Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 8

2021-12-27 22:59:40
347 views19:59
திற / கருத்து
2021-12-27 20:58:33 Cədvəldə inkişaf etməkdə olan bəzi ölkələrin əhali göstəriciləri verilib.

2050-ci və 2100-cü illər göstəriciləri BMT-nin hesablamalarına əsaslanır.

Bəzi maraqlı məqamlar:

- Əsrin sonunda Nigeriyanın əhalisi 3 dəfədən çox artaraq, 732 milyona çatacaq. Müxtəlif mənbələrə əsasən, Nigeriya dünyada ən çox əhalisi olan 3 ölkədən biri olacaq. 2100-cü ildə Nigeriyanın Laqos şəhəri 90 milyon əhali ilə dünyada ən çox insanın yaşadığı şəhərə çevriləcək.

- 2100-cü ildə Çinin əhalisi 30 % azalaraq 1 milyarda düşəcək. Hindistanın əhali sayında ciddi artım olmasa da, bu göstəricidə dünyada ilk pilləyə yüksələcək.

- Rusiya əhalisində 15 %-ə yaxın azalma gözlənilir.

- Ən kəskin azalma Ukraynada gözlənilir. Ölkə əhalisinin 2100-cü ildə yarıyadək azalacağı ehtimal olunur.

- 1950-ci ildə Pakistan (Qərbi Pakistan)
və Ukraynanın eyni sayda: 37 milyon əhalisi var idi. Proqnoza görə, 2100-cü ildə Pakistanın 400 milyon, Ukraynanın isə 24 milyon əhalisi olacaq.

- Cənubi Qafqaz ölkələrinin də əhali sayında azalma trendi müşahidə olunacaq. Əsrin sonlarına doğru Azərbaycan əhalisinin 10 % azalaraq 9 milyona düşməsi gözlənilir.

Dünya əhalisi son 70 ildə 3 dəfə artıb, növbəti 70 ildə isə 40 % artaraq 11 milyarda yaxınlaşacaq.

Mənbə: BMT

@serqebaxis
188 viewsedited  17:58
திற / கருத்து
2021-12-27 20:58:24
182 views17:58
திற / கருத்து
2021-12-24 21:50:21 Sovet İttifaqının Əfqanıstana müdaxiləsi həqiqətən də çox böyük geosiyasi əhəmiyyət kəsb edirdi.

Lawrence Wright “The Looming Tower” kitabında yazır ki, Sovetlərin müdaxiləsindən cəmi bir ay sonra Səudiyyə kəşfiyyatının rəisi Turki ibn Faysal Pakistana gəlir. Səudlər düşünürdü ki, Sovet İttifaqı isti dənizlərə - Oman Körfəzinə çıxmağa və ərəb neftinin daşındığı Hörmüz Boğazına nəzarət eləməyə çalışır. Ona görə də Moskvanın növbəti hədəfi Pakistandır.

Pakistanda Əfqan müqaviməti ilə tanış olan Turki ibn Faysal, Əfqanıstanın əldən çıxdığını, ən azından Pakistanın qorunmalı olduğunu düşünür.

Həmin vaxt ABŞ milli təhlükəsizlik müşaviri Bjezinski prezident Karterə “SSRİ-ə özünün Vyetnamını yaşatmalıyıq” tövsiyəsini verir. Beləliklə də, ABŞ-Səudiyyə-Pakistanın maraqları birləşir. Əfqanıstan müqavimətinin koordinasiya işi də ABŞ-da təhsil almış Turki ibn Faysala verilir.

Burada ən ciddi təhlükə Pakistanla bağlı idi. Belə ki, Pakistan kəşfiyyatının Əfqanıstandakı müqaviməti təşkil etdiyi ortaya çıxsaydı, bu SSRİ-ə Pakistanı da işğal etmək bəhanəsini verə bilərdi. Ona görə əməliyyat son dərəcə gizli aparılırdı.

