Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 9

2021-12-21 22:01:39
373 views19:01
திற / கருத்து
2021-12-20 21:30:25 Britaniya İkinci Dünya Müharibəsi zamanı ABŞ və SSRİ ilə birlikdə Tehran və Yalta görüşünün iştirakçısı olsa da, Süveyş Böhranında ABŞ-ın təzyiqi ilə geri çəkilməsi Krallığın beynəlxalq sistemdəki özəl statusunu itirməsinə işarə edirdi. Süveyş Böhranından sonra Britaniya böyük geosiyasi məsələlərdə söz sahibi ola bilmədi, yalnız ABŞ-ın izlədiyi siyasəti dəstəkləməklə kifayətlənirdi.

Dünya siyasi sistemində baş verən dəyişikliklər fonunda Britaniyanın yarım əsrdir izlədiyi “ABŞ-ın ən böyük dəstəkçisi” siyasətində dəyişiklik edib etməyəcəyi maraq doğurur.

İki ölkənin strateji maraqları Asiya-Pasifik hövzəsində Çin təhlükəsinə qarşı yenidən ortaqlaşsa da, ciddi fərqlənmələrin ortaya çıxdığı ilə bağlı müəyyən indikatorlar da var. Məsələn, ABŞ-ın Əfqanıstandan çəkilməsini ən ciddi tənqid edən ölkə Britaniya idi. Hətta, bu narazılıq krallığın müdafiə katibi Ben Wallace tərəfindən də dilə gətirildi. Britaniyanın Əfqanıstandan çəkilməməklə bağlı niyə bu qədər israr etdiyini dəqiq demək çətindir, yəqin ki, Krallıq sabiq müstəmləkələrinin yerləşdiyi Cənubi Asiyada hərbi missiyanı qorumaq arzusunda idi. Ancaq, Britaniyanın ABŞ-sız Əfqanıstanda qalmağa hazır olmadığı məlumdur və britaniyalılar amerikanlarka birlikdə geri çəkildilər.

Əfqanıstan örnəyi Britaniyanın ABŞ-dan müstəqil özünəməxsus strategiya formalaşdırmağa başladığının, ancaq hələ ki, hərəkətə keçə bilmədiyinin örnəyidir. Buna bənzər digər örnəklər Şərqi Aralıq, Qafqaz və Türk dünyasını göstərmək olar. Britaniyanın bu regionlardakı strategiyasının ABŞ-la uyumlu olmadığı, hətta Yunanıstan-Türkiyə məsələsində ikilinin maraqlarının ziddiyət təşkil etdiyini iddia etmək olar.

Digər maraqlı örnəyi Ukrayna böhranı təşkil edir. Britaniyanın Rusiyaya qarşı daha açıq və sərt mövqe qoyduğu, ABŞ-ın isə Rusiya ilə bağlı daha fərqli hesablarının olduğu məlumdur. Ancaq fikrimcə, Ukraynada müharibə baş versə, Britaniyanın prosesə ABŞ-sız birbaşa müdaxilə etmək ehtimalı elə də real deyil.

Əslində, Britaniyanın “Çin məsələsində yanındayıq” strategiyası ilə xarici siyasətdə ABŞ-dan çox da uzaqlaşmadan müstəqil kurs müəyyən etmək istədiyi aşkar görünür. Ancaq, hələ ki, Britaniya “ABŞ-sız”, “ABŞ-a rəğmən” praktiki hərəkət etməyib. Fikrimcə, bu hərəkət Britaniyanı dünya siyasətində “limitli qütb” olmaq yoluna yönəldəcək. Dananın quyruğunun harada qopacağı maraqlıdır.

@serqebaxis
269 viewsedited  18:30
திற / கருத்து
2021-12-20 21:30:11
263 views18:30
திற / கருத்து
2021-12-18 23:13:03 Rusiya XİN-in ABŞ-la mümkün konfrontasiya və nüvə müharibəsindən yayınmaq üçün dünən yayımladığı 8 maddəlik təklifdən yəqin ki, bir çoxumuz məlumatlıyıq.

