Get Mystery Box with random crypto!

Şərqə Baxış

டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış Ş
டெலிகிராம் சேனலின் சின்னம் serqebaxis — Şərqə Baxış
சேனல் முகவரி: @serqebaxis
வகைகள்: அரசியல்
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 2.28K
சேனலில் இருந்து விளக்கம்

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


சமீபத்திய செய்திகள் 6

2022-01-08 21:30:52 Daxili üsyanları yatırmaq üçün siyasi rejim tərəfindən xarici ordu çağırılmasının tarixdəki örnəkləri çoxdur. Son olaraq Qazaxıstanda baş verən bu hadisəyə ən yaxın tarixdəki bənzər örnəklər “Ərəb Baharı” prosesi çərçivəsindəki Suriya, Yəmən və Bəhreyn örnəkləridir. Xüsusilə də Bəhreynin bənzərliyi daha çoxdur.

Çünki, 2011-ci ildə Bəhreyn monarxı da Qazaxıstanda olduğu kimi nümayişlərə qarşı formal olaraq müəyyən bir ölkədən yox, üzv olduğu Körfəz Əməkdaşlıq Təşkilatından yardım istəmişdi. Nəticədə, 1000 Səudiyyə və 500 BƏƏ qüvvəsi ölkəyə yeridilərək siyasi rejim xilas edildi. Yəni, həm Qazaxıstan, həm də Bəhreyndəki siyasi rejim üzv olduğu təşkilat çərçivəsində qorunmuşdu. Təbii ki, reallıqda Bəhreyndəki rejimin qorunması Səudiyyənin, Qazaxıstandakı rejimin qorunması Rusiyanın maraqları çərçivəsində baş verdi.

Maraqlıdır ki, Bəhreyndəki siyasi rejim 1 ay müqavimət göstərə bilmişdi, Qazaxıstandakı rejim isə üsyanın 4-cü günündə yardım çağırışı etdi.

Əslində Yəmən prezidenti də xaricdən hərbi yardım ilə bağlı hər hansısa bir ölkəyə yox, Ərəb Liqasına müraciət etmişdi. Ancaq, Yəmən hakimiyyəti xaricdən yardım üçün müraciət edəndə ölkədə çox qanlı vətəndaş müharibəsi gedirdi. Bu baxımdan Yəmən Suriya ilə daha çox bənzərlik təşkil edir. Suriya hakimiyyəti də vətəndaş müharibəsinin ən qanlı fazasında Rusiyadan kömək istəmişdi. Eyni zamanda Suriya və Yəməndə xaricdən dəstək verilsə də 7 ilə yaxındır ki, daxili sabitlik təmin oluna bilməyib. Bəhreyndə isə siyasi rejim bütün funksiyalarını qısa bir zamanda bərpa etdi və 11 ildir ki rejim davam edir.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, beynəlxalq münasibətlərdə müqayisəli təhlillər hər zaman qüsurlu olur. Hər örnəyin özünəməxsus detalları var, bənzərliklər və fərqliliklər bütün prosesin müqayisəsi üçün yetərli deyil. Ona görə də, müəyyən bənzərliklərə əsaslanıb Bəhreyndə baş verən sonrakı hadisələrin Qazaxıstanda da baş verəcəyini iddia etmək mümkün deyil.

@serqebaxis
671 viewsedited  18:30
திற / கருத்து
2022-01-08 21:30:33
589 views18:30
திற / கருத்து
2022-01-08 16:58:08 Xatırlayıram ki, 2015-16-cı illərdə Rusiyanın Mərkəzi Asiyaya təsir imkanlarının azalmağa başladığı bir çox fərqli platformalarda ciddi şəkildə müzakirə olunurdu. Əsas problem kimi də iqtisadiyyatda baş verən ciddi daralmalar səbəbilə Rusiyanın Mərkəzi Asiya siyasətinə maliyyə vəsaiti “çatdırmadığı” göstərilirdi. Həmin dövrdə həm neft-qaz qiymətlərinin kəskin ucuzlaşması, həm də Krımın ilhaqı səbəbilə qoyulan sanksiyalar Rusiya iqtisadiyyatını xeyli zəiflətmişdi.