Səudiyyə tərəfi Əfqan müqavimətinin maliyyə hissəsini öhdəsinə götürmüşdü və illik yarım milyard dollar xərcləyirdi. Səudlər həm də Abdullah Azzam və Üsəma bin Ladenin ərəb ölkələrindən Əfqanıstana yönləndirdiyi cihadçı şəbəkəsinə dəstək verirdi. Pakistan kəşfiyyatı isə Əfqanıstandakı silahlı qruplaşmaları təşkilatlandırırdı. ABŞ da Əfqanıstandakı qrupları silahla təmin edirdi.

Beləliklə də, son nəticədə Əfqanıstan macərası uğursuzluğa düçar olan Sovet İttifaqı həm hərbi, həm maddi, həm psixoloji zərbələr alır.

Fikrimcə, həmin dövrün regional mənzərəsinə diqqətlə baxdıqda Əfqanıstan müharibəsinin strateji əhəmiyyəti daha aydın anlaşılır. Çünki, İran inqilabının orta çıxardığı anti-amerikan dini-siyasi rejim və Hindistanın SSRİ ilə yaxın strateji münasibətləri Sovetlərin Cənubi Asiyadakı “Soyuq Müharibə”də üstünlüyü yavaş-yavaş ələ keçirdiyinə işarə edirdi. Belə bir vəziyyətdə Əfqanıstanda kommunist rejim mövcudluğunu qorusaydı, o dövrlər nüvə silahı olmayan və regionda ABŞ-ın ən yaxın müttəfiqi olan Pakistanın da aqibəti sual altına düşəcəkdi. Belə olan halda, Əfqanıstan Sovetlərin Cənubi Asiyada və Ərəbistan dənizi hövzəsində nüfuz mübarizəsində qalib gəlməsi və regiona nəzarəti ələ keçirməsi önündə son əngəl hesab oluna bilərdi.

@serqebaxis
356 viewsedited  18:50
திற / கருத்து
2021-12-24 21:50:13
334 views18:50
திற / கருத்து
2021-12-23 21:17:04 Efiopiya münaqişəsində meydandakı reallıqlar tamamilə dəyişib. Hökumət qüvvələrinin dekabrın əvvəllərindən davam edən əks hücumundan sonra Tiqray gücləri Amhara və Afar regionlarını tərk edərək Tiqray federal bölgəsinə geri çəkiliblər.

Əslində münaqişənin ən çox ciddi dönüş nöqtəsi Tiqrayların öz bölgələrini tərk etməsi idi. Çünki, münaqişənin kökündə Tiqrayların öz federal bölgələrinin haqları uğrunda mübarizə aparmaqları dururdu. Yəni bir mənada problem regional hökumət-mərkəzi hökumət münaqişəsi kimi görünürdü. Tiqraylar müharibədə üstünlük qazandıqca tələblər Tiqray bölgəsinin müstəqilliyinə, yəni separatizmə çevrilmişdi.

Ancaq, yay aylarında Tiqray federal bölgəsində hökumət qüvvələrini darmadağın edən Tiqray Ordusu (TDF) Amhara bölgəsinə daxil olaraq A2 yolu ilə cənuba doğru irəliləməyə başladılar. A2 yolu da Efiopiyanın paytaxtı Əddis Əbəbəyə uzanır. Yəni, əslində Tiqrayların hədəfinin paytaxta girmək və mərkəzi hökuməti ələ keçirmək olduğu aydın idi. Paytaxt uğrunda mübarizədə qərbdəki Oromo müxalif qüvvələri (OLA) ilə ittifaq quran Tiqraylar noyabr ayı boyunca sürətlə paytaxta doğru irəliləyirdi.

Daha əvvəldən lokal xarakterdə olan münaqişənin bir anda beynəlmiləlləşməsi, regiona xeyli sayda xarici aktor cəlb etməsi məhz mərkəzi hökumətin təhlükəyə düşməsi oldu. Yəni, münaqişə artıq separatizmdən iqtidar mübarizəsinə çevrilmişdi.

Xarici müttəfiqlərinin dəstəyi ilə hökumət qüvvələri TDF-ni ancaq paytaxtın bir neçə yüz kilometr yaxınlığında, Debre Sina şəhərində qarşılaya bilmişdi.