Bəziləri bu təklifi I Dünya Müharibə öncəsində Avstriya-Macarıstanın Serbiyaya verdiyi 23 iyul ultimatumuna, bəziləri isə II Dünya Müharibəsi öncəsində SSRİ və Almaniya arasında 23 avqustda imzalanmış Molotov–Ribbentrop Paktına bənzədir. Fikrimcə, hər iki bənzətmədə müəyyən qədər reallıq var. Çünki dünən yayımlanan təklif həm müharibədən yayınmaq ultimatumuna bənzəyir, həm də nüfuz dairələrinin bölüşdürülməsi paktını nəzərdə tutur.

Xüsusilə, 4-cü maddə nüfuz dairələrinə işarə edir. Həmin maddəyə əsas ABŞ NATO-nun şərq sərhədləri boyunca genişləməsinin qarşısını almalı, post-Sovet ölkələrinin təşkilata üzvlüyünə imkan verməməlidir. Digər tərəfdən, ABŞ NATO-ya üzv olmayan post-Sovet ölkələrinin hərbi infrasturukturlardan istifadə etməməli, ikili hərbi paktlar imzalamamalıdır.

Təklifin bəzi maddələri ayrı-ayrılıqda fərqli bir razılaşmanın predmeti ola bilərdilər. Belə görünür ki, ruslar Ukrayna böhranından istifadə edərək birdəfəlik paket həll əldə etmək istəyirlər.

Təbii ki, bu sənəd Rusiyanın maksimalist tələbləridir. Amerikanların bu təklifi qəbul etməkləri real görünmür. Və ya sadəcə Ukrayna qarşılığında Vaşinqtonun bu qədər geniş miqyaslı güzəştlərə getməsi inandırıcı deyil.

Bu səbəbdən, Moskvanın qəbul edilməyəcəyi aşkar olan şərtlər irəli sürməsini Ukrayna ilə müharibədən öncə son ultimatum kimi şərh edənlər də mövcuddur.

İstənilən halda, son təklif həqiqətən də 70-80-ci illərin Soyuq Müharibəsini xatırladır. Deyəsən Rusiya rəhbərliyi həmin dövrə qayıtdığımızı, köhnə qitədə yenidən ikiqütblü dünyanın formalaşdığını sübut etməyə çalışır.

@serqebaxis
186 views20:13
திற / கருத்து
2021-12-18 23:12:56
182 views20:12
திற / கருத்து
2021-12-17 23:04:34 Əfqanıstan iqtisadiyyatı Taliban hökuməti dövründə çox ciddi böhranla üz-üzədir.

Belə ki, əvvəlki hökumət dövründə büdcənin 80 %-i təşkil edən xarici maliyyə yardımları artıq kəsilib. Eyni zamanda, ABŞ hökuməti də Əfqan Mərkəzi Bankına məxsus 10 milyar $-lıq vəsaiti dondurub.

Asiya qitəsinin ən kasıb ölkəsi olan Əfqanıstanda hazırda əhalinin 95 %-i yoxsulluq vəziyyətindədir. Qarşıdan qış ayları gəlir. Ölkədə bank sistemi çox zəif inkişaf etdiyi üçün hazırda Əfqanıstana xaricdən maliyyə dəstəyi edilsə belə, vəsaiti və ərzaq yardımlarını regionlara əllə çatdırmaq lazımdır, bu proses də qışda mümkün deyil. Belə bir vəziyyətdə, əfqan xalqının çox böyük əksəriyyətinin ən azı yazadək aclıq çəkəcəyi qaçılmaz görünür.

Taliban üçün vəziyyətdən çıxış yolları elə də çox deyil. Fikrimcə, 3 ssenari daha çox önplana çıxıb.