Rusiyanın regionda iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Çinin bölgədə aktiv iqtisadi genişləməyə başladığı hiss olunurdu və ötən dövrdə Pekin bu istiqamətdə xeyli yol qət eliyə bilib. Çinə nisbətən resursları xeyli məhdud olsa da, ortaq kimlik faktorundan effektiv istifadə etməklə regionda nüfuzunu artırmağa çalışan digər aktor isə Türkiyədir.

Təbii ki, başqa aktorların regionda iqtisadi cəhətdən aktivləşməsi Rusiya üçün ciddi problemlər vəd edir. Çünki, nəzərə almaq lazımdır ki, iqtisadi güc hər zaman siyasi güc doğurur. Təsadüfi deyil ki, ənənəvi olaraq Moskvaya loyal olan Mərkəzi Asiyanın siyasi elitaları son illərdə Çin və Türkiyə kimi regionda aktivləşən gücləri müəyyən məqamlarda Moskvaya qarşı “balanslaşdırıcı fürsət” kimi görməyə başlayıblar.

Rusiyanın ən çox “güvəndiyi” regionda başlayan “sıçan-pişik” oyununa hər hansı bir formada müdaxilə etməli olduğu qaçılmaz görünür. Bu səbəbdən, Moskvanın Qazaxıstanda ələ düşən ilk fürsətdən son illərdə öz əleyhinə inkişaf edən prosesi geri çevirmək üçün istifadə edəcəyi şübhəsizdir.

Rusiya istədiyini sərt güc və aqressiya ilə alan ölkə kimi tanınır. Sözün düzü, Moskvanın hərbi gücdən başqa alternativlərinin olduğunu da demək çətindir. Ona görə də, Rusiya “sadəcə hərbi gücdən istifadə ilə bütün müstəvilərdə maksimum mənfəət əldə etmək” strategiyası yürüdür və bu məsələdə xeyli “peşəkarlaşıb”. Yəqin ki, Qazaxıstan örnəyində də fərqli olmayacaq.

@serqebaxis
644 views13:58
திற / கருத்து
2022-01-08 16:58:01
597 views13:58
திற / கருத்து
2022-01-06 23:10:48 Gələn həftə Rusiya və Qərb bloku arasında çox önəmli diplomatik təmasların olması gözlənilir. Əvvəlcə 10 yanvarda Rusiya və ABŞ rəsmiləri görüşəcəklər. 12 yanvarda isə Rusiya və NATO arasında müzakirələr olacaq. NATO həmin görüşdən öncə üzv dövlətləri ilə məsləhətləşmələr üçün sabaha fövqəladə iclas çağırıb.

Rusiya-Qərb təmaslarında Ukrayna məsələsi başda olmaqda bir sıra məsələlər gündəlikdə olacaq. Məlum olduğu kimi, ötən ilin sonlarında Moskva ortaya 2 sənəd çıxararaq Qərblə olan mübahisələri, nüfuz ərazisi bölgüsünü rəsmiləşdirməyi tələb etmişdi. Qərbi kompromisə məcbur etmək üçün Rusiyanın Ukrayna sərhədinə 100 minlik qoşun topladığı da məlumdur.

Qazaxıstanda baş verən son hadisələr Rusiyanın ənənəvi imperialist müdaxiləsinə yol açsa da, düzünü desəm Moskvanın Qərbdən ciddi güzəştlər qoparmağa çalışdığı belə bir vaxtda Mərkəzi Asiyada işləri mürəkkəbləşdirməkdə maraqlı olması mənə qəribə gəlir. Yəni, Tokayev-Nazarbayev çəkişməsi nə dərəcədə önəmli idi ki, Rusiya bu məsələni məhz belə bir vaxtda həll etməyə riskə getsin.