Tiqray cəbhəsinə yaxın beynəlxalq mənbələr, Tiqrayları dəstəkləyən ABŞ və Kenya hökumətinin TDF-ə öz federal bölgələrini tərk etməmək, irəliyə getməmək barədə xəbərdarlıq etdiklərini, lakin TDF-nin buna məhəl qoymadığını bildirirlər. Bunun nə dərəcədə həqiqət olduğunu demək çətindir, çünki məğlub cəbhədə tərəflərin günahı biri-birinin üstünə atması normal haldır. Ancaq, ABŞ-ın regiondakı bütün maraqlarının sadəcə Tiqrayların federal haqlarının təmin olunması ilə bağlı olduğuna inanmaq çətindir.

Öz bölgələrinə çəkilən Tiqray gücləri BMT-ə müraciət edərək sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildirib. Yəqin ki, Efiopiya hökuməti də meydanda əlinin gücünün bir vaxtda beynəlxalq aləmdə tam olaraq marjinallaşmamaq üçün Tiqray Federal bölgəsinə girib, münaqişəni alovlandırmaq istəməyəcək.

@serqebaxis
579 viewsedited  18:17
திற / கருத்து
2021-12-23 21:16:39
418 views18:16
திற / கருத்து
2021-12-22 21:02:17 Ötən gün Türkiyə, Pakistan və Malayziyanın ortaq televiziya kanalı quracağı açıqlanıb.

Bu üç dövlət arasında bir müddətdir yeni blok formalaşdığı məlumdur. Yəqin ki, bu üçlü əməkdaşlığı sünni dünyasında BƏƏ-Səudiyyə-Misir üçlüsünün liderlik etdiyi Ərəb ittifaqına qarşı qeyri-ərəb ölkələrin yaxınlaşması kimi dəyərləndirmək olar.

“Ərəb Baharı”ndan sonra siyasi İslam qısa müddətlik ərəb ölkələrində güc qazansa da, tezliklə statuskvoçu və ərəb millətçisi qruplar tərəfindən məğlub edildi.

Ərəb ittifaqından fərqli olaraq, Türkiyə, Pakistan və Malayziyada siyasi İslam hələ də öz gücünü qoruyur. Belə bir vəziyyətdə, bu üç qeyri-ərəb ölkəsinin müsəlman dünyasında ərəb millətçiləri qarşısındakı yaranmış boşluğu doldurmaq üçün əməkdaşlığı artırdıqlarını deyə bilərik. Burada ərəb ölkəsi olan, lakin siyasi İslamın hələ də öz gücünü qoruduğu Qətərin də qeyri-ərəb blokuna daha yaxın mövqe qoyması diqqət çəkir.

Lakin, qeyri-ərəb blokunun son dövrlərdə üzləşdiyi bir sıra çətinliklər var. Lirənin kəskin dəyər itirməsi fonunda Türkiyənin aktiv xarici siyasət kursuna dəyişiklik etdiyi, Körfəz monarxları ilə normallaşdığı məlumdur. Bənzər problem Pakistanda da mövcuddur. İslamabadın bir müddətdir Körfəzdən kredit almaq istədiyi, ancaq qeyri-ərəb blokunda təmsil olunduğuna görə Səudiyyə-BƏƏ tərəfinin maliyyə yardımı məsələsinə neqativ cavab bildirilirdi. Hətta, 2019-cu ildə Malayziyanın paytaxtı Kaula Lumpurda keçirilən son zirvə sammitində iştirak etməməsi üçün Səudiyyə tərəfinin Pakistana təzyiq etdiyi barədə iddialar da var idi. Pakistanın bu ayın əvvəllərində Səudiyyədən kredit alması tərəflər arasında normallaşmanın baş tutduğunu göstərir. Körfəzdəki münasibətlərini qaydaya salmağa çalışan Qətərin də növbəti periodlarda “Ərəb Qardaşlığı” blokuna qayıtması daha real görünür.