Birinci ssenari olaraq, Taliblər hazırkı hökuməti buraxaraq, Qərbin tələblərinə uyğun daha inkluziv (müxalifət təmsilçiləri və qadın üzvlər olan) kabinet qurur. Beləliklə də, Taliban yeni hökumətlə donmuş maliyyə rezervləri və bir sıra Qərb maliyyə donorlarına yenidən çıxış əldə edə bilər.

İkinci mümkün ssenari kimi, Taliblər Qərb donorlarına alternativ olan maliyyə mənbələri tapmağa çalışacaq. Burada ən çox ön plana Çin çıxır. Ancaq, Çinin Əfqanıstana bu qədər böyük miqdarda kredit verib verməyəcəyi sual doğurur. Əgər Çin-Taliban maliyyə kombinasiyası baş tutsa, Pakistan və Əfqanıstanın hər ikisinin Çin cəbhəsində yer alması maraqlı geosiyasi mənzərə yaradacaq.

Üçüncü ssenari isə ölkənin yenidən vətəndaş müharibəsinə sürüklənməsidir. Hər nə qədər Taliban rejimi ölkədə hərbi baxımdan dominant qüvvə kimi görünsə də, həm köhnə rejimin qalıqları, həm Xorasan Vilayəti qruplaşması, həm İran dəstəkli xəzərə-şiə milislər, həm də Talibanın öz daxilindəki fraksiyalaşmalar stabil görünən siyasi vəziyyətin gedişatını fərqli istiqamətlərə yönəltmək potensialındadır.

Şəxsi versiya kimi sonuncunun daha yüksək ehtimal olduğunu düşünürəm.

@serqebaxis
284 viewsedited  20:04
திற / கருத்து
2021-12-17 23:04:13
274 views20:04
திற / கருத்து
2021-12-16 23:01:07 ABŞ-Çin rəqabətinin ön plana çıxması ilə uzun müddətdir dünyanın geosiyasi episentri kimi göstərilən Yaxın Şərqdə də ənənəvi dinamikalar dəyişməyə başlayıb və fikrimcə, bu proses regionun növbəti 10 illik mənzərəsini müəyyən edəcək.

Yəqin ki, bir çoxumuz üçün ən çox maraq kəsb edən məsələlərdən biri Səudiyyə Ərəbistanı və İran arasındakı soyuq müharibənin hansı istiqamətə təkamül edəcəyidir. Regiondakı bir çox proseslərin arxa planını bu iki ölkə arasındakı maraq və ideoloji toqquşmalar təşkil edir. Düşünürəm ki, bu barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur.

Əslində sual budur ki, ABŞ-ın regiona marağının azalması fonunda Çinin həm Körfəzlə, həm də İranla çox yaxın əlaqələr qurması və hər iki tərəfə irimiqyaslı yatırımlar etməsi Tehran və Riyad arasında kəskin münasibətlərin yumşalmasına təsir göstərəcək mi?

Məlum olduğu kimi, son 5 ildə münasibətlər tam kəskinləşmişdi. Son kəskinləşmənin ənənəvi amillərlə izahı olsa da, başlanğıc nöqtəsi olaraq Səudiyyənin 2016-ci ildə şiə din xadimi Nimr əl-Nimri edam etməsini göstərmək olar.

Bu ilin yazından etibarən (fikrimcə, yuxarıda qeyd edilən dünya geosiyasətindəki dəyişikliklərə görə qapalı qapılar arxasında) Səudiyyə-İran normallaşma prosesi gedir. Prosesin nəticəsiz olduğunu deyə bilmərik. Məsələn, Səudiyyənin oktyabrın sonlarında 10 ildir həbsdə olan əl-Nimrin qardaşı oğlunu azadlığa buraxması diqqət çəkir. Lakin son açıqlamalar prosesin dalana dirəndiyini göstərir. Belə ki, ötən günlərdə Səudiyyənin BMT-dəki nümayəndəsi İranın ciddi dialoq aparmadığını, prosesdə oyun oynadığını dilə gətirdi.