Rusiyanın Tokayevin çağırışına cəmi yarım saata reaksiya verməsi Moskvanın Qazaxıstandakı məsələni dərhal həll etmək istədiyini göstərir. Əslində bu anlaşılandır, çünki Rusiyanın NATO qarşısına çıxardığı sənədin 7-ci maddəsində NATO-nun hərbi fəaliyyət göstərməməsini tələb etdiyi üç region var: Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya. KTMT-nin ən önəmli üzvü olan Qazaxıstanı bir çox parametrlərinə görə Mərkəzi Asiyanın hərbi-siyasi strateji mərkəzi kimi göstərmək olar. Belə bir məqamda, Rusiyanın Qazaxıstanda eksperimentə getməsinə şübhə ilə yanaşıram.

Rusların Ukrayna və Qazaxıstanda eyni vaxtda hərbi aktivlik göstərmək istəməsi inandırıcı deyil. Nəzərə almaq lazımdır ki, Ukrayna və Qazaxıstan ərazi cəhətdən çox böyükdürlər və biri-birindən çox uzaqda yerləşən iki fərqli regionda yerləşirlər. Hətta, dünən bəzi hərbi ekspertlər Rusiyanın şərqdəki - Ural və Sibir bölgəsindəki döyüşə hazır qüvvələrinin böyük hissəsini Ukrayna və Belarus sərhədinə dislokasiya etdiyini, bu məsələnin Qazaxıstana müdaxilədə əlavə çətinliklər yaratdığını qeyd edirdilər.

@serqebaxis
456 views20:10
திற / கருத்து
2022-01-06 23:10:26
433 views20:10
திற / கருத்து
2022-01-05 21:39:54 Həm Rusiyanın, həm Çinin qonşusu və müttəfiqi olan və həm də Türk dünyasının parçası olan Qazaxıstan bir neçə geosiyasi fay xəttinin üstündə yerləşir deyə oradakı daxili proseslərə çox fərqli istiqamətlərdən şərh vermək mümkündür. Əlimizdə hələ ki, yetərli indikator olmadığı üçün məsələnin geosiyasi aspekti ilə bağlı hansısa mülahizə yürütməyə tələsmək fikrimcə, doğru olmazdı.

Burada məsələnin başqa bir aspektinə diqqət çəkmək istəyirəm. Həqiqətən də hazırda qlobal böhran dövründə yaşayırıq. Məlum pandemiyanın nəticələrinin üsyan və müharibələrə səbəb olacağı ilə bağlı proqnozlar bir neçə müddətdir ki, səsləndirilirdi.

Ümumiyyətlə tarixdə böhranlar hər zaman üsyanlar doğurub. Yaxın tarixdəki 2008 Dünya Maliyyə Böhranı həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə ciddi üsyanlara səbəb olmuşdu. ABŞ-dakı “Occupy Wall Street” hərəkatı buna örnək göstərilə bilər. Ancaq, 2008 Böhranının mənfi təsirlərinin ən spesifik örnəyi “Ərəb Baharı” prosesləri idi. Nəzərə almaq lazımdır ki, inkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi vəziyyət və idarəetmə çox “kövrək” olduğu və daxili proseslər xarici müdaxiləyə daha açıq olduğu üçün buradakı üsyanlar daha şiddətli və qanlı keçir. Təəssüf ki, çoxşaxəli geosiyasi konfiqurasiyalarda yer alan Qazaxıstandakı prosesin də çox ağrılı keçəcəyi gözlənilir.

Bugünkü pandemiyada da demək olar ki, bütün regionlarda iqtisadi göstəricilər getdikcə pisləşir. İdarəçi elitlər iqtisadiyyatdakı problemləri alt təbəqələrə yaymaq hesabına kompensasiya etməyə çalışır, təbii ki, bu da həmin təbəqələrdə dalğalanmalar yaradır.