Belə vəziyyətdə, Türkiyə-Pakistan-Malayziya üçlü ittifaqının bloklaşma və inteqrasiya siyasətinə davam edəcəyini, lakin Körfəzə meydan oxumağa çalışdığı əvvəlki illərdən fərqli olaraq, daha yumşaq xarici siyasət strategiyası yürüdəcəyini proqnozlaşdırmaq olar.

@serqebaxis
171 views18:02
திற / கருத்து
2021-12-22 21:01:50
168 views18:01
திற / கருத்து
2021-12-21 22:01:47 Napoleonun 1798-ci ildəki Misir səfəri həqiqətən də unikal əhəmiyyət kəsb edir.

Məsələ burasındadır ki, Napoleon Misirə 40 min hərbçi ilə yanaşı, 167 elm adamı, sənətkar və mühəndis aparmışdı. Eyni zamanda, fransızlar özləri ilə birlikdə Yaxın Şərqə fransız, ərəb və yunan diilərində çap edə bilən 2 mətbəə, 287 cildlik kitabxana gətirmişdilər.

Hərbi-strateji aspektdən fransızların məqsədi Misiri ələ keçirməklə Aralıq dənizində möhkəmlənmək və ən əsası həmin regionda Hindistandan Britaniyaya gedən ticarət yollarına nəzarəti ələ keçirmək idi. Napoleon əsas məqsədini pərdələmək üçün Misir səfərinə elmi ekspedisiya görüntüsü verməyə çalışırdı.

Ancaq, digər tərəfdən Napoleonun Misirlə bağlı başqa planları da var idi. O, yanında apardığı elm adamları vasitəsilə Misirdə ideoloji təbliğat aparaq, Yaxın Şərq ölkəsini Britaniyadan uzaqlaşdıraraq Fransaya yaxınlaşdırmağa çalışırdı. Napoleonun özü ilə birlikdə mühəndislər gətirməsinin məqsədi isə Qırmızı dənizlə Aralıq dənizi arasında su kanalının (sonralar Süveyş kanalı) açılmasının mümkünlüyü ilə bağlı araşdırmaların aparılması idi.

Napoleonun Misirdə başlayıb Suriyada yekunlaşan 1798-1801 səfəri hərbi cəhətdən tamamilə fiyasko ilə nəticələnmişdi. Səfər çərçivəsində 15 min fransız hərbçi döyüşlərdə, 15 mini isə xəstəliklərdən həlak olmuşdu. Ancaq, Napoleonun Misirdə qoyduğu ideoloji iz çox böyük oldu və demək olar ki, sonraki 2 əsrdə Yaxın Şərqin bütün ölkələrinin daxili dinamikalarına yön verir. Çünki, Napoleon 1789-ci il Fransız İnqilabı ilə ortaya çıxan yeni dəyərləri, ideologiyaları, liberalizmi, sekulyarizmi və millətçiliyi “özü ilə birlikdə” Misirə aparmışdı. Bu mənada, Mikaberidze Misir səfərini liberal imperializmin ilk nümunəsi hesab edir.

Bir çox orientalistlər Napoleonun Misir səfərini Yaxın Şərqdəki modernləşmənin başlanğıcı hesab edirlər. Bir qədər mübahisəli yanaşmadır, çünki həmin dövrdə çox az misirli Napoleonun gətirdiyi dəyərlərə reaksiya vermişdi. Ancaq, Napoleon səfərinin sonralar Yaxın Şərqdə ortaya çıxan reformist liderlər üzərində çox ciddi təsirlərinin olduğu danılmazdır.

Napoleonun Misir səfərinin unikallığı burasındadır ki, hərbi cəhətdən darmadağın olmasına baxmayaraq, fransızlar ideoloji və mədəni cəhətdən 2 əsrdir getdikcə daha da güclənən “qələbə” qazana bilmişdilər. Misir səfəri təfəkkürdə qazanılan üstünlüyün silah gücü ilə qazanılan üstünlükdən daha effektiv olduğunun nümunəsidir.

@serqebaxis
409 viewsedited  19:01
திற / கருத்து