqlarını xeyli gücləndirib.

(mənbə: newlinesmag, Kamran Buxari)

@serqebaxis
483 viewsedited  19:41
திற / கருத்து
2021-12-06 22:41:28
450 views19:41
திற / கருத்து
2021-12-05 23:12:39 Ronald Reagan Fondunun dəstəyi ilə ABŞ-da keçirilmiş sorğu ictimai rəyin də Çinlə soyuq müharibəyə hazırlaşdırıldığını göstərir. Belə ki, 2018-ci ildə hər 5 nəfərdən biri Çini təhlükə hesab edirdisə, noyabr ayında keçirilmiş son sorğuda hər 2 nəfərdən biri Çini əsas təhlükə hesab edir.

Yəqin ki, Çinə qarşı sentimentlərin pisləşməsində başlıca rolu koronavirus oynayıb. Ancaq, eyni zamanda bir müddətdir ki, Amerikan düşüncə mərkəzlərinin bir çoxunda Çinlə bağlı yazılar və analizlər ilk sıradadır.

“Xarici düşmən” obrazının ictimai rəydə daha da gücləndirilməsi dövlətlərə bu rəqibə qarşı daha çox manevr imkanı verir. Sovet İttifaqı ilə soyuq müharibə zamanı “kommunizm”, Yaxın Şərqdəki hərbi kampaniya zamanı isə “radikal İslam” ictimai rəydə düşmən obrazı kimi yerləşdirilmişdi, bu da Birləşmiş
Ştatlara daha geniş siyasi və hərbi imkanlar vermişdi.

Eyni zamanda, xarici düşmən təhlükəsi parçalanmış daxili publikanın yenidən konsolidasiyası və daxili problemlərin arxaplana atılması üçün xeyli funksionaldır.

Beləliklə də, Çin Qərb ictimaiyyəti üçün yeni dövrün baş düşməninə çevrilir…

@serqebaxis
352 views20:12
திற / கருத்து