Bu dalğalanmaların “domino effekti” yaradacağını və siyasi proseslərin fərqli regionlara yayılacağını təxmin edirəm. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə ciddi proseslər gözlənilir.

Dünya həqiqətən də qaynayır. Vəziyyət 2008-ci ildəkindən də pis görünür.

@serqebaxis
604 viewsedited  18:39
திற / கருத்து
2022-01-05 21:39:39
566 views18:39
திற / கருத்து
2022-01-05 19:57:12 Maraqlıdır ki, birinci Əfqan cihadı və sonrasında Yaxın Şərqdə ortaya çıxan islamçı qrupları radikallaşdıran dalğa Ərəb yarımadasından yox, Misirdən gəlmişdi. Xüsusilə, 50-60-ci illərdə Misirdə kralın devrilməsindən sonra ortaya çıxan sekulyar-islamçı münaqişəsi səbəbilə həbs edilən xeyli sayda islamçı gənc Misir zindanlarında radikallaşmışdı. Bunun da əsas səbəbi kimi Seyid Qütbün yazıları göstərilir. Bu mövzuya qayıdarıq.

Ümumiyyətlə, dini fundamentalist istiqamətə yönələn şəxslər arasında Şükrü Mustafadan daha radikalına, daha fanatikinə rast gəlməmişəm. Qütbün İslam dünyasının cahiliyyə dövründə yaşadığı iddiasını əsas götürən Mustafa İslami bir cəmiyyətin/topluluğun qeyri-İslami çevrə ilə əlaqəsinin tamamilə kəsilməsini istəyirdi. Çünki, Mustafaya görə ətraf aləmlə təmas “saf İslam”ı poza bilərdi. Eyni zamanda Qütbün yenidən gündəmə gətirdiyi “təkfir”i (yəni dinə uyğun yaşamayanı dindən çıxarmaq) praktiki olaraq həyata keçirən Mustafa öz cəmiyyətindən başqa heç kimi müsəlman qəbul etmirdi.

Şükrü Mustafa həbsdən çıxdıqdan sonra bir qrup dəstəkçisi ilə Misirin səhralarına çəkilərək, mağaralarda yaşamağa başlayır. Misirin təhlükəsizlik orqanları Mustafanın mağaralarda yaşayan camaatını “Təkfir və Hicrət” qrupu olaraq adlandırmışdı. Öz ətrafına 2 mindən çox dəstəkçi toplayan Mustafa 1977-ci ildə bir din xadiminin öldürülməsindən sonra həbs olunaraq edam edilir.

Əfqan cihadına qoşulmaq üçün Pakistana gedən misirlilər Qahirə zindanlarındakı radikal baxışları buradakılara da ötürə bildilər. Xüsusilə, ən tanınmış cihadçılardan olan, hazırkı əl-Qaidə lideri misirli Ayman əl-Zəvahiri də Pakistanda Üsəma bin Ladeni də “Misir radikallığı”na yönəltmişdi. Əfqan Cihadından sonra öz ölkələrinə qayıdan bəzi “əfqan ərəb”lər misirlilərin radikallığı və müasir təkfirçiliyini də özləri aparmışdılar.

Əl-Qaidə və sonradan ortaya çıxan digər cihadçı qrupların izolyanist və kommunal təşkilatlanmaları Şükrü Mustafanın “Təkfir və Hicrət” qrupuna əsaslanır. Ancaq, sonrakı qrupların heç biri Şükrü Mustafanın camaatı qədər radikal deyildi. Çünki, müasir təkfirçilərdən fərqli olaraq Şükrü Mustafa təkcə ideoloji cəhətdən anti-Qərb deyildi, texnologiyadan tutmuş fənlərədək Qərbdən gələn hər şeyi və modernləşməni bütünlüklə rədd edirdi.

@serqebaxis
593 views16:57
திற / கருத்து
2022-01-05 19:57:03
542 views16:57
திற / கருத்து