Digər bir məsələ, hər iki ölkədə gerontokrasiya (yaşlıların idarəetməsi) son illərini yaşayır. Əslində Səudiyyədə bu məsələ baş verib, qurucu lider Əbdüləziz Əl-Səudun oğulları tükəndiyi üçün taxt növbəsi nəvələrinə keçməkdədir və hazırda Məhəmməd bin Salman de-fakto liderdi. Eyni zamanda, 83 yaşlı İran ali liderinin də ölkədəki real siyasi gücü 79-inqilabında ciddi rol almayan, ikinci nəsilə ötürməsi gözlənilir. Belə bir vəziyyətdə hər iki ölkədəki yeni gənc elitanın da ölkələr arasında 40 ildir davam edən ənənəvi ideoloji rəqabəti yumşaldıb yumşaltmayacağı maraq doğurur.

@serqebaxis
166 views20:01
திற / கருத்து
2021-12-16 23:00:52
167 views20:00
திற / கருத்து
2021-12-15 22:01:38 ABŞ-ın Yaxın Şərq üzrə ən təcrübəli diplomatlarından olan və ABŞ prezidentinin Suriya münaqişəsi üzrə sabiq xüsusi nümayəndəsi James Jeffrey (Foreign Affairs) son yazısında Suriya münaqişəsi ilə bağlı maraqlı bir məqama toxunur.

Jeffrey deyir ki, Tramp hökuməti 2019-cu ilin əvvəllərində Rusiyaya təzyiq göstərərək Suriyada razılıq əldə etmək istəyirdi. Vaşinqton Suriyaya qarşı sanksiyaları sonlandırmaq və Bəşər Əsədi yenidən beynəlxalq siyasəti qaytarmaq qarşılığında Moskvadan İranın strateji raketlərini Suriyadan çıxarılması, müxaliflər, qaçqınlar və BMT-nin siyasi prosesə cəlb olunmasını istəyibmiş. Təklif rusları razı saldığı üçün Putinin dəvətilə ABŞ dövlət katibi Pompeo Soçiyə yollanıb.

Lakin, Putin prosesin yekununda saziş imzalamaqdan imtina edib. Jeffrey iddia edir ki, həmin vaxt Putin Suriyada bütün prosesi öz nəzarətinə sala biləcəyi tam hərbi qələbə qazanacağına inanırdı.

Eyni zamanda, Putin Trampın amerikan hərbçilərini Suriyadan geri çəkmək istədiyini düşünürmüş və yəqin ki, Moskva amerikanların əllərində sazişlə və uduşlu şəkildə geri çəkilmələrini istəmirmiş.

Və ən önəmlisi. Jeffrey iddia edir ki, Moskva anti-Əsəd cəbhəni - Türkiyə, İsrail və ABŞ dəstəkli Suriya kürdlərini (SDF) parçalamağa və hər biri ilə ayrıca yaxın əməkdaşlıq edərək onların Əsədə qarşı münasibətlərini yumşaltmağa çalışırdı. Həqiqətən də rusların bu strategiyası son illərdə çox aydın hiss olunurdu. Rusiya həm kürd nümayəndələrini Moskvada qəbul edir, həm Türkiyənin kürd qruplara qarşı əməliyyat keçirməsinə imkan yaradır, həm də İsrailin İran karqo və obyektlərini bombalamasına göz yumur.

Bütün bunlara baxmayaraq, Jeffrey iddia edir ki, Putin gözlədiyi nəticəni əldə etməyib. Türkiyə və ABŞ dəstəkli qruplar neft yataqları və əkinə yararlı ərazilərin böyük əksəriyyətinin yerləşdiyi ölkənin 30% ərazisini əlində saxlayır.

@serqebaxis
413 viewsedited  19:01
திற / கருத